Elektron aviabiletlər sistemi barədə
Keçən
yüzilliyin 60-cı illərində mədəni intellektin
sferasına məxsus tədqiqatçılar A.Nyuell və
Q.Saymon göstərirdilər ki, insan mühakimələri bir
çox hallarda məntiqli təkliflər formasında fəaliyyət
göstərir, yəni əgər (şərti) zaman (fəaliyyət)
formasıdır.
Bu baxımdan,
bir başa nağdsız hesablaşmaların tarixi
inkişafında keçən yüzilliyin 50-60-cı illəri
böyük rol oynayır.
Hələ o
vaxtlar ümumi məsələlərin həlli
üçün kredit kartı, (bankomatlar), bank terminalları
sahələrin birləşdirilməsi qabiliyyətinin
nümayiş etdirilməsi tarixi hadisə idi və aviabiletlərin
bronlaşdırılmasında vahid məlumat bazasının
inkişafı bazar münasibətlərini konkret olaraq
texnoloji əsaslarla başqa bir modeldə yenidən
qurulmasını təmin etməyə
çalışırdı.
Burda iki
güclü rəqabətin barışmaz mübarizəsi
mövcud idi və bu əvvəlcə xidmət
sferasının üstünlüyünə və sonra isə
ərazi miqyasında texnoloji birliyin meydana gəlməsinə
gətirib çıxartdı. Bütövlükdə
İT-nin istifadə edilməsində konkret üstünlüklərin
əldə edilməsində "SABRE"-nin tarixi bizə
daha geniş məlumdur. Mövcud kompaniya öz bazarlarında
uzunmüddətli vahid nəzarət sisteminin həyata
keçirilməsini bacara bildi.
Bütün bu əfsanələr 1954-cü ildə
başladı. Həmin dövrdə Nyu-Yorkdan Los-Ancelesə uçan
təyyarənin qonşu salonlarında "İVM"
kompaniyasının yüksək təbəqəli ticarət
nümayəndəsi və “Amerikan Airlines” II şirkətinin
ali-meneceri S.R.Smit və Bler Smit kimi bir-birinə tanış
olmayan naməlum şəxslər əyləşmişdilər.
S.R.Smit aviabiletlərin sifarişi zamanı göstərilən
xidmətlərin çətinliyindən və biletlərin
işlənib-hazırlanmasından şikayətlənmişdi.
Bler Smit isə bir aydan sonra "İVM"
kompaniyası adından mövcud problemin aradan
qaldırılması üçün onu əməkdaşlığa
dəvət etdi və əsas ideyanın konturları cızıldı.
Bir sözlə hər iki kompaniyanın əməkdaşlığı
beş il müddətində boş danışıqlardan
başqa bir şey olmadı, belə ki, o vaxta kimi sadəcə
olaraq lazımi texnologiya mövcud deyildi.
Ciddi işə
ancaq 1959-1960-cı illərdə başlanıldı və bu
layihə Semi Autatik Busines Environment Research "biznes vasitələrinin
yarımavtomatlaşdırılmasının tətbiqi"
adını aldı. İnsan istəyindən və
düşüncələrindən asılı olaraq çətin
oxunan söz "SABRE" kimi tələffüz edilməyə
başlandı. Birinci layihə sistem çərçivəsində
1962-ci ildən fəaliyyətə başlandı. Bir çox
illər "İVM" və "Amerikan Airlines" aviasiya
kompaniyası arasında realizasiya edilən layihə rabitə
xətləri elementlərini, kommunikasiya
saxlanılması qurğusunu, böyük tutumlu transaksiya
hazırlıq qurğularını və mövcud meynfreyn üçün
onlayn sisteminin təkmilləşdirilmə prosesləri də
daxil olmaqla qabaqcıl informasiya texnologiyalarının
inkişafını daha geniş formada təmin etmiş oldu.
"Delta",
"United" və "PanAm" kimi başqa Amerika
kompaniyaları da bəzi hallarda həmin İVM-lə əməkdaşlıq
edərək aviabiletlərin bronlaşdırılması
sisteminin xüsusi hazırlığını həyata
keçirirdilər. İşin paralel hazırlığı
1970-ci ilə kimi davam etdi və müəyyən edildi ki,
"Amerikan Airlines" istifadə etdiyi sistem rəqabətə
davamlı bir sistemdir.
Mövcud proseslərin
maraqlı tərəfi bundan sonra başladı. Belə ki,
"Amerikan Airlines" kompaniyasının marketinq qrupuna
kompüter sənayesindən çıxmış və məhsulun
rəqabətə davamlılığının
artırılması planında İT-nin imkanlarını
çox yüksək səviyyədə bilən Bob Krendoll rəhbərlik
etməyə başladı. Amerikanın
bronlaşdırma sisteminin acınacaqlı vəziyyətini
aradan qaldırmaq məqsədilə Krendoll bu işin təkmilləşdirilməsi
uğrunda ardıcıl olaraq mübarizə apardı.
Özünə və kompüter bölməsinin rəhbəri
Maks Xopperə maliyə artımını təmin etməyə
çalışaraq "SABRE" sisteminin daha önəmli tərəflərinin
öyrənilməsinə nail olmağı davam etdirdilər. Krendoll qəbul edilmiş "SABRE" sisteminin yeni
ümummilli bronlaşdırma sistemi əsasında daha bir
keyfiyyətdə başqa aviakompaniyalar tərəfindən qəbul
edilməsini həyata keçirməyə
çalışırdı. Ancaq "United"
kompaniyasının aviadaşımalarının ümumi
lideri kimi tanınan "Apollo" sistemi ən yaxşı və
perspektivli sistem hesab edilərək ümumamerika liderliyini həyata
keçirirdi.
"SABRE" sistemini öz
yolundan yayındırmağa çalışaraq
maneçilik etməyə başladılar. Onda Krendolun
ağlına gələn başqa bir ideya ondan ibarət oldu
ki, marketinq strategiyasını dəyişərək
"SABRE"-ni turizm operatorları ilə
davam etdirməyə başladı. "Apollo" ilə
mübarizə bir neçə il davam etsə
də nəticədə "SABRE"-nin qələbəsi
ilə yekunlaşdı.
Həmin
dövrdə "SABRE" bazar münasibətlərində
turizm biznesinin texniki müdafiəsinə görə hakim
mövqeydə duraraq, ABŞ-ın antiinhisar təşkilatlarının
və Elektron sisteminin diqqətini özünə cəlb edə
bildi. Həmin
anda başqa aviakompaniyalar "Amerikan Airlines"indən
"SABRE" sistemində onlar üçün də
xüsusi reyslərin həyata keçirilməsini tələb
etdilər. Proseslərin baş vermə
formasından asılı olmayaraq 1980-1990-cı illərdə
marketinq çoxluğuna və maliyyə üstünlüklərinə
əsasən "SABRE" axıra kimi konkret faktorlar əsasında
İT-də bir çox dəyişikliklərin çevik
inkişafını təmin etmişdir.
Bu gün bazar sistemində
aviabiletlərin beş iri onlayn sistemində
bronlaşdırılması təqdim edilmişdir. "SABRE", "APOLLO", "QALİLEO"
(Gendont kompaniyasına məxsusdur), "AMADEUS" (1987-ci illərdə
Avropanın aparıcı kompaniyaları tərəfindən
yaradılmışdır) və "WORLDSPAN" (Delta və
Northwest kompaniyalarının nəzarəti altındadır).
Ona görə də Şimali Amerikada sifarişlərin təxminən
yarısından çoxu "SABRE"-nin
payına düşür. 2000-ci illərdə "Amerikan
Airlines" kompaniyası "SABRE"-nin elastik və sərbəst
hərəkətini buraxaraq, onu açıq səhmdar cəmiyyəti
ilə əvəz etdi və səhmlərini satışa
çıxartdı.
2001-ci ildən etibarən
"Amerikan Airlines", "Unitet", "Delta",
"Continental" və "Northwest" kompaniyaları
aviabiletlərin bronlaşdırılmasında vahid Web-sayt
Orbit yaradılması barədə danışıqlar
apardılar və nəticədə mövcud xidmət servislərinin
rəqabət mübarizəsi ilə
qarşılanıldı: Expedia (bir hissəsi ABŞ Network, İnc),
Travelogity (70% "SABRE"-yə məxsusdur) çox sürətlə
inkişaf edən Priçeline və satışı güzəştli
qiymətlərlə həyata keçirən başqa
sistemdir.
Nağdsız
hesablaşmaların həyata keçirilməsində
mühüm rol oynayan informasiya texnologiyalarının
inkişafı proseslərində fərqli cəhət ondan
ibarətdir ki, əvvəlki texnoloji inqilablar nəticə
etibarilə məhdud ərazilərdə daha çox müddətə
qala bilmişdi, yeni texnoloji proseslər isə öz yumşaq
inkişaf tempi ilə bütün dünyanı informasiya
texnologiyası ilə bağlayaraq daha bariz imkanlar yarada
bilmişdir.
Hər şeydən əvvəl
informasiya texnologiyasının adekvat yaradılmasının əlaqə
bağlılığının kommunikasiya texnologiyasına
nisbətən daha çətin və mürəkkəb
olduğu özünü biruzə verdi. Hal-hazırki əlaqə bağlılığı
onlayn texnoloji proseslərindən bir qədər uzaq olması
da bunu bir daha təsdiq etdi. Çünki elektron kommersiya
da bir qədər başlanğıc qoyuluş tələb
etdiyindən çətin və mürəkkəb forma kimi
özünü biruzə verdi. Bank
texnologiyası, sığorta işi, pərakəndə
ticarət və s. sferada radikal inkişaf quruculuğunun bir
günün işi olmadığı özünü göstərdi.
Ulu öndərimiz
H.Əliyevin müstəqilliyimizin 93-cü illərindən
sonra hakimiyyətə gəlməsi ilə bağlı olaraq,
Azərbaycan Aviasiyası Beynəlxalq standartlara cavab verən
yeni texnoloji aspektdə quruldu. Texnoloji dəyişikliklər
hava daşınmalarını müasir intellektdə həyata
keçirməyə başladı. Qeyd edildiyi kimi:
"Qlobal şəhər və yer deyil, bu prosesdir". Bu prosesi Ulu öndərimizin davamçısı,
ölkə Prezidenti İ.Əliyev daha qabarıq şəkildə
davam etdirdi. Ölkə Prezidenti başda
olmaqla "AZAL" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi
tərəfindən aparılan kadr siyasəti Aviasiya
daşınmalarında Beynəlxalq Standartlara cavab verən
yeni və müasir texnologiyaların tətbiqini genişləndirdi.
Hal-hazırda "Qabriel", "Amadeus" və s. forma
daşıyan elektron aviabiletlərinin elektron nağdsız
hesablaşma üsulunda sifariş edilməsi,
bronlaşdırılması mühüm rol oynayır.
Xarici
kompaniyaların və İATA-nın məlumatına əsasən
aviabiletlərin elektron nağdsız hesablaşma yolu ilə hərəkət
mexanizmi 75% səmərə ilə başa çatır. Ona görə
də qeyd etmək lazımdır ki, istənilən təşkilatın
avtomatlaşdırılması qismən əmək və
material xərcləri tələb edən müasir texniki vasitələrin
mütləq mənada iqtisadi səmərəliliyinin əldə
edilməsini təmin edir.
Azərbaycan
Aviasiyasının Beynəlxalq iqtisadiyyata inteqrasiyası yeni
bazarların meydana gəlməsində mütərəqqi rol
oynamaqdadır.
Kim deyə bilərdi ki, 1980-ci illərdə Toybey, Madrid yaxud
Buenos-Ayres dünyanın beynəlxalq maliyyə və
işgüzar mərkəzi hesab ediləcək və artıq
inanmaq olar ki, meqapolis Honkonq, Şenç-jen, Qaunçjen,
Qjuxau, Makao XXI əsrin ən iri maliyyə və işgüzar
paytaxt şəhərlərinə çeviriləcək və
xidmət sferasının ən iri qlobal coğrafiyası kimi
formalaşacaq, yəni yuxarıda qeyd edildiyi kimi "Qlobal
şəhər və yer deyil, bu prosesdir".
Beləliklə,
yeni texnologiyaların tətbiqinin əmək və dəyər
xərclərinin aşağı salınmasında, iqtisadi səmərəliliyin
əldə edilməsində müsbət təsiri vardır.
F.M.Quliyev
Milli Aviasiya Akademiyası
İqtisadiyyat.- 2009.- 12-18 fevral.- S. 6.