"Bank of Baku" ASC "Paşa Sığorta" öz tibbi sığortaçısı seçmişdir

 

   "Paşa Sığorta" Şirkəti "Bank of Baku" tərəfindən keçirilən bank işçilərinin tibbi sığortası üzrə korporativ müsabiqənin qalibi elan olunmuşdur.

   Bu barədə "Bank of Baku" ASC-nin İdarə Heyətinin Sədri Cəlal Qasımov "Paşa Sığorta" Şirkətinin Baş Direktoru Nofəl Rzayev arasında tibbi sığorta müqaviləsi imzalanmışdır. Bağlanmış tibbi sığorta müqaviləsi bank inzibati heyət daxil olmaqla bankın Bakı ölkənin digər şəhərlərində yerləşən filiallarının heyətini əhatə edir. "Bank of Baku" ASC-nin tibbi sığorta layihəsi bank işçilərinin tibbi sığortası sahəsində ölkədə ən böyük xidməti tibbi sığorta layihələrindən biridir. Paşa Sığorta Şirkətinin Tibbi Səyahət Siğortası Departamentinin rəhbəri Ülviyyə Cabbarovanın bildirdiyi kimi - "Bank of Baku" ASC-nin "Paşa Sığorta"nı özünün tibbi sığortaçısı seçmiş iri maliyyə institutlarının sırasına qatılmasını biz Tibbi Siğorta Xidmətimizin yüksək peşəkarlığına müştərilərimizin maraqları istiqamətində fəaliyyətimizə, o cümlədən tibbi sığorta seqmentində risklərin idarə olunmasında aparılan düzgün siyasətimizə bazarın verdyi yüksək qiymət kimi dəyərləndiririk. Bank sektorunda tibbi sığorta üzrə bizim müştərilərimiz siyahısında artıq Bank Respublika, Azərdəmiryolbank Paşa Bank kimi iri banklar vardır. "Bank of Baku" ilə müqavilənin imzalanması "Paşa Sığorta" bankların tibbi sığortası bazarında liderlər sırasına çıxarmaqla öz növbəsində əməkdaşlıq etdiyimiz bankların əməkdaşlarının artan tələblərinin yerinə yetirilməsi kimi əlavə məsuliyyəti üzərimizə qoyur. Əminik ki, bizim keyfiyyətli xüsusiyyətlərimiz müqavilə imkanları çərçivəsində tərəfdaş bankların əməkdaşlarının məmnunluğunu təmin edəcək uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığın təməlini qoyacaqdır. "Paşa Sığorta"nın multi-provayder modeli əsasında qurulmuş tibbi sığorta xidməti şirkətə müraciət edən müştərilərə 24 saat xidmət göstərməklə əməkdaşlıq etdiyi tibb müəssisələri apteklər şəbəkəsində göstərilən xidmətlərin keyfiyyətinə nəzarət etməkdədir. 2007-ci ildən etibarən "Paşa Sığorta" Böyük Britaniyanın Moody International agentliyi tərəfindən sığorta məhsul xidmətlərinin ISO 9001:2000 beynəlxalq keyfiyyət idarəetmə standartlarına uyğunluğu barədə sertifikatlaşdırılmışdır. Şirkətin tibbi sığorta xidmətinin işi həmçinin bu beynəlxalq standartların əhatə dairəsinə daxildir.

 

 

İqtisadiyyat.- 2009.- 12-18 fevral.- S. 2.