Dövlət büdcəsindən
maliyyələşən bir sıra təşkilatlarda
çalışan işçilərin əməkhaqlarının
artırılması haqqında
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılsın:
- Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Naxçıvan bölməsinin Aparatı, Elmi İnnovasiyalar Mərkəzi;
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası;
- Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin
Diplomatik Akademiyası;
- Azərbaycan
Dövlət Teleqraf Agentliyi (AzərTAc);
- "Azərbaycan
Milli Ensiklopediyası"
Elmi Mərkəzi;
- Azərbaycanda
Atatürk Mərkəzi;
- Azərbaycan
Respublikasının dövlət
arxivləri və onların filialları,
rayon (şəhər) dövlət
arxivləri;
- Azərbaycan
Respublikasının Prezidenti
yanında Dövlət
Sirrinin Mühafizəsi
üzrə İdarələrarası
Komissiyanın İşçi
Qrupu;
- Əsir
və İtkin Düşmüş, Girov
Götürülmüş Vətəndaşlarla Əlaqədar
Dövlət Komissiyasının
İşçi Qrupu;
- Azərbaycan
Respublikasının Narkomanlığa
və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə
Dövlət Komissiyasının
daimi fəaliyyət göstərən İşçi
Qrupu;
- Azərbaycan
Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin Dövlət
Film Fondu və onun Naxçıvan filialı;
- Azərbaycan
Respublikasının Prezidenti
yanında Elmin İnkişafı Fondu;
- Azərbaycan
Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondu;
- Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının Katibliyi.
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki:
2.1. dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının orta hesabla 10 faiz artırılmasını təmin etsin;
2.2. bu sərəncamın 1-ci və 2.1-ci bəndlərində nəzərdə tutulan qurumlarda çalışan rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini təsdiq etsin;
2.3. qüvvədə olan normativ hüquqi aktların bu sərəncama uyğunlaşdırılmasını təmin etsin;
2.4. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu sərəncam 2010-cu il oktyabrın
1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 oktyabr 2010-cu il
Azərbaycan.- 2010.- 14 oktyabr.- S. 1.