Hər zaman sevilən
və nümunəvi olmuşam
Vüsalə Bəşirova:
“Türkiyədə bəzən savadsız müğənniləri
yalnız məşhur olduqlarına görə münsif kürsüsündə oturdurlar”
Bakı Uşaq Teatrının aktrisası Vüsalə
Bəşirova Türkiyədə yayımlanan və kifayət
qədər reytinqi olan
"Beni affet”
serialının bir neçə
bölümündə çəkilib. Bu
xəbər mətbuatda yayıldıqdan sonra
aktrisanın ünvanına xoş sözlər
və təbriklər səsləndirildi.
Teatrın səhnəsində
baş rolların ifaçısı olan Vüsalənin istedadı bununla
bitmir. O, həm də ifaçılıq
fəaliyyəti ilə məşğuldur. Azərbaycanda da kifayət qədər film
və seriallarda obrazlar
canlandıran aktrisa qonağımız oldu. Gənc aktrisa bizimlə
söhbətində Türkiyə səfərindən və
oradakı çəkiliş sistemindən bəhs etdi.
- Vüsalə
xanım, istərdik ki, sizi
oxuculara daha
yaxından təqdim edək.
-
1986-cı il avqustun 29-da Bakıda anadan olmuşam. Ailəmizin kiçik və ərköyün övladıyam.
Məktəbi bitirdikdən sonra
2006-cı ildə sənədlərimi
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinə
verdim və "Musiqili teatr aktyoru” fakültəsinə
daxil oldum. Məktəbdə və universitetdə
ən yaxşı oxuyan şagirdlərdən
idim. Bütün qiymətlərim "5” olmasa da, hər
zaman sevilən və nümunəvi biri olmuşam.
- Necə oldu ki, aktrisa
olmağa qərar verdiniz?
- Aktrisa olmağım tam təsadüf nəticəsində
meydana gəldi. Məktəbi bitirdikdən sonra
2003-cü ildə "Bakı
payızı” adlı
musiqi müsabiqəsinə
qatıldım və xalq artistimiz Tünzalə Ağayeva ilə duet ifa etdim. Bu müsabiqə
mənə çox şey qazandırdı.
Mən uşaqlıqdan arzulayırdım
ki, gələcəkdə
müğənni olum.
Qarşıma məqsəd qoymuşdum
ki, peşəkar ifaçı olacam. Ancaq yaxın dostlarım mənə İncəsənət
Universitetinin tək musiqi yox, musiqili
aktyor fakültəsini
seçməyimi məsləhət
gördülər. Mən də
onların təkliflərinə
rədd cavabı vermədim. Bu seçimimə görə
də çox sevinirəm. Heç bir
çətinlik çəkmədən
universitetə qəbul
oldum və oxuduğum ixtisasa görə də heç zaman peşmançılıq hissi
keçirməmişəm.
- Bəs necə oldu ki, türk serialına
dəvət aldınız?
- Ankaradakı prodakşınların
birinə təsadüfən
üzv oldum. İki-üç gün sonra
elanlarda 25-30 yaşlarında
aktrisa tələb olunduğunu gördüm və müraciət etdim. Sınaq üçün bir-iki şəklimi çəkdilər və
mən də çəkilişdən sonra
ofisi tərk etdim. Bir saatdan sonra mənə zəng edib seçildiyimi bildirdilər. Xəbəri eşidəndə çox
sevindim. Çünki bu mənim Türkiyədə
ilk çəkilişim idi.
Ümid edirəm ki, davamlı olar. Türkiyədə seriallara, filmlərə
çəkilmək ən
böyük arzularımdan
biri idi. Nədənsə bu hər zaman arzu olaraq
qalırdı. "Beni affet” isə
türk serial aləminə
qatılmağım üçün
bir başlanğıc
oldu. İnşallah, oradakı yaradıcılığım
uzunmüddətli şəkildə
davam edər. Qeyd etmək istəyirəm ki, çəkildiyim serial
Ankarada çəkilib.
İştirak etdiyim çəkilişlərdə
mən Bakıda hazırlanan serial və filmlərdə görmədiyim
qeyri-adi bir davranış və yaxud da yeniliklə
rastlaşmadım. Bakıda
"Həyat varsa”,
"Babayevlər”, "Hippokrat
andı”, "Kolxoz” seriallarında, Fərda Xudaverdiyevin "Ögey ata” kinokomediyasında obrazlar canlandırmışam.
Türkiyədə özümü
elə Azərbaycanda çəkilən serialdakı
kimi hiss etdim. Nə qədər tanınmış
serial olsa da, bizim çəkiliş truppamız, seriallar və filmlərimizin yaradıcı kollektivlərinin
mehribanlığı, eləcə
də səmimiliyi dünyalara dəyər.
Onu heç nəyə dəyişmərəm. Ankaradakı seriallar
demək olar ki, bizim çəkilişləri
xatırladır. Onların
iş strukturu ilə bizimki eynidir. Qonorar məsələsinə gəlincə
isə, Ankaradakı seriallarda aktyora çox az
qonorar verilir. Hətta prodakşın aktyoru
göndərirsə, pulun
yarısını da onlar mənimsəyir.
Türk
serial aləmində ilk addımlarımı
atmaq üçün
bu seriala çəkildim. Məhz buna
görə qonorar söhbətini əvvəldən
danışmadım. Ancaq əgər
çəkilişlərim davam edərsə, başqa təkliflər olarsa, təbii ki, normal qonorar almağım müqabilində
razılaşacağam.
- Sizi həm ifaçı, həm də aktrisa kimi tanıyırıq.
Bəs bu yöndə Türkiyədə
hər hansı iş birliyiniz oldumu?
- Bu iki sənəti bir-birindən ayıra bilmirəm. Türkiyədə ifaçılığımı
davam etdirmək üçün alternativ yollar axtardım və bu yolda
hələ də çalışıram. Ancaq orada
çalışdığım 8 ay ərzində repertuarımı
və səhnə davranışlarımı daha
da inkişaf etdirmişəm.
- Nə üçün Türkiyədə
səs yarışmalarına
qatılmırsınız?
- Artıq o yaşım və fəaliyyətimin o dövrü deyil ki, gedib bəzi ifaçıların qabağında oxuyub rəy gözləyim. Orada da Azərbaycandakı kimi bəzən heç nə bilməyən, adi, məşhurluğu olan müğənniləri münsiflər heyətində oturdurlar. Təvazökarlıqdan uzaq olsa da, onların qarşısında ifa edib, fikir gözləmək istəmirəm. Yavaş-yavaş burada çalışıram, repertuarımı və fəaliyyətimi genişləndirirəm. Bu yönümdə el şənliklərində, tədbirlərdə ifa edirəm. Bu da mənə bəs edir.
- İşinizlə
əlaqədar mütəmadi şəkildə Türkiyəyə
gedib-gəlirsiniz. Bəs, Bakı Uşaq
Teatrındakı fəaliyyətiniz nə vəziyyətdədir?
- Bakı Uşaq Teatrının mənim formalaşmağımda kifayət qədər əməyi olub. Bunun üçün teatrın rəhbəri İntiqam Soltana və baş rejissorumuz İlhamə Əhmədovaya minnətdarlığımı bildirirəm. O teatrda mənim üçün dəyərli, qiymətli insanlar çoxdur. Oradakı dostlarım mənim üçün əzizdir. Nə yaxşı ki, onları tanımışam. Teatr kollektiv və canlı sənətdir. Aktyor səhnədə təkbaşına heç nə edə bilməz. İnkişaf etmək üçün tərəf müqabili mütləqdir.
Bakı Uşaq Teatrı ilə dostluq və iş əlaqələrimi heç vaxt itirməyəcəyəm. Çünki bu teatr mənim çalışdığım ilk teatr olub. Əgər Türkiyədə hansısa teatrda tamaşa oynasam belə, mənim teatrım Bakı Uşaq Teatrı olaraq qalacaq. İnşallah, yaxın vaxtlarda teatrımızın bəzi layihələrində yenidən iştirak edəcəm və bunu sevə-sevə edəcəm.
Xəyalə Rəis
Kaspi.- 2016.-6-8 iyul.- S.12.