Azərbaycan Heydər Əliyevin gəlişini
gözləyirdi...
"1997-ci ildə Heydər Əliyev Biləsuvarda qaçqın şəhərciyinə iki gəncin toy şənliyinə gəlmişdi. O vaxt mən çox gənc idim. Ulu öndər həmin toya şəxsən öz təşəbbüsü ilə qatılmışdı. O, çox səmimi insan olduğundan, sadə insanların el şənliklərində də iştirak edir və öz xeyir-duasını verirdi. Həmin vaxt icra hakimiyyətinin işçiləri mənə o toyda iştirak edəcəyimi xəbər verəndə, əvvəlcə bunun doğru olduğuna inanmadım. Düşündüm ki, Bakıdan məşhur müğənnilər dura-dura, prezidentin yanında məni mahnı oxumağa qoymazlar...” Bu sözləri tanınmış müğənni Əlikram Bayramov deyir.
Bəli, Heydər Əliyev məhz belə şəxsiyyət idi. Böyük siyasətlə yanaşı, cəmiyyətin müxtəlif sferalarına sirayət edib bütün təbəqələrin nümayəndələri ilə bərabər ünsiyyət qurur, hamıya eyni münasibət sərgiləyirdi. Təkcə bu xarakterinə görə onun dahiliyi və liderlik qabiliyyəti çox aydın üzə çıxır. Belə olmasaydı, istər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və böyük vətəndaş kimi qalmazdı. O, Azərbaycanın ən yeni tarixində müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir. Bu gün biz azərbaycanlıların ölkəmiz haqda danışanda fəxr edə biləcəyi, qürurla öyünəcəyi çox uğurları var. Bunların hamısı istisnasız olaraq Heydər Əliyevin adı ilə bağlıdır. Yəni müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti və ya hər hansı bir təsiri olmasın.
O, müstəqil Azərbaycanı qurub yaratmaqla yanaşı, onun inkişaf yolunu da müəyyənləşdirdi. Bu yolda təkcə siyasi deyil, sosial, iqtisadi, təhsil, mədəni və digər sahələrə bərabər səviyyədə diqqət tələb olunurdu. Məhz bu səbəbdən ümummilli lider Heydər Əliyev baş verən və gələcəkdə ola biləcək hadisələrə kompleks yanaşma sərgilədi. Digər zəruri sahələrlə yanaşı, mədəniyyətə, incəsənətə xüsusi diqqət yetirildi. Bu isə müstəqil bir dövlətin təməlini müəyyənləşdirən, təbliğini sürətləndirən və tərənnüm etdirilən məqamları kimi xarakterizə edilir. Ulu öndərin müəyyən etdiyi həmin inkişaf strategiyası zamanla özünü doğrultdu. Hazırda Azərbaycan dünyanın sürətlə inkişaf etməkdə olan dövlətləri sırasındadır. Eləcə də Cənubi Qafqazın lider ölkəsidir, regionda söz sahibidir. Ölkəmiz artıq iri enerji layihələri ilə Avropanın enerji təhlükəsizliyinə mühüm töfhələr verməkdədir. Bütün bunların nəticəsidir ki, Azərbaycanda çox nüfuzlu beynəlxalq tədbirlər keçirilir. Ölkəmiz "Eurovision” mahnı müsabiqəsindən tutmuş, ilk Avropa Oyunlarına, mədəniyyətlərarası dialoqlara qədər müxtəlif yarış və forumlara yüksək səviyyədə ev sahibliyi edir. Bütün bunlar cəmi 25 illik müstəqillik dövründə ümumilli liderin müəyyən etdiyi inkişaf yolunda baş verib.
Əlbəttə, ulu öndərin Azərbaycan üçün tükənməz xidmətlərindən çox danışmaq olar. Amma əbəs yerə Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsinə olan diqqətini xüsusi qeyd etmədik. Çünki Heydər Əliyev və müstəqil Azərbaycanı mədəniyyət və incəsənətdən uzaq təsəvvür etmək mümkün deyil. Hesab edirik ki, onun müxtəlif incəsənət adamlarının həyatında oynadığı rolu elə onların öz dillərindən təqdim etmək daha maraqlı olar.
Respublikanın xalq artisti, aktrisa Məleykə
Əsədovabizimlə söhbətində bildirdi ki, sənətə
gələn ilk vaxtlarda – 90-cı illərdə hər bir sahədə
olduğu kimi, Azərbaycan incəsənətində də
böyük böhran yaşanırdı. Heydər Əliyevin
Azərbaycana gəlişindən sonra digər dahələrlə
yanaşı, incəsənətdə də ciddi dirçəliş
başladı: "Ümummilli lider 1996-cı ildə Akademik
Milli Dram Teatrına gəlmişdi. O, aktyorlara, müğənnilərə
çox gözəl fikirlərini söyləyirdi, incəsənət
insanlarında çox gözəl ruh yüksəkliyi
yaradırdı. Mən bütün bunların şahidiyəm,
necə ruhlandıq, necə sənətə
bağlandıq... Dünənimə baxanda
düşünürəm ki, ilahi, mən bu qədər əsərləri
bir gündə necə çatdırırdım. Teatrda məşq
edirdik, dövlət tədbirlərində iştirak edirdik.
Bizhim belə əzmlə
çalışmağımızın səbəbkarı məhz
Heydər Əoiyev idi. Onun Akademik Milli Dram Teatrında
baxdığı tamaşa "Fərhad və Şirin”
tamaşası olub. Tamaşadan sonra səhnə arxasına
keçdi, mənə çox gözəl fikirlər söylədi.
O, teatrşünaslardan, tənqidçilərdən də
gözəl danışdı. Onun gözündən heçə
nə yayınmırdı. Sanki bir teatr bilicisi idi. Heydər Əliyev
sözün əsl mənasınlda fenomen insan idi. O,
doğrudan da peyğəmbər üzlü, dahi şəxsiyyət
idi. Sonrakı illərdə də mən onu
başqa tamaşalarda gördüm. "Aydın”
tamaşasında illər öncə Fatma Qədri və mənim
ifamda Gültəkin obrazını təhlil etdi. Nəinki mənə, bütün aktyorlara öz
fikrini bildirirdi”.
M.Əsədova
Azərbaycan incəsənətinin dirçəlişini məhz
Heydər Əliyevlə bağlayır: "Mən hər
gün Heydər Əliyevin ruhuna salavat göndərirəm. O,
qeyri-adi insan idi. Allah ona min rəhmət eləsin.
Bir aktrisa kimi mənim sevincli anlarım barmaqla
sayılası qədərdir. Onun da
çoxu Heydər Əliyevin tamaşalarımızı izləyib,
haqqımızda dəyərli fikirlər söyləməyinə
düşür. O, incəsənət insanlarına
xüsusi diqqət göstərirdi. Ömrümün
sonuna qədər onun ruhuna duaçıyam. Mən Azərbaycan haqqında şeir söyləyəndə,
ilk növbədə Heydər Əliyevi xatırlayıram.
O illərin şahidiyəm və sizə əminliklə deyirəm
ki, Azərbaycanı Azərbaycan edən Heydər Əliyevdir.
Bugünkü Azərbaycan Heydər Əliyevin əsəridir.
Bu gün biz müasir Azərbaycanda
yaşayırıq. Heydər Əliyevin
yetişdirdiyi İlham Əliyev onun siyasətinin
davamçısıdır”.
Xalq
artisti, müğənni Bilal Əliyev da ulu öndərimiz
haqqında "danışmaqla bitməz” dedi: "Əgər
Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu
gün Azərbaycan adlı ölkə bəlkə də
olmazdı. Mən özümü xoşbəxt
insan hesab edirəm ki, onun hakimiyyəti illərində
yaşamışam. O, hakimiyyətə gələndə
mənim cəmi 10 yaşım var idi. O zamanlar televiziyalar təzə
yaranmışdı. Televiziyada ulu öndərimizin
bölgələrimizdə yaşayan insanları ziyarət etməsini
izləyirdik. Azərbaycanın
bütün bölgələri onun gəlişini gözləyirdi.
Əvvəllər bizim ölkəyə müstəmləkə
gözü ilə baxırdılar. O, Moskva ilə bizim
aramızda elə bir ünsiyyət qurdu ki, Brejnev də
Bakıya gəldi. Heydər Əliyevin
qayğısı bütün sahələrdə və bir
çox insanların üzərində olduğu kimi, mənim
də üzərimdə çox olub. Bəlkə
ən yaxın doğmalarımdan görmədiyim diqqəti
ulu öndərimizdən və onun davamçısı
İlham Əliyevdən görmüşəm. O, incəsənət
aləminə çox böyük qiymət verirdi. Konsertlərdən sonra gəlib bizə təşəkkürünü
bildirirdi, tək-tək bizimlə görüşürdü.
Xarici ölkələrin prezidentləri ölkəmizə
gəlirdi, biz onların qarşısında
çıxışlar edirdik. Çıxışdan
sonra həmin prezidentləri gətirib bizimlə
görüşdürürdü. Bu, incəsənətə
olan qayğı idi. Tədbirlərdə
çıxış etdikdən sonra bizə mükafatlar
verirdi. Bizi həvəsləndlirib, ruhlandırırdı.
Hər konsertdən sonra Mədəniyyət
Nazirliyindən zəng edib deyirdilər ki, bizə
maaşımızdan əlavə qonorar yazılıb. Elə mükafatlar olurdu ki, bizim bir aylıq
maaşımızdan da çox idi. Bu
gün onun qoyduğu siyasət davam edir. Daim
insanlar arasında oluram. Ulu öndərin
dövrünü görən sənətçilərin
çoxu deyir ki, vaxtilə Heydər Əliyev bizi xaricə
oxumağa göndərib. İstedadımızı
görüb onu inkişaf etdirmək üçün əlindən
gələni edib. O istəyirdi ki, Azərbaycan gəncləri
istedadlı və savadlı olsun. Bu gün mən
dünyanı gəzirəm. Görürəm
ki, digər ölkələr bizdən çox zəif
yaşayır. Ancaq Azərbaycan gündən-günə
inkişaf edir. Ona görə də
İlham Əliyevə təşəkkürümüzü
bildiririk ki, Heydər Əliyevin əsasını qoyduğu
siyasəti uğurla davam etdirir”.
Tanınmış ifaçı Əlikram Bayramov isə
Heydər Əliyevdən danışarkən ilk olaraq "onun
bir kəlməsi ilə bütün həyatım dəyişdi”
dedi.
Ə.Bayramov kasıb bir gənc olduğunu, paytaxta gəlməsi
üçün heç bir imkana sahib
olmadığını, məhz ulu öndərin sayəsində
bu gün ölkə miqyasında tanındığını
dedi: "1997-ci ildə Heydər Əliyev Biləsuvarda
qaçqın şəhərciyinə iki gəncin toy şənliyinə
gəlmişdi. Ulu öndər o zaman toyu təşkil
edənlərə söyləmişdi ki, toyda Biləsuvarın
öz musiqiçiləri iştirak etsə, daha yaxşı
olar. Oktyabrda keçirilən toy şənliyində
ilk olaraq Müslüm Maqomayevin "Azərbaycan”
mahnısını oxudum. Bu mahnı mənə
uğur gətirdi. Mərhum Prezident bu
mahnını çox bəyəndi. Həmin
məclisdə "Ana” mahnısı ilə yanaşı, bir
çox toy mahnıları da ifa etdim. Toy
bitdikdən sonra mənə söylədilər ki, Heydər
Əliyev sizinlə görüşmək istəyir. Çəkinə-çəkinə Heydər
Əliyevin yanına getdim. Fikirləşirdim
ki, yəqin nə isə problem yaranıb. Amma Prezident mənə
"Sənin səsin Rəşid Behbudovun səsinə bənzəyir.
İstəyirəm ki, paytaxtda təlim
keçib, ifaçılıq edəsən” - deyib, köməkçisinə
Söylədi ki, bu gənclə məşğul olsunlar.
Mərhum Prezident mənim yaxşı gələcəyim
olacağını qeyd etdi və dedi ki, "sənə ilk
xeyir-duanı mən verirəm”. Məhz ulu
öndərin xeyir-duası ilə böyük uğurlar
qazandım və şöhrət əldə etdim”.
Gənc
ifaçı Amil Həsənoğlunun da Heydər Əliyevlə
bağlı maraqlı təəssüratları var. Dediyinə
görə, bu dahi insanla ilk görüşü 1998-ci il may ayının 4-də indiki Bakı Musiqi
Akademiyasinda olub: "Dünya şöhrətli musiqiçi
M.Rastrapovicin Azərbaycana ilk gəlişi münasibətilə
keçirilən master dərslərindən sonra onun şərəfinə
verilən konsertdə mənim də
çıxışım oldu. Konsertdə Heydər
Əliyev ön sırada əyləşmişdi. Gurultulu alqışlarla yenidən bir mahnı
oxumağımı istədilər. Çıxışımı
bitirib səhnə arxasına qayıdan zaman nazir köməkçisi
mənim harda yaşadığımı və neçə
yaşım oldugunu soruşdu. Çünki
artıq Heydər Əliyev mənimlə
maraqlanmışdı. Konsertin səhəri
dövlət televiziyasında prezident sərəncamlarını
izləyən zaman adımın Gənc İstedadların
Qızıl Kitabına yazılaraq, fərdi təqaüdə
layiq görüldüyümü öyrəndim. Sənətə yenicə addımlayan uşaq
üçün bu, böyük stimul idi. Sonra
Silahlı Qüvvələr Günündə dahi Üzeyir
Hacıbəyovun "Sevgili Canan” romansını ifa etdim.
Konsertin sonunda Heydər Əliyev incəsənət
nümayəndələri ilə görüşüb onlara təşəkkür
edirdi. Həmin gün bizim ilk dəfə səmimi
görüşümüz oldu. Söhbətimizi
bu günə kimi xatırlayıram. "Səni
istedadlı gənclər siyahısına salmışam,
bilirsən, ya yox? Sən yaxşı oxu,
istedadını inkişaf etdir” deyərək alnımdan
öpdü. Bu görüşdən sonra
bütün dövlət tədbirlərində, xaricidəki
Azərbaycan mədəniyyəti günlərində mənim
ulu öndərlə daim görüşlərim olmuşdur”.
Əməkdar artist Baloğlan Əşrəfov
incəsənət adamlarına hər növ
qayğının Heydər Əliyev dövründən
qaldığını bildirdi. Qeyd etdi ki, Respublika Sarayında
Azərbaycana Qırmızı Bayraq verilirdi: "Sarayda
keçirilən "İstedadlar axtarırıq” konsert
müsabiqəsinin qalibi idim. Orada Heydər Əliyevlə
görüşdüm. Həmin səhnədə SSRİ xalq
artistləri çıxış edirdi. Əliyev konsertdən
sonra kulisə gəldi, ifam haqqında fikirlərini bildirdi. Sənət
aləmində əsas uğurlarım demək olar ki, bundan
sonra başladı. Bir müddət sonra aləm bir-birinə dəydi,
hakimiyyət dəyişildi. Mənim də kitabım
bağlandı. Televiziyalar, radiolar bizə şərait
yaratmadılar. Nəhayət, Heydər Əliyev yenidən
hakimiyyətə gəldi. Həmin vaxt mən sanki həyata
yenidən gəldim. Televiziyaların qapıları
üzümə açıldı. Dəfələrlə
solo konsertlərim oldu. Azərbaycanda elə bir konsert salonu
yoxdur ki, orada konsenrtim olmasın. Bütün uğurlarım onun
dövründə baş verdi. Bu gün əgər biz müstəqil Azərbaycanda
yaşayırıqsa, bu, Heydər Əliyevin qoyub getdiyi bir xəzinədir.
Hazırda da sənət adamları dövlət
səviyyəsində qiymətləndirilir, onlara fəxri adlar
verilir. Bunların hamısı Heydər
Əliyev siyasətinin davamıdır”.
Ataların
bir misalı var – görünən dağa
bələdçi lazım deyil. Həqiqətən
də bu gün Heydər Əliyev deyəndə müstəqil
Azərbaycan, Azərbaycan deyəndə Heydər Əliyev yada
düşür. Qoy, müstəqilliyimiz də ulu
öndərin əziz xatirəsi kimi daimi, əbədi və
dönməz olsun!
Xəyalə Rəis
Kaspi.-2016.-23 noyabr.-S.12.