Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009"

 

Tədbirlər il ərzində davam etdiriləcək

 

2007-ci il 21-23 noyabr tarixlərində mədəniyyət nazirlərinin Liviyanın Tripoli şəhərində keçirilən V İslam konfransında qəbul olunmuş qətnaməyə əsasən, Bakı şəhəri 2009-cu il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunub. Bununla bağlı il ərzində keçirilən tədbirlər planı hazırlanıb. "Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009"-un açılış mərasimi fevralın 18- keçiriləcək. Tədbirlər il ərzində davam etdiriləcək.

Konfransın açılışı günü rəsmi nümayəndə heyətləri ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Daha sonra Heydər Əliyev Sarayında "Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009"un təntənəli açılış mərasimi konsert proqramı keçiriləcək.

Tədbir çərçivəsində Muzey Mərkəzində "Bakı şəhəri" foto rəsm sərgilərinin açılışı, "Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009" İnternet saytının, Azərbaycana həsr olunmuş sənədli filmlərin təqdimatı keçiriləcək.

Azərbaycan Milli Kitabxanasında "Qədim Bakı" kitabının təqdimat mərasimi, Qız qalası, Azərbaycan Dövlət Tarix Muzeyinə ekskursiyalar da tədbirlər planına daxildir. Həmçinin incəsənət ustalarının iştirakı ilə konsert proqramı atəşfəşanlıq keçiriləcək.

 

Təranə

 

Kaspi.-2009.-14-16 fevral.-S.16.