İlin ən fəal deputatları
mükafatlandırıldı
Millət vəkillərinin fəaliyyəti 4 nominasiya
üzrə qiymətləndirilib
Bu nominasiyada millət vəkilləri
Qənirə Paşayeva, Qüdrət Həsənquliyev, Cəmil
Həsənli, Fuad Muradov, İltizam Əkbərli, Sabir
Rüstəmxanlı da qalib elan olunub. Sorğunun nəticələrinə
əsasən, "İlin fəal millət vəkili"
nominasiyasında millət vəkilləri Aydın Mirzəzadə,
Siyavuş Novruzov, İqbal Ağazadə, Pənah Hüseyn,
Fazil Qəzənfəroğlu, Vahid Əhmədov, Zahid Oruc, Əli
Məsimli, Azay Quliyev, Arzu Səmədbəyli fərqləniblər.
"Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil
edən fəal millət vəkili" nominasiyasında Milli Məclis
sədrinin birinci müavini Ziyafət Əsgərov və sədrin
müavini Bahar Muradova qalib elan olunublar. Sorğuya əsasən,
ilin ən passiv millət vəkilləri də müəyyənləşdirilib.
Bu nominasiyada Nəsib Nəsibli, Məcid Kərimov, Xəlilbəy
Günəşov, Əhəd Əhmədov, Əhməd Vəliyev,
Sabir Hacıyev, Mixail Zabelin, Rafiq Məmmədhəsənov və
Maqsud İbrahimbəyov "fərqləniblər".
Dünən keçirilən
təqdimetmə mərasimində millət vəkillərinə
mükafatlar təqdim olundu. Mərasimdə
çıxış edən təşkilatın rəhbəri
Elşad Eyvazlı fəaliyyətləri ərzində əsas
diqqəti "reket" jurnalistlərə yönəltdiklərini
bildirdi. Onun sözlərinə görə, aparılan iş nəticəsində
60-dək "reket" jurnalistin parlamentdən
uzaqlaşdırılmasına nail olunub. Artıq parlamentdə
bu tip jurnalistlər yoxdur. Təşkilatın ötən il həyata
keçirdiyi digər bir layihə isə yerli və xarici
jurnalistlərin Qubadakı kütləvi məzarlığa səfərinin
təşkili və məzarlıqdan hazırlanmış
reportajlarla bağlı müsabiqənin keçirilməsi
olub. Hazırda təşkilat Quba məzarlığı ilə
bağlı məlumatların dünya ictimaiyyətinə
çatdırılması istiqamətində işlərini
davam etdirir. Yaxın vaxtlarda təşkilatın dəstəyi
ilə Quba məzarlığındakı faktları əks
etdirən saytın təqdimatı keçiriləcək.
Saytda ermənilərin azərbaycanlılara qarşı tarix
boyu həyata keçirdiyi soyqırımı faktları da
işıqlandırılacaq.
E.Eyvazlı dedi ki,
Parlament Jurnalistləri Birliyi Türkdilli Ölkələrin
Parlament Jurnalistləri Birliyinin yaradılması istiqamətində
də iş aparır. Artıq bununla bağlı Türkiyə
və Qazaxıstanın parlament jurnalistləri ilə
razılıq əldə olunub. Digər türkdilli ölkələrin
parlament jurnalistləri isə birlikdə təmsil olunmaqda tərəddüd
edirlər. Təşkilat rəhbəri dedi ki, bütün
problemlərə baxmayaraq, bu il türkdilli ölkələrin
parlament jurnalistlərinin toplantısının təşkil
olunması nə-zərdə tutulur. Artıq Türkiyə
Parlament Jurnalistləri dərnəyi tədbirdə iştiraka
razılıq verib. Qazaxıstanın Azərbaycandakı səfıri
də ideyanı müsbət cavablandırıb. Hazırda digər
türkdilli dövlətlərin parlament jurnalistləri ilə
müzakirələr davam edir. Türkdilli jurnalistlərin bir
araya gətirilməsində əsas məqsəd yenicə təsis
edilən Türkdilli Dövlətlərin Parlament
Assambleyası haqqında ictimaiyyətin məlumatlandırılması
olacaq.
E.Eyvazlı qeyd etdi ki, təşkilatın
həyata keçirdiyi digər layihə Azərbaycan Milli Mətbuat
Ensiklopediyasının hazırlanmasıdır. Hazırda bu
istiqamətdə iş aparılır. Təşkilat rəhbərliyi
bununla bağlı müvafiq instansiyaların təmsilçiləri
ilə müzakirələr keçirib. Nəzərdə
tutulur ki, ensiklopediya ali məktəblərdə tədris vəsaiti
kimi istifadə olunsun.
Təqdimat mərasimində
çıxış edən millət vəkili Qənirə
Paşayeva dalbadal üçüncü ildir aldığı
mükafatla fəxr etdiyini bildirdi:
"Mən indiyə
kimi çox mükafat almışam. Amma bu mükafat onların
hamısından əzizdir. Çünki bu mükafatı mənə
həmkarlarım verir. Öz peşə fəaliyyətimdən
də bilirəm ki, jurnalistlər kimisə
mükafatlandırmaqda həmişə xəsis olurlar. Mən
özüm də belə idim. Hesab edirəm ki, bu bizə
göstərilən böyük etimaddır.
Çalışacağam ki, gələcəkdə də bu
etimadı doğruldum". Q.Paşayeva parlament jurnalistlərinə
qılınc bağışladı. "Arzu edirəm ki,
qılıncınız heç vaxt millət vəkillərinin
başı üstündən əskik olmasın" -deyə
Q.Paşayeva vurğuladı.
Millət vəkili Qüdrət
Həsənquliyev Milli Məclisin işi barədə məlumatların
ölkə ictimaiyyətinə çatdırılmasında
parlament jurnalistlərinin xüsusi rol oynadığını
dedi. Onun sözlərinə görə, bu baxımdan millət
vəkilləri parlamentdəki jurnalistlərin işini həmişə
müsbət qiymətləndirirlər.
Millət vəkili Cəmil
Həsənli parlamentdəki jurnalistlərlə deputatlar
arasında heç bir fərq qoymadığını dedi.
Onun fıkrincə, müasir cəmiyyəti jurnalistlərsiz təsəvvür
etmək mümkün deyil. Azərbaycanın müstəqilliyinə
gedən yolda da qələm, jurnalistika və publisistika
böyük rol oynayıb. Çıxışının
sonunda millət vəkili jurnalistlərə qələm hədiyyə
etdi. "Qənirə xanım sizə qılınc hədiyyə
etdi. Azərbaycanda uzun müddətdir qılıncla qələm
birgə irəliləyir. Buna görə mən də sizə
qələm bağışlayıram" - deyə C.Həsənli
vurğuladı.
Millət vəkili
İkram İsrafıl jurnalistlərin çox az əməkhaqqı
ilə fədakarcasına çalışdıqlarını
qeyd etdi.
Millət vəkili
Aydın Mirzəzadə aldığı mükafatı
jurnalistlər tərəfindən verilən avans kimi qiymətləndirdi.
Onun sözlərinə görə, bu mükafat deputatları
bu il daha yaxşı işləməyə sövq etməlidir.
Quliyev İlham
Kaspi.-2009.-17-19 yanvar.-S.4.