Kəmaləddin Heydərov Boks Federasiyasının prezidenti seçildi

 

Ağacan Abıyev fəaliyyətini I vitse-prezident kimi davam etdirəcək

 

Dünən Azərbaycan Boks Federasiyasının (ABF) hesabat-seçki konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, Milli Olimpiya Komitəsinin (MOK) akt zalında təşkil olunan tədbirdə ABF-nin prezidenti postuna yeganə namizəd Kəmaləddin Heydərov, gənclər idman naziri Azad Rəhimov MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qatılıb.

Konfransda 160 nümayəndədən 133-ü iştirak edib. Gündəliyə əsasən, ABF prezidenti Ağacan Abıyev 2005-2008-ci illər üçün hesabat verdikdən sonra boks ictimaiyyətinin nümayəndələri çıxış ediblər. Ardınca prezident seçkisi keçirilib. Bu posta yeganə namizəd K.Heydərov yekdilliklə prezident seçilib.

Seçkidən sonra 18 nəfərdən ibarət İcraiyyə Komitəsi seçilib. Bunlar arasında Ağacan Abıyev, Gənclər İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov, MOİK-in rəisi Natiq Əliyev, beynəlxalq dərəcəli boks hakimi Niftalı Quliyev, Avropa çempionu Rövşən Hüseynov başqaları var.

Bundan sonra A.Rəhimov Ç.Hüseynzadə çıxış edərək, yeni prezidentə təbriklərini çatdırıb, ona uğurlar arzulayıblar. K.Heydərov isə öz nitqində ABF-in fəaliyyətini yüksək qiymətləndirib, boksun daha da yaxşı inkişafına çalışacaqlarını vurğulayıb.

Hesabat-seçki konfransının ardından İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası keçirilib.

 Dünən federasiyasının yeni baş katibi vitse-prezidentləri müəyyənləşib. Bundan sonra qurumda baş katib vəzifəsini İsa Əsgərov yerinə yetirəcək. O, Tofiq Babanlının xələfinə çevrilib.

25 il ABF-ə rəhbərlik etmiş Ağacan Abıyev isə fəaliyyətini I vitse-prezident kimi davam etdirəcək. Federasiyanın vitse-prezidentləri Süleyman Mikayılov və Avropa çempionu Rövşən Hüseynov olub.

"Boks Federasiyanın prezidenti kimi ilk addımım İcraiyyə Komitəsinin yeni üzvləri ilə birgə bu qurumun prinsiplərini öyrənmək təhlil etməkdən ibarət olacaq". Apasport.az saytının məlumatına görə, bu sözləri ABF prezidenti K.Heydərov deyib. O, yurnalistlərin suallarını cavablandırarkən, boks yığmamıza əcnəbi baş məşqçi gətiriləcəyi barədə yayılan xəbərlərə münasibət bildirib: "Azərbaycanın paytaxtında və rayonlarında güclü boksçular var. Ehtiyac yaranacağı təqdirdə, boks texnikasını daha mükəmməl öyrətmək üçün xaricdən məşqçilər dəvət edəcəyik. İnanıram ki, 2012-ci il London Olimpiadasına vəsiqə qazanacaq idmançılarımız öz üzərlərində işləyəcəklər və bu mötəbər yarışda ölkəmizi layiqincə təmsil edəcəklər".

K.Heydərov Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Azərbaycan Taekvondo Federasiyasının prezidenti kimi fəaliyyətini davam etdirdiyini vurğulayıb: "Hər iki postda hələlik fəaliyyətim davam edir. Taekvondo Federasiyası bütün regionlarımızda bazasını qurub. Ölkəmizdə taekvondo inkişaf dövrünə qədəm qoyub. Son iki olimpiadada medal qazana bilməsək də, Azərbaycanda güclü taekvondoçular var. Dünyada bizim taekvondoçuları tanıyırlar və onlarla hesablaşırlar".

 

 

Kaspi.- 2009.- 24-26 yanvar.- S.13.