Rayner Maria Rilke. (Avstriya).
«ORFEYƏ SONETLƏR» SİLSİLƏSİNDƏN
Göyərir, ilahi, göyərir ağac!
O səsdi
göyərir: səslənir
Orfey.
Və susur nə varsa. Bu sükutdaca
Rəngini, cildini dəyişir hər şey.
Vəhşilər yuvadan qaçır, tələsir,
səsini içinə
qısıb dururlar:
qorxu-hürküdən yox, susub dururlar, -
dinləməkdən ötrü
o gözəl səsi.
Hansı ulayırdı,
dil-dil ötürdü,
-
bir heçdi,
bir puçdu onlardan ötrü.
Və sən
o balaca, o sısqa yerdə,
içindən hər şeyin acıqla, kinlə
baxdığı o miskin,
ufacıq hində
məbədlər ucaltdın
gözəl səsinlə.
***
Və yalnız
o kəs ki öz lirasından
bir an da ayrılmadı,
ruhlar və kölgələr dünyasında
da
ona dönük
çıxmadı,
ölülərlə birgə
xaşxaş da yedi
iyrənmədən, qorxmadan,
-
sonsuzluğu yalnız
o vəsf elədi
tellərə toxunmadan.
Suda əksi
sınan quyu təkindən
baxıb səni
tərk edən
surəti dərk
et.
Yalnız o tərəfdə,
yalnız o üzdə
açıldı üzümüzə
son əbədiyyət.
***
Bulud kölgəsitək
öz dövrəsində
itsə də ömür,
yenə öz kökündən, bünövrəsindən
heç nə dəyişmir.
O qəfil
axında bir göz qırpımı
yanıb, közərib,
Orfey lirasının
səsi çırpınır
-
canlı, əzəli.
Biz hardan bilək ki, sonumuz nədir? -
bizimçün dünyada
nə ehtiraslar,
nə də iztirablar dərk ediləndir, -
toranda gizlənib
yolun arası.
Yalnız o nəğmənin
bürüyüb dünyanı
səsi-sədası.
***
Dilimin nəğməsi
– can verdiyinə
qulaq da bəxş edən Tanrıdı, Tanrı…
Yaz çağı,
Rusiya; anıram yenə -
tala, tənha
bir at, qaş qaralırdı…
Qayışı-qaytanı atıb
qırağa
o kənddən-kəsəkdən
qaçırdı bu
at;
uçurdu axşamın
qaranlığına -
üzü tənhalığa
çapırdı bu
at.
Çapırdı, hər
şeyi unudub artıq -
yalı yellənirdi,
başı əsirdi,
yaman tələsirdi…
və budur artıq
gemgeniş talada o tək gəzirdi!
Qulaq kəsilirdi,
oxuyurdu at…
Atın bu surəti məndən amanat!
***
Quduzlaşmış kütlənin
dörd tərəfdən
sardığı,
sən ey ilahi səsdə dirçələn ulu Tanrı! -
sənin səslənişinlə
o yığnağın varlığı,
hay-küyü itdi-batdı, xoş bir avaz
yarandı.
Qırammadı heç biri fəqət sənin liranı.
Ürəyinə tuşlanan
daşlar sənə yetincə
ipək kimi hamısı yumşaldı
bircə-bircə -
nəfəs verib,
can verib dilləndirdin
onları.
Qəddar, amansız
qisas axırda baş tutsa da -
Azğın menadlar sənin axırına çıxsa da…
aslanların, quşların,
ağacların, otların,
qayaların dilinə
keçdi o səs, o səda…
Yerin, göyün
Tanrısı! Sənin
füsunkar səsin
o keçmiş
ədavətin uzaq sədası kimi
o vaxtdan dilimizdə səslənir
həzin-həzin.
1922
Kaspi. -2010. – 3-5 aprel. – S.12.