Qovuşmaq üçün 

 

Vaxtsız vəfat etmiş həyat yoldaşım  

Kifayət xanımın  əziz xatirəsinə

 

Bir insan övladı köçvü dünyadan,

Öz haqq dünyasına yetişmək üçün.

Yatdı, ayılmadı şirin röyadan,

Nakam anasına qovuşmaq üçün.

             

Bir Leyli köç etdi, usanıb jandan,

Məjnunu səhrada sərgərdan qoyub.

Sevgi yox, dərd-bəla gördü həyatdan,

Getdi, etibarsız dünyadan doyub.

                  

Bir qərib köç etdi, qürbət diyardan,

Ruhən öz elinə qovuşmaq üçün.

Vətən həsrətindən alışıb yanan,

Qəlbini dağlarda soyutmaq üçün.

                   

Bir türk qızı köçdü, bu gün cahandan,

Haqsız qərarlardan qurtulmaq üçün.

Getdi yaxın olsun tanrıya orda,

Ədalət divanı qurdurmaq üçün.

 

Bir şair əyalı köçdü həyatdan,

Hicrindən dastanlar yazdırmaq üçün.

Xoşbəxt günlərinə qiymət verməyən,

«Zalım yar»a qədrin anlatmaq üçün.

                  

Bir ana köç etdi küskün, pərişan,

Şəhid övladına qovuşmaq üçün.

Analı-balalı qohum-qardaşnan,

Əbədi bir yerdə uyumaq üçün. 

 

 

Rəfail

 

Kaspi. -2010. – 7 aprel. – S.12.