İLLƏR KEÇİR 

 

 Desəm inanmassan bəlkədə mənə,

 Sevgi olduğun səndən öyrəndim.

 Elə aşiq oldum sən sevdiyinə,

 Bəlkədə sevməzdim sən sevməsəydin.

 

 O ilk söhbətimiz, sözümüz idi,

 Yadında qalanı xatırla bir an.

 Bəlkə hardasa xətrinə dəydim,

 Mən sənin əlindən tutduğum zaman.

 

 Həyadan qızarmış yanaqlarında,

 Sözlər qırıq-qırıq, kəlmələr ayrı.

 Süzülüb bal kimi dodoqlarından,

 Məni aparırdı sevgiyə sarı.

 

 Bir misra sevgidən şeir deyəndə,

 Duydum ki, qəlbinə hərarət gəldi.

 Bir sönmüş sevgiyə boyun əyəndə,

 Şad olub sevinmək necə gözəldir.

 

 O xoşbəxt bir gündə qoyduq təməlin,

 Əbədi sönməyən bir məhəbbətin.

 Mən təzə bəy oldum, sən təzə gəlin,

 Yandırdıq şamını əbədiyyətin.

 

 İndi o illərdən neçə il keçir,

 Kök salıb təmiz eşq iki ürəkdə.

 İnanki sevgilim bu illər nədir,

 Əsri qarşılarıq güllə çiçəklə. 

 

 

 Suliddin  Yanar

 

 Kaspi. -2010. – 13 aprel. – S.12.