ŞAİR ÖMRÜ
Şairlər çoxunun dərdini çəkir,
Onunçün də ömrü az
olur yəqin.
Bu böyük dünyada dərd nə qədərdir,
Böyüyü, kiçiyi, hansını
çəksin.
Gördüyü
nə varsa yaxşısın pisin,
Laqeyid dayanıb gözləyə
bilmir.
Bu qədər dərdlərin indi hər kəsin,
Oturub birbəbir izləyə
bilmir.
Onun üçün yaranıb
şair sözü də,
Açır misralarda dərdi,
qəmləri.
Bəzən dəli olur şair özüdə,
Qələmə alanda ağlı
kəmləri.
Düşündürür
onu həyat büstbütün,
Biri sevgisindən danışan
zaman.
O aşiq sevdasın öyrənmək
üçün,
Özüdə aşiqə çevrilir
həmən.
Segisi sirlidir, sözü sirlidir,
Çox şeyi gizlədir
qəlbində hələ.
Cavab tapmadığı suallar nədi?
Tamam olunmamış şerində
hələ.
Qəribə həyatı olur şairin,
Şirindi sabahda,zülmət gecədə.
Yazılmış
pis, yaxşı hər bir şeirin,
Övladtək bir fərqi
yoxdur necədə.
Suliddin Yanar
Kaspi. -2010. – 13 aprel. –
S.12.