OLDU 

 

Ay ömrümə nur çiləyən,

Sonra gün-gün puç eləyən,

Elə getdinköç eləyən

Durnalar da yalan oldu.

 

Eşq bir odmuş, mən inandım,

Kim soruşdu susdum, dandım.

Həsrətində elə yandım,

Leylilər yalan oldu.

 

Dilimdəki aman-aha,

Baxıb batma sən günaha.

Səbrim yoxdu, tez gəl daha,

Vallah, mənə olan oldu. 

 

 

Nəzakət

 

Kaspi. -2010. – 13 aprel. – S.12.