Bəhanə gəzmə

 

Sən Allah, getməyə bəhanə gəzmə,

Çoxdan hazır idin, çıxıb gedirsən.

Həsrətin əlindən tutub, qaldırıb,

Könlümün evini yıxıb gedirsən.

 

Məndən inciməyin bir bəhanədir.

İndi həsrətimə qısılmışam mən.

Ürəyin hökmündən hara qaçırsan?

Sənin ürəyindən asılmışam mən. 

 

 

Nəzakət

 

Kaspi. -2010. – 13 aprel. – S.12.