Ana dilli mətbuatımızın ilk təməl daşıƏkinçi 

 

XIX əsr Azərbaycan tarix səhifələrinə gərgin bir dövr kimi yazıldı. O dövrdəki siyasi arenada baş verən hadisələr buna əyani sübutdur. 1813-cü ildə Gülüstanda, 1828-ci ildə isə Türkmənçayda qəsbkar qonşularımız tərəfindən imzalanan müqavilələr xalqımızın bütün müstəqilliyinin əlindən alınması ilə sonuclandı. Beləliklə Şimali Cənubi Azərbaycan kimi deyimlər dilimizdə kök saldı, azad söz, müstəqil fikri ifadə etmək anlamları isə xalq üçün yasaqlandı. Xalqın fikrini ifadə etmək üçün bir tribunaya ehtiyac duyulurdu. Uzun məşəqqətlərdən sonra Həsən bəy Zərdabi çar RusiyasındanƏkinçiadlı bir qəzetin təsis olunması haqda izn alır.

 Qəzetin hasil olunmasına razılıq verən hökumət belə hesab edirdi ki, qəzetdə siyasi görüşlərə, xalqda azadlıq ruhunu oyadacaq yazılara yer verilməyəcək. Amma qəzetin yaranması, o cümlədən fəaliyyət göstərməsi üçün lazım olan əsas amillər məhz bunlar idi. Qəzetin adınınƏkinçiolması təsadüfi xarakter daşımırdı. Bu bir növ çar Rusiyasının gözündən pərdə asmaq məqsədi daşıyırdı. Torpağın necə şumlanması, yeni əkin alətləri haqqında məlumatlar çatdıranƏkinçi”də xalqın maariflənməsi, hansı hüquqlara malik olması haqda siyasi arenada baş verən ən son hadisələr, informasiyalar verilir.

Qeyd etdiyimiz dövrdəƏkinçiqəzetinin yaranmasına ehtiyac duyulurdu. Nəhayət, 1873-cü il 22 iyul tarixində Azərbaycanda ana dilli mətbuatın əsası qoyuldu öz fəaliyyətini 1877-ci ilə qədər davam etdirdi. Həsən bəy qəzetin yaranma tarixçəsi haqda belə söyləmişdir: “Hər kəsi çağırıram gəlmir, göstərirəm-görmür, deyirəm-qanmır. Axırda gördüm ki, onları hazırlayıb çağırmaqdan, onlara deməkdən başqa qeyri əlac yoxdur”. Beləliklə, çətin tarixi şəraitdə yarananƏkinçiöz çiyinlərində bir sıra çətinlikləri daşımalı oldu. Zərdabi kəskin siyasi məsələlər qoyur, zəmanənin eyiblərini açırdı. O adi bir məqalədə siyasi məsələlərə toxunurdu. Azərbaycanda milli mətbuatımızın təməl daşlarını qoyanƏkinçiöz ətrafında N.Vəzirov, M.F.Axundov, S.Ə.Şirvani kimi RusiyanınZvezda”, ”Kolokol”, ”Sovremennikqəzetlərində çalışan maarifçiləti toplamışdır. Üç il ömür sürən bu qəzet 1877-ci ildə 56-cı nömrə ilə bağlanır. Cəmi üç il yaşadı. Bu qısa ömür fəaliyyətində isə bizə çox şeyləri verdi. Əkinçiliyin sirləri, maarifçilik, azadlıq s. Ən əsası isə özündən sonra böyük bir ədəbi məktəb qoydu – “Əkinçiməktəbi .

 

 

Məhərrəmova  Nigar

 

Nadiroğlu  Bəhruz

 

Kaspi. -2010. – 17-19 aprel. – S.12.