ADNA-dakı terror üçün 50.000 dollar
ayrılıbmış
Fərda Qədirovun ailəsini də öldürmək
istədiyi müəyyən edilib
Aprelin 21-də Ağır
Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin
hakimi Ramella Allahverdiyevanın sədrliyi ilə Azərbaycan Dövlət Neft
Akademiyasında (ADNA) törədilən
kütləvi qətllə bağlı məhkəmə
prosesi davam etdirilib. Məhkəmə qarşısında təqsirləndirilən
Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf
Süleymanov cavab verib.
İttiham aktına əsasən,
aparılmış istintaq zamanı müəyyən edilib ki,
Gürcüstan vətəndaşı olan və bu ölkənin
Marneuli rayonunun Şulaveri kəndində yaşayan Qumaşyan
Mardun Qriqoryeviç həmin rayonun Daştəpə kənd
sakini Fərda Qədirov, onun qohumu Cavidan Əmirov, kənd
sakinləri Nəcəf Süleymanov, Nadir Əliyev və nəhayət,
şəxsiyyətləri istintaqa məlum olmayan digər
şəxslərlə 2009-cu ilin yanvar-mart aylarında cinayət
əlaqəsinə girib. O, azərbaycanlılara qarşı
saxladığı milli ədavət zəminində bu şəxslərlə
Bakıda terror aktı törədilməsi barədə
razılığa gəlib. M.Qumaşyan bu cinayətin təşkili
və həyata keçirilməsi üçün onlara 50 min
dollar verəcəyini vəd edərək əvvəlcədən
Fərda Qədirova 5 min dollar verərək, qalan məbləği
cinayət törədildikdən sonra verəcəyini bildirib.
O, Fərda Qədirov tərəfindən hələ 8 noyabr
2008-ci il tarixdə
Gürcüstanda məşq etdikdən sonra tək-tək
Azərbaycana gəliblər
Fərda Qədirov cinayət
əlaqəsində olduğu Cavidan Əmirov, Nadir Əliyev və
Nəcəf Süleymanovla Daştəpə kəndində
olan evinin alt mərtəbəsində tapançadan müxtəlif
nişangahlara atəş açaraq məşq edib. Bundan
sonra planlaşdırdıqları cinayəti həyata
keçirmək üçün Cavidan Əmirov 2009-cu ilin 12
mart, Fərda Qədirov 13 mart, Nadir Əliyev 15 mart, Nəcəf
Süleymanov isə 17 mart tarixlərində Bakı şəhərinə
gəliblər. Fərda Qədirov Azərbaycana gələrkən
tapançanı gizli keçirmək məqsədilə
Marneuli-Bakı marşrutu ilə işləyən
“Mercedes-0303” markalı SOU-900 Gürcüstan dövlət
nömrə nişanlı avtobusun sürücü köməkçisi
olan Ariz Qabulovla razılaşıb və tapançanı Azərbaycana
keçirməyə nail olub. Həmin silahı və
döyüş sursatlarını Ariz Qabulovun vasitəsilə
kirayəyə götürdüyü B.Çobanzadə
küçəsi 65, mənzil 35-də, eləcə də
Cavidan Əmirovun müvəqqəti yaşadığı
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev
küçəsi, mənzil 1-də saxlayıb.
Neft Akademiyasına gələrək “rol”larını
müəyyən ediblər
İttiham aktına görə,
cinayəti Cavidan Əmirovun təklifi ilə Bakının mərkəzində,
xüsusi mühafizəsi olmayan, eyni zamanda çoxlu sayda tələbənin
təhsil aldığı və əhali arasında vahimə
yaradılması üçün əlverişli yer olan
Dövlət Neft Akademiyasında törədəcəkləri
barədə razılaşıblar. Apreldə Fərda Qədirov
Cavidan Əmirov və Nadir Əliyevlə birlikdə həmin
binaya gəlib və orada giriş-çıxış, cinayəti
törətdikdən sonra qaçmaq yollarını,
binanın 2-ci mərtəbəsindəki dəhlizin pəncərəsindən
həyətə düşüb qaçmağın
mümkünlüyünü müəyyən edib və
törədəcəkləri cinayətdə “rol”ları
bölüşüblər.
Bölgüyə görə,
cinayət törədilən zaman Fərda Qədirov və
Cavidan Əmirov akademiyanın binasına daxil olmalı, cinayəti
törədərkən və hadisə yerindən qaçan
zaman sonuncu Fərda Qədirova kömək etməli, həmin
vaxt Nadir Əliyev isə pusquda dayanaraq polisin gəlməsi barədə
mobil telefon vasitəsilə onlara məlumat verməli idi. Onlar
cinayəti həyata keçirmək məqsədilə
görüşəcəkləri vaxtı və yeri də
müəyyən ediblər: 30 aprel 2009-cu il, saat 09.00 radələrində
Bakı metropoliteninin “28 May” stansiyasının
çıxışı qarşısında.
Və terror baş tutur
Lakin həmin gün Fərda
Qədirov Cavidan Əmirov və Nadir Əliyevin gəlmələrini
gözləmədən Mardun Qumaşyanla
planlaşdırdığı cinayəti başa
çatdırmaq üçün “Makarov” tipli tapança və
külli miqdarda patronla silahlanaraq saat 09:30 radələrində
Neft Akademiyasının 2-ci tədris binasının giriş
qapısına yaxınlaşıb. O, binaya daxil olaraq 6-cı
mərtəbəyədək qalxaraq qarşısına
çıxan tələbə və müəllim heyətinə
atəş açaraq qarşısına
çıxanları öldürüb və digərlərini
isə özündən asılı olmayan səbəblərdən
öldürə bilməyərək yaralayıb.
Fərda Qədirov daha sonra
polis əməkdaşlarının hadisə yerinə gəldiklərini
bilib, hadisə yerindən qaçmaq imkanı
olmadığından tapançadan baş nahiyəsinə atəş
açaraq özünü öldürüb. Nəticədə
12 nəfəri öldürməklə və 15 nəfəri
öldürməyə cəhd etməklə əhali
arasında vahimə yaradıb. Neft Akademiyasına isə maddi
cəhətdən 6030 manat məbləğində ziyan vurub.
F.Qədirov ailə üzvlərini də öldürməyi
planlaşdırıbmış
Ailə üzvləri ilə
tez-tez münaqişə edən Fərda Qədirov təbiətcə
uşaqlıqdan qapalı insan olsa da, ermənilərlə
münasibət qurmağa meyilli olub. O, telekanallarda dəhşətli
və vahiməli döyüş səhnələri olan bədii
filmlərə baxmaqla terrora maraq göstərib.
2008-ci ilin oktyabrında Fərda
Qədirov səbəbini yaxınlarına bildirmədən
Daştəpə kəndinə qayıdıb.
Gürcüstana qayıtdıqdan sonra da qonşuları və
kənddə olan qohumları ilə nadir hallarda
görüşüb. 17 oktyabr 2008-ci il tarixdə silah almaq məqsədi
ilə Tiflis şəhərinə gedib və orada
Həmin tarixdən
noyabrın 8-ə kimi bir neçə dəfə Tiflisdə
Serqo Qriqoryanla birlikdə silah mağazasında, tibbi müayinədən
keçmək üçün poliklinikada, DİN-in
müvafiq departamentində olub, sonuncu silah üçün
lazım olan sənədlərin alınmasında ona köməklik
göstərib, hətta Fərda Qədirovun əvəzindən
ərizə yazıb.
Fərda Qədirov ailə
üzvlərini də öldürəcəyini
planlaşdırıb.
Silahı aldıqdan sonra
artıq 9 noyabr 2009-cu il tarixdə Fərda Qədirov “Alkatel”
markalı mobil telefonuna gələcək hərəkətləri
haqda videoçəkiliş edib.
10 noyabr 2008-ci il tarixdə isə
Fərda Qədirov Marneuli şəhərində fotoatelyedə
silahla fotoşəkil çəkdirib və arxasına rus
dilində “U menya kajdıy şaq smert. 10 noyabr 2008 q. Qadirov
Farda” sözlərini yazıb. Videoyazılarda Fərda Qədirov
ailə üzvlərinə və ümumiyyətlə,
bütün insanlara olan nifrətini göstərməklə,
insanlardan gördüyü neqativ münasibətə görə
onlardan qisas alacağını bildirib...
Zərərçəkənlər Fərdanın
valideynlərinin məhkəməyə gətirilməsini istəyirlər
Məhkəmə prosesində hadisə
zamanı qətlə yetirilən Taleh Məmmədovun
anası Südabə Nağıyeva Fərda Qədirovun
valideynlərinin prosesə dəvət olunmasını məhkəmədən
xahiş edib: «Qoy gəlsinlər, görək
övladlarına necə tərbiyə veriblər».
ADNA-nın II kursunda təhsil
almış və hadisə zamanı öldürülən
Yusif Bəndəliyevin qohumu Qurban Mehdiyev ifadəsinə
başlamazdan əvvəl dövlət
ittihamçılarına etirazını bildirib: «İttiham
aktında Yusifin adı təsadüfi güllədən
ölmüş şəxs kimi qeyd edilib. Əslində isə
Yusif Bəndəliyev Fərda Qədirova müqavimət
göstərərək canını fəda etməklə
qrup yoldaşlarını xilas edib. Xahiş edirəm ittiham
aktındakı cümlələr dəyişdirilsin. Baş
verən hadisəyə siyasi qiymət verilsin. Hadisənin birmənalı
olaraq terror aktı olması dövlət səviyyəsində
deyilsin. Terrorçuları müdafiə edən vəkillər
xalqdan üzr istəsin. Azərbaycan dövləti ermənini
tutub bura gətirsin».
Dövlət
ittihamçısı Abdulla Yusifov isə bildirib ki, Mardun
Qumaşyan barəsində ayrıca cinayət işi var və
o da, təqsirləndirilənlərə verilən maddələrlə
ittiham olunur.
Daha sonra terror zamanı
öldürülən Taleh Məmmədovun anası Südabə
Nağıyeva ifadə verib: «Mardun Qumaşyan məhkəməyə
gətirilərək dindirilsin. Ermənilərlə əlbir
olub min dollardan ötrü belə bir cinayət törədənləri
parçalamaq lazımdır».
Zərərəçəkən
Cavanşir Bağırov isə təqsirləndirilən şəxslərin
günahları sübuta yetiriləcəyi təqdirdə
onlara ən ağır cəza verilməsini istəyib: «Əgər
bu adamların günahı yoxdursa, açın buraxın. Biz
övladlarımızın qanını tökən şəxslərə
cəza verilməsini istəyirik. Haqsız yerə kimisə
tutmaq bizə heç nə verməyəcək. Bu işə
siyasi qiymət verilsin. Terror olduğunu dövlət səviyyəsində
desinlər».
Prokuror Abdulla Yusifov isə təqsirləndirilənlərin
terrorda iştirak etdiyini qeyd edib: «Təqsirləndirilənlərə
terrorçuluqla bağlı ittihamlar verilib. İstintaq belə
nəticəyə gəlib ki, bu şəxslər terrorda
iştirak ediblər. Amma bu o demək deyil ki, bu şəxslər
həmin cinayəti törədiblər. Bu məsələ məhkəmə
istintaqı zamanı ya təsdiq olunacaq, ya da təsdiqini
tapmayacaq. Son söz məhkəmənindir».
ADNA-nın müəllimi,
terror zamanı üz nahiyəsində güllə yarası
alan Faiq Rüstəmbəyov ifadə verib. O, Fərda Qədirovun
valideynlərinin məhkəməyə dəvət
olunmasını istəyib.
Günün ikinci
yarısında ADNA-nın “Neft-qaz istehsalı və emalı
texnikası” kafedrasının müəllimi Məcnun Vahidovun
oğlu Əziz Vahidov bildirdi ki, akademiyada terror aktının
törədilməsini eşidəndən sonra hadisə yerinə
gedib. Onun sözlərinə görə, akademiyanın
qarşısında yaralıların xəstəxanalara
aparıldığını eşidib və Respublika xəstəxanasına
yollanıb: “Mən Respublika Xəstəxanasına çatanda
atamın öldüyünü eşitdim və həkimlər
dedi ki, atam baş nahiyəsindən aldığı güllə
yarasından dünyasını dəyişib”.
Daha sonra prosesdə zərərçəkmiş
qismində akademiyanın tələbəsi İlkin
Şıxəliyev ifadə verib: «Həmin gün bizim birinci dərs
olmayıb və ikinci dərs saatını gözləyirdik.
Təxminən saat 10.25 radələrində partlayış səsi
eşitdik. Bir neçə saniyə sonra yanıma bir güllə
düşdü. Bildim ki, kimsə atəş açır.
Uşaqlara dedim ki, gizlənin atəş açırlar.
Özümüzü qorumaq üçün dərs
zalının qapısını arxadan bağladıq ki, atəş
açan şəxs içəri daxil olmasın. Lakin atəş
açan şəxs içəri daxil olmaq istəyirdi. O,
qapını aça bilmədiyi üçün pəncərənin
şüşəsini sındırıb, biz olan tərəfə
atəş açmağa başladı. Mən həmin dəqiqə
yerə yıxıldım. Yerə yıxılandan sonra hiss
etdim ki, qarın nahiyəmdən qan axır. Qorxumdan yerimdən
tərpənmirdim. Buna görə də çoxlu qan
itirmişdim. Mənimlə bərabər tələbə
yoldaşım Elvin Cəmiyev də boğazından
yaralanmışdı».
Prokurorun suallarını cavablandıran zərərçəkmiş Fərda Qədirovun tək olduğun bildirib. Onun sözlərinə görə, Fərda Qədirovu üzdən də görüb: “Fərdanın əcaib sifəti vardı. Elə bil ki, adama oxşamırdı. Özü də həyəcanlı idi. İstəyirdi ki, hamını öldürsün. Mənə elə gəldi ki, o, meymundur. Üzündə, baxışlarında qəzəb vardı”.
Daha sonra
hadisə zamanı oğlu Emini itirən İra Abdullayeva ifadə
verib. O bildirib ki, oğlunun ölüm xəbərini
telekanallarda gedən xəbərlər proqramından
eşidib: “Akademiyada hadisə barədə mənə xəbər
veriləndə, tez oğluma zəng etdim. Telefona bir polis cavab verdi və dedi ki,
Emin burda deyil. Sonra bacım oğluna zəng etdim və o da məni
aldatdı. Sən demə, polis də, bacımın oğlu da
Eminin cəsədinin yanında imişlər”.
İra Abdullayeva Fərda Qədirovun
istifadə etdiyi silahla belə cinayəti törətməyin
mümkün olmadığını söyləyib:
“Tapança ilə bu qədər atəş açmaq olmaz. Bunu
mən dəqiq bilirəm. Belə silahın lüləsi tez
qızır. Ona görə də, mən inanmıram bu silahla
onlara atəş açılıb. Bu silah xüsusi
hazırlanıb və məqsədli şəkildə istifadə
edilib. Lakin istintaq bu silahın necə və harada
hazırlanmasını müəyyən etməyib. Fərda Qədirovun
bu hadisəni tək törətməsinə
inanmıram. Cinayət işinin
64-cü səhifəsində yazılır ki, Fərda Qədrov
4-cü mərtəbədə üç tələbə ilə
əlbəyaxa olub. Necə olur ki, Fərda Qədirovla
üç tələbə
bacara bilməyib. Fərda Qədrovun tək olması
inandırıcı görünmür. Burada bir neçə
şəxs olub”.
Məhkəmə prosesi
mayın 3-də davam etdiriləcək.
Ayxan
Kaspi. -2010. – 22 aprel. – S.10.