Hardan çıxdın qarşıma. 

 

Gör neçə ildi ki, görüşmürük biz,

Bu yaşımda hardan çıxdın qarşıma.

Artıq unudulub o ilk sevgimiz,

Bu yaşımda niyə çıxdın qarşıma.

 

Atmaq çətinsə könül sevəni,

Çoxdan unutmuşdum olub-keçəni.

O gün yatmamışam bütün gecəni,

Bu yaşımda hardan çıxdın qarşıma.

 

Səni sevdiyimi gizləməmişdim,

Düşüb sorağına izləməmişdim.

yollarını gözləməmişdim,

Bu yaşımda niyə çıxdın qarşıma.

 

Sevən ürəyimdə eşqin iz salıb,

O vaxtdan qəlbimdə bir adın qalıb.

Hərəmizi bir ev qoynuna alıb,

Bu çağımda hardan çıxdın qarşıma.

 

Neçə illər keçib bir gör aradan,

Adımızı ayrı yazdı Yaradan.

Bəs indi qəfildən gəldin haradan,

Bu yaşımda niyə çıxdın qarşıma.

 

Artıq sönüb gedib o ilk məhəbbət,

səndə qalıbdı, məndə halət.

Bircə gözlərindən tanıdım, fəqət,

Bu görkəmdə niyə çıxdın qarşıma.

 

Ürəkdə hərarət yox olub daha,

Yaş ötüb qəlbimiz yuxalıb daha.

Nəvə-nəticələr çoxalıb daha,

Bu çağımda hardan çıxdın qarşıma.

 

İndi sən osan, mən Firdovsi,

Axtarmır gül-çiçək, çəmən Firdovsi.

Ölüb-gedib yoxdur həmən Firdovsi,

Bu yaşımda niyə çıxdın qarşıma,

Bu çağımda hardan çıxdın qarşıma... 

 

 

Heydərli  Firdovsi

 

Kaspi. -2010. – 23 aprel. – S.12.