Ağlama ürəyim
Göz yaşı
sənin yox, gözümün
olsun,
Ağlama ürəyim,
ağlama daha!
Bir azca səbr elə, dözümün olsun,
Ağlama ürəyim,
ağlama daha!
Bir vaxtlar heç səni yoran yoxuydu,
Köksünə bir naxış vuran yoxuydu.
Vaxt vardı
əzmini qıran yoxuydu,
Ağlama ürəyim, ağlama
daha !
Neyləyək, olmadı
arzuların çin,
Sönmədi atəşin, yandın günbəgün.
Sənə tay olmayan o daş ürəkçün,
Ağlama ürəyim,
ağlama daha!
Aşkar ağlamağa
ar eyləyirsən,
Xəlvətdə gözünü kor eyləyirsən.
Ağlayıb yerini dar eyləyirsən,
Ağlama ürəyim,
ağlama daha!
Körpə arzuların
boy atan vaxtı,
Bu əzab, bu həsrət
sonuna çıxdı.
Hanı, heç səninçün
ağlayan yoxdu?
Ağlama ürəyim,
ağlama daha!
Gələcək, işıqlı
səhərimiz var,
Hələ də qüvvəmiz, təpərimiz var.
Səninlə bir ömür səfərimiz
var,
Ağlama ürəyim,
ağlama daha!
Axundlu Rüfət
Kaspi. -2010. – 23 aprel. – S.12.