Hələ də qəmliyəm.
Hələ də qəmliyəm, hələ
də naçar,
Yenə sənsizlikdir məni sındıran.
Nə bir xatirən var - səndən yadigar,
Nə də bir rəsmin
var - əlimdə qalan.
Bu qədər
zülm edib uşaq ömrümə,
Cəfalar verirsən nədir günahım?
Nədən ağır
yüksən mənim
qəlbimə,
Sən olmalı ikən ümid- pənahım.
Bu nisgilli
ömrüm fani cahanda,
Səninlə yaşayır, yaşayacaq
da.
Fəqət ürəyimin
bir parçasında,
Sənə qarşı nifrət daşıyacaq da.
Böyüdükcə nifrət
pöhrələnəcək,
Sənin həsrətinlə boy atacaqdır.
Könül bağımdakı
hər gül, hər çiçək,
Duzlu göz yaşımla sulanacaqdır.
Mən necə
insanam, hardan biləsən,
Sən nədən biləsən
mənim sevgimi?
Məni boynubükük
qoyub getmisən,
Ömrü gödək olan bənövşə kimi.
Körpə baxışlarım
düz onbeş ildir,
Yollara dikilib hər səhər-axşam.
Nifrətim dilimdən
çıxır arabir,
Səni ürəyimdə
bağışlamışam .
Aşırova Günay
Kaspi. -2010. – 23 aprel. – S.12.