Həm jurnalist, həm də qəhrəman
Alı Mustafayev 1952-ci ilin 14 aprelində Qazax rayonunun Qarabəyli kəndində dünyaya göz açıb. 1976-1981-ci illər
arasında Azərbaycan
Dövlət Universitetinin
Jurnalistika fakültəsində
təhsil alan
gənc jurnalist dolğun, məzmunlu reportajları, oçerk və müsahibələrində
olan operativliyi ilə daim həmkarlarından
seçilirdi. Ermənistanın Azərbaycana hücumları
dövründə də
Qarabağın bir sıra nöqtələrindən
reportajlar hazırlayaraq
günün ən aktual məsələlərini
işıqlandırırdı. 1991-ci
ildə «İlin ən yaxşı jurnalisti» adını alan reportyor
elə həmin ilin ya noyabrında
Qarakənd yaxınlığında
baş verən vertolyot qəzası nəticəsində şəhid
olur. Ölümündən sonra ona Milli Qəhrəman fəxri adı verilir. Alı Mustafayevin xatirəsi
aprelin 18-də BDU-nun jurnalistika
fakültəsinin tələbələri
və müəllim heyəti tərəfindən
anılıb. Baş
tutan görüşdə
tələbələr Alı
Mustafayevin qrup yoldaşları ilə
Tədbiri açıq
elan edən Məmməd Ağayev bildirib ki, «Gənc
reportyorlar klubu»nın üzvləri
Alı Mustafayevi özlərinə mənəvi
müəllim hesab edir. Jurnalistin anım mərasimi
elə onun təbiətinə uyğun
tərzdə keçdi».
Məhərrəmova N.
Kaspi. -2010. – 26 aprel. – S.13.