Zakir Qaralov
yenidən baş prokuror seçildi
O, prokurorluğun
bundan sonra da dövlətçilik maraqlarının müdafiəsində
qalacağını, insan
hüquqlarının etibarlı
qorunması və cinayətkarlığa qarşı
mübarizədə daha
ciddi mövqe tutacağını bildirdi
Milli Məclis
Zakir Qaralovun növbəti 5 il
müddətinə Respublikanın
baş prokuroru seçilməsi ilə bağlı ölkə prezidenti İlham Əliyevin göndərdiyi
təqdimatı təsdiqlədi.
Deputatlar
103 nəfər lehinə,
6 nəfər əleyhinə
olmaqla təqdimata müsbət rəy verdilər.
Milli Məclisin sədri Oqtay Əsədov Z.Qaralovu 10 ildir tanıdığını bildirərək
onu dərin savada malik hüquqşünas
kimi xarakterizə etdi. Onun sözlərinə
görə, Z.Qaralov baş prokuror vəzifəsində çalışdığı
10 il müddətində
çox səmərəli
çalışıb və
böyük təcrübə
toplayıb. «İnanıram
ki, Zakir müəllim topladığı
təcrübə və
bacarığı növbəti
5 il müddətində
də uğurla sərf edəcək» - deyə spiker vurğuladı.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov Z.Qaralovun rəhbərliyi dövründə prokurorluğun
müasir tələblərə
uyğun tam yeniləşdiyini
bildirdi. O qeyd etdi ki, respublikada
işçilərin tam şəffaf
qaydada test üsulu ilə verilən imtahandan sonra işə qəbulu ilk olaraq məhz prokurorluq orqanlarında reallaşdırılıb. Bunun nəticəsidir
ki, hazırda prokurorluq orqanlarında çalışanların 40 faizini
gənclər təşkil
edir. Ə.Hüseynov
ötən illər ərzində Respublika Prokurorluğunda müasir
texnologiyaların geniş
tətbiq edildiyini və beynəlxalq əlaqələrin qurulduğunu
bildirdi. Onun sözlərinə görə, prokurorluğun
nəzdində fəaliyyət
göstərən Korrupsiyaya
Qarşı Mübarizə
İdarəsinin fəaliyyəti
beynəlxalq təşkilatlar
tərəfindən də
təqdir olunur. «Bir sözlə,
son illər Azərbaycan
prokurorluğunun tarixində
yeni inkişaf mərhələsi başlayıb»
- deyə komitə sədri vurğuladı.
Bundan sonra çıxış
edən millət vəkilləri baş prokuror kimi Z.Qaralovun
fəaliyyətindən razılıqlarını
ifadə etdilər.
Deputatlar qarşısında çıxış
edən Z.Qaralov ona göstərilən etimada görə, təşəkkürünü çatdırdı.
Son 5 ildə 265 cinayət
işinin istintaqı tamamlanaraq məhkəmələrə
göndərilib
O qeyd etdi ki, son 5 ildə Respublika Prokurorluğunda 400 şəxs
barəsində 265 cinayət
işinin istintaqı tamamlanaraq məhkəmələrə
göndərilib. 2009-cu ildə isə prokurorluq orqanlarının
istintaqını başa
vurub məhkəmələrə
göndərdiyi cinayət
işlərinin sayı
133 olub. Hazırda Respublika
Prokurorluğu yanında
Korrupsiyaya Qarşı
Mübarizə İdarəsinin
icrasında 48 cinayət
işinin istintaqı aparılır.
Ziya Bünyadovun
qətlinin təşkilatçıları
İranda sığınacaq
tapıblar
Baş prokuror bir sıra qalmaqallı
qətllərlə bağlı
açıqlamalar da verdi. O qeyd
etdi ki, 1997-ci ildə qətlə yetirilmiş azərbaycanlı
akademik Ziya Bünyadovun qətlinin təşkilatçıları hazırda qonşu İran İslam Respublikasında sığınacaq
tapıblar. Müxalifətin
bu qətl işini siyasiləşdirməyə
çalışdığını vurğulayan baş prokuror işin istintaqının tamamilə
başqa nəticələr
üzə çıxardığını
vurğuladı: «İstintaq
müəyyən etdi
ki, bu qətl
İran İslam Respublikasının dini dairəsi tərəfindən
həyata keçirilib.
Bununla bağlı, qətldə
iştirak edən konkret şəxslər məsuliyyətə cəlb
ediliblər. Qətlin təşkilatçılarından
olan Cavanşir Aslan və Tariel
Ramazanov isə hazırda İranda sığınacaq tapıblar».
Elmar Hüseynovun
qətli ölkədə
siyasi sabitliyi pozmağa hesablanıbmış
Z.Qaralov bəzi xarici qüvvələrin ölkədə
siyasi sabitliyi pozmağa çalışdıqlarını
bildirdi. Onun sözlərinə görəÖ,
2005-ci ildə parlament
seçkiləri ərəfəsində
«Monitor» jurnalının baş
redaktoru Elmar Hüseynovun qətlə yetirilməsi də məhz bu məqsədə
xidmət edib. Z.Qaralov dedi ki, E.Hüseynov öldürülən günün
səhəri prezident İlham Əliyev Təhlükəsizlik Şurasının
iclasını keçirib.
Bundan sonra baş prokuror Avropa Birliyinə üzv olan ölkələrə
rəsmi müraciət
edərək E.Hüseynovun
qətlinin istintaqına
xarici ekspertlərin cəlb olunmasını xahiş edib. İstintaq qətlin şəxslər
tərəfindən törədildiyini
yerli və xarici ekspertlərin iştirakı ilə sübuta yetirib. Hazırda cinayət işinin istintaqını
aparan Milli Təhlükəsizlik Nazirliyi
iş üzrə əməliyyat-axtarış tədbirlərini
davam etdirir.
“Siyasi partiyaların
haradan maliyyələşməsi
barədə ictimaiyyətə
məlumat verilməsinin
zamanı çatıb”
Z.Qaralov bəzi xarici qüvvələrin ölkədəki
siyasi partiyalar vasitəsi ilə ictimai-siyasi vəziyyəti
gərginləşdirməyə çalışdıqlarını vurğuladı. Onun sözlərinə görə,
artıq Azərbaycandakı
siyasi partiyaların haradan maliyyələşməsi
barədə ictimaiyyətə
məlumat verilməsinin
zamanı çatıb:
«Ölkədəki siyasi
korrupsiyadan danışan
müxalifət təmsilçiləri
təmsil olunduqları
partiyaların haradan maliyyələşməsi barədə
məlumat versələr,
daha yaxşı olar. Onlar ölkədəki siyasi sabitliyi pozmağa necə cəhd göstərmələri
ilə bağlı bəyanatlar verməlidirlər».
Z.Qaralov Respublika Prokurorluğunun bundan sonra da dövlətçilik
maraqlarının müdafiəsində
qalacağını, insan
hüquq və azadlıqlarının etibarlı
qorunması və cinayətkarlığa qarşı
mübarizə işində
daha ciddi mövqe tutacağını,
ölkədə ictimai-siyasi
sabitliyin pozulmasına
imkan verməyəcəyini
dedi. «rəngli
yuxular görən yoldaşlar elə rəngli yuxular görə-görə də
qalacaqlar».
İlham Quliyev
Kaspi. -2010. – 28 aprel. – S.3.