Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta sistemi mövcud deyil 

 

Bu sahədə yeni qanunun tətbiqi ölkədə qeyri-formal məşğulluq səviyyəsini kəskin azaldacaq

 

Bu gün Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta sistemi mövcud deyil. Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi vəzifəsinin icraçısı Namiq Xəlilovun sözlərinə görə, ölkədə bu sistemi yaratmaq məqsədilə müəyyən işlər görülüb: ”Ümumiyyətlə, 19-cu əsrin sonunda yaranan istehsalatda bədbəxt hadisələrdən sığorta sistemi inkişaf edərək hal-hazırda sosial-ədalət sosial rifah sisteminin ən vacib təməl daşlarındandır. Bu sığorta növünün inkişafı bir çox işçini onların ailə üzvlərini istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində dəymiş zərərin əvəzində kompensasiya almaq məqsədilə işəgötürənlərlə uzun-uzadı məhkəmə çəkişmələrindən azad edib. İşəgötürənlər bu sığorta növünə böyük maraqla yanaşıblar. Çünki sığorta onları məhkəmə iddialarından, qarşılaşa biləcəkləri qeyri-müəyyən məbləğdə maddi itkilərdən azad olmaq imkanı verib”.

 

Bədbəxt hadisələrdən sığorta sisteminə özəl şirkətlərin cəlbi artır

 

Azərbaycanda aparılan işlərə gəlincə, N.Xəlilov bildirib ki, ilk növbədə beynəlxalq təcrübədə tətbiq olunan sistemlər barədə məlumatlar toplanılaraq öyrənilib: ”Hal-hazırda beynəlxalq praktikada istehsalatda bədbəxt hadisələrdən sığorta sistemi  müxtəlif variantlarda fəaliyyət göstərir. Ölkələrin bir qismində bu sistem dövlət inhisarındadır, digərlərində isə özəl sığorta şirkətləri tərəfindən həyata keçirilir. Bəzi ölkələrdə isə bu sistemlərin sintezi şəklində fəaliyyət göstərir”. Nazirlik rəsmisi bildirib ki, hər iki yanaşmanın həm müsbət, həm mənfi cəhətləri mövcuddur: ”Lakin son 10 illiklər ərzində müxtəlif ölkələrdə aparılmış islahatlar getdikcə daha çox ölkədə istehsalatda bədbəxt hadisələrdən sığorta sisteminə özəl sığorta şirkətlərin cəlb edilməsini nümayiş etdirir. Son illər ərzində Azərbaycanda daİstehsalatda bədbəxt hadisələrin peşə xəstəliklərinin nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqındaqanun layihəsi işlənib hazırlanıb. Bu günədək həmin qanun layihəsinə Milli Məclisdə iki oxunuşda baxılıb may ayında layihənin üçüncü oxunuşda baxılması planlaşdırılır”. Qanun layihəsi üzrə təklif olunan sığorta mexanizmə görə, respublikada fəaliyyət göstərən mülkiyyət təşkilati hüquqi formasından asılı olmayaraq, Azərbaycanın ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yazılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə təşkilatlar, onların filial nümayəndəlikləri, dövlət orqanları, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, seçkili orqanlar, həmçinin fərdi qaydada sahibkarlıq əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər sığortalı qismində işçilərinə müvafiq sığorta etdirmək vəzifəsini daşıyırlar. Belə ki, sığorta olunmalı olan şəxslər arasında yalnız Azərbaycan vətəndaşları deyil, ölkə qanunvericiliyi əsasında əmək müqaviləsi bağlamış xaricilər vətəndaşlığı olmayan şəxslər qanun layihəsinin məqsədləri baxımından sığortalanır. N.Xəlilov bildirib ki, istehsalatda bədbəxt hadisə peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünün həyata keçirilməsi hüququ Azərbaycanda həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan sığortaçılara verilir: ”Hər bir işəgötürən respublikada həyat sığortası üzrə fəaliyyət göstərən sığorta şirkətlərindən biri ilə müvafiq sığorta müqaviləsi bağlamalıdır. Bağlanan sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə baş verən istehsalatda bədbəxt hadisə ya peşə xəstəliyi nəticəsində sığorta olunana işçinin peşə-əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü sığorta hadisəsi hesab edilir. Bu hallara görə sığorta ödənişinin verilməsi nəzərdə tutulur”.

 

Sığorta ödənişinin həyata keçirilməsi üçün üç forma

 

Qanun layihəsində sığorta ödənişini almaq hüququna malik olan şəxs kimi peşə-əmək qabiliyyətinin itirilməsi halında sığorta olunanın özü, ölüm halında isə sığorta olunanın himayəsində olmuş ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər nəzərdə tutulur. Bundan başqa, sığorta olunanın ölümündən sonra doğulmuş uşağı, sığorta olunanın himayəsində olmuş onun 14 yaşına çatmamış ya bu yaşa çatsa da, sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlar Mülki Məcəllə ilə nəzərdə tutulmuş sığorta olunanın himayəsində olmuş digər şəxslər sığorta ödənişi almaq hüququna malik olan şəxslər kateqoriyasına aiddir. N.Xəlilovun sözləronə görə, layihə sığorta ödənişinin həyata keçirilməsinin 3 formasını müəyyən edir. Bunlar aylıq, birdəfəlik əlavə sığorta ödənişidir: ”Aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə-əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əməkhaqqı əvəzində faydalanan şəxsə aybaay verilən ödənişdir. Birdəfəlik sığorta ödənişi isə qanunla müəyyən edilmiş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halında ödənilməsidir. Birdəfəlik sığorta ödənişi isə sığorta hadisəsi nəticəsində zərərçəkmiş sığorta olunana əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edildikdə, sığorta hadisəsi nəticəsində sığorta olunan öldüyü halda verilir. Əlavə sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərərçəkmiş sığorta olunana müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşməyə,  başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə etməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərin əvəzinə görə ödənilir”.

 

 

Zərərçəkmişlərə seçim imkanı

 

Qanuna əsasən, işçilərini sığorta etdirmək vəzifəsi daşıyan şəxslər bu vəzifəni yerinə yetirməsələr, qanunvericiliklə müəyyən olunmuş kompensasiya ödənişlərini həmin işəgötürən öz hesabına həyata keçirməlidir: ”Qanun layihəsinə görə, birdəfəlik sığorta ödənişi almış faydalanan şəxs annuitet müqaviləsi bağlamaq hüququnda olan sığortaçı ilə faydalanan şəxsin xeyrinə dövri sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutan annuitet müqaviləsi bağlamaq hüququ olan sığortaçı ilə faydalanan şəxsin xeyrinə dövri sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutan annuitet müqaviləsi bağlaya bilər. Bu halda, bizim qanun layihəsi zərərçəkmiş şəxsə ya onun himayəsində olan şəxslərə müəyyən bir seçim verir. Yəni birdəfəlik ödəniş alıb istənilən qədər istifadə etmək ya həmin ödənişi alıb yeni bir, öz təşəbbüsü ilə annuitet müqaviləsi bağlayaraq müəyyən müddət ödənişləri almaq olar. Qanun layihəsində sığorta olunan şəxslərin, onların himayəsində olan şəxslərin vəzifələri, həmçinin sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər müəyyən edilir”. Nazirlik rəsmisinin sözlərinə görə, adıçəkilən layihənin qəbulu bu sahədəki problemləri həll edəcək: ”Hesab edirik ki, müzakirədə olan qanun layihəsi istehsalatda bədbəxt hadisələr peşə xəstəlikləri nəticəsində sağlamlıqları pozulmuş işçilərə, həyatını itirmiş işçilərin yaxınlarının müvafiq təzminatların ödənilməsi ilə bağlı mövcud olan bir çox problemləri aradan qaldıracaq. Əminik ki, bu qanunun tətbiqi ölkədəki qeyri-formal məşğulluq səviyyəsinin kəskin şəkildə azalmasına, əhalinin sosial müdafiəsinin etibarlılığının artırılmasına imkan verəcək”.

 

 

Həqiqət Qismətqızı

 

Kaspi. -2010. – 30 aprel. – S.11.