“Azərbaycan Qərblə Şərq arasında körpü rolunu oynayır” 

 

Yon Ramberq: «Burada keçən illərimi iş həyatımın ən gözəl dövrü hesab edirəm”

 

Bu yaxınlarda ölkəmizdəki fəaliyyət müddəti başa çatan Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yon Ramberq iki ölkə arasındakı mövcud əlaqələrin səviyyəsindən razıdır. Ümumiyyətlə, üç ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərən diplomatın iki dövlət arasındakı əlaqələrin hazırkı səviyyəsi barədə fikirlərini bilmək maraqlıdır:

- Fikrimcə, ölkələrimiz arasında əlaqələrin səviyyəsi çox yaxşıdır və bunu məmnunluq hissi ilə qeyd etmək istəyirəm. Bu sahədə ələdə edilən nəticələrlə bərabər, gələcək əməkdaşlıq üçün də çox böyük potensial var. Hər iki tərəf qarşılıqlı əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Əlaqələrin sonrakı inkişafı üçün də hər iki ölkə böyük potensiala malikdir. Bu əlaqələrin inkişafında Azərbaycanın rəsmi və səlahiyyətli şəxslərinin də rolu təqdirəlayiqdir. Mən onların hər iki ölkə arasında əməkdaşlığın inkişafına olan müsbət münasibətlərini görməkdən qürur duyuram. Demək istərdim ki, son vaxtlar bu sahədə tamamilə yeni irəliləyişlər və nailiyyətlər əldə olunub. Hər iki ölkənin xarici işlər nazirləri arasında keçirilən qarşılıqlı görüşlərdən sonra bir çox sahədə əməkdaşlığın sürətləndirilməsinin əsası qoyuldu. Görüşün nəticəsi olaraq nazirlər əməkdaşlıq haqqında birgə bəyannamə qəbul etdilər. Ümumiyyətlə, bütün dünyada məşhur olan norveçli alim Tur Heyerdalın nəzəriyyəsinə əsaslansaq, Avropa tayfalarının və xalqlarının, o cümlədən, Skandinaviyada yaşayan xalqların ulu əcdadları vaxtilə bu torpaqlarda, Qobustan ərazisində yaşayıb, sonralar naməlum səbəblər üzündən köç edərək Avropaya gediblər. Alimin bu mülahizəsi çağdaş Azərbaycan xalqı ilə Norveç xalqı arasında antropoloji, tarixi, mədəni əlaqələrin olmasından xəbər verir. Qobustandakı qayaüstü rəsmləri tədqiq etmək üçün xüsusi səfərlər təşkil edən Tur Heyerdal bu rəsmlərin tam bənzərinin Skandinaviyadakı daş mağaralarda olduğunu söyləmişdi. Norveç alimləri bu qayaüstü rəsmləri araşdırarkən heyrətamiz oxşarlıqlar üzə çıxarıblar. Tur Heyerdal Xəzər sahillərini qədim və böyük bir sivilizasiyanın beşiyi hesab edirdi. Beləliklə, məşhur alim Tur Heyerdalın qənaətincə, ölkələrimiz və insanlarımız arasında tarixi bağlılıq olub. Yəqin elə bunun nəticəsidir ki, qulaq asanda şahidi olursan ki, bizim xalq musiqilərimiz də bir-birinə çox bənzərdir.

- Cənab səfir, söhbətiniz çox maraqlıdır. Mən belə başa düşdüm ki, siz Qobustanda olmusunuz. Bu qədim insan məskəni sizdə hansı hissləri oyatdı? Ümumiyyətlə, təəssüratlarınız nədən ibarət oldu?

- Qobustanda əlbəttə ki, olmuşam. Buradakı təəssüratlarımı bir neçə cümlə ilə bölüşmək yəqin ki, mümkün deyil. Fikrimcə, Qobustan bütün insanlar üçün olduqca cəlbedici, qədim yaşayış məskənidir. Düşünürəm ki, Qobustan Daş dövründə yaşayan insanlar üçün əlverişli yaşayış yeri olub. Yuxarıda qeyd etdiyim kimi, Norveçdə də Qobustana bənzər çoxlu yer var. Hesab edirəm ki, bu da qədim əcdadlarımızın o zamankı həyatları arasındakı bənzərliklərin nə qədər çox olduğunun göstəricisidir.

- Elə tarixdən bu günə boylananda, maraqlıdır, Norveçlə Azərbaycan arasında mədəni əlaqələr bu gün necə inkişaf edir?

- Qeyd edim ki, bizim səfirliyin fəaliyyətində ən çox önəm verilən sahələrdən biri də mədəniyyətdir. Mədəniyyət heç bir sərhəd tanımır. Ölkələrimiz arasında bu sahədə çox sıx əlaqələr var və onları daha da inkişaf etdirməyə çalışırıq. İki il əvvəl «Azərbaycan-Norveç muzeyləri arasında əlaqələr» adlı layihəyə start verilib. Bu layihə iki ölkənin muzeyləri arasında əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycanın Muzey Mərkəzi və Stavanger Arxeologiya Muzeyi arasında imzalanan sazişə əsasən həyata keçirilir. Bundan öncə isə «Azərbaycan-Odlar yurdu adlı sərgi Norveçdə uğurla nümayiş olunmuşdu. Stavanger Arxeologiya muzeyində keçirilən bu sərgini çoxlu sayda insan ziyarət etdi. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də sözügedən sərgini ziyarət etmişdi. Əminəm ki, bu layihə hər iki ölkədən olan muzey peşəkarlarının daha sıx şəkildə bir yerə toplanmasına kömək edəcək. Məsələn, Norveç tərəfi muzey əşyalarının təqdimatı ilə bağlı Azərbaycan tərəfinə nələrisə öyrədə bilər və ya əksinə, biz də Azərbaycandan bu işlə bağlı bilmədiyimiz hansısa təcrübəni öyrənə bilərik. Ümumiyyətlə, ölkələrimiz arasında qarşılıqlı maraqlara və təcrübə mübadiləsinə əsaslanan mədəni əlaqələri genişləndirmək istəyirik. İki ölkə arasında sənətçilər – musiqiçilər, müğənnilər və rəssamlar arasında əlaqələrə, təcrübə mübadiləsinə xüsusi önəm veririkbu sahəni inkişaf etdirmək istəyirik. Qeyd etdiyim kimi, Norveç və Azərbaycan xalq musiqiləri çox bənzərdir. Bu baxımdan iki ölkənin folklor musiqiçiləri arasında yaranan əlaqələr çox maraqlıdır. Bu sahədə əməkdaşlığın yaranması məni sevindirir. Norveçin xalq mahnıları ifaçısı Liv Runesdatter bu ilin mayında Norveçin Konstitusiya günü münasibətilə Bakıda konsert verdi. Onun azərbaycanlı həmkarı – muğam ifaçısı Ehtiram Hüseynovla birlikdə çıxışı çox maraqlı alındı. Liv Runesdatter Norveçin Stavanger şəhərində yaşayır, müğənni, bəstəkar və prodüserdir. O, Norveç və Azərbaycan xalqlarının folkloru arasında çox bənzərlik olduğunu bildirir. Artıq Azərbaycan və Norveç musiqiçilərinin birgə «Sarı gəlin» ansamblı var. Bu yaxınlarda Liv RunesdatterEhtiram Hüseynov «Sarı gəlin» ansamblı ilə Şəkidə keçirilən «İpək yolu» beynəlxalq festivalında gözəl konsert proqramı ilə çıxış etdilər. Bu konsert proqramı böyük maraq doğurdu və tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. İki dövlət arasında ədəbiyyat sahəsində əlaqələrə də böyük önəm veririk. 2006-cı ildə Norveç yazıçısı Henrix İbsenin 100 illik yubileyi Bakıda bir sıra tədbirlərlə qeyd olundu. Norveç yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə etməyə hazırlaşırıq. Biz Azərbaycan tərəfindən xahiş etmişik ki, böyük kitab mağazalarından birində Norveç yazıçılarının kitab yarmarkası keçirilsin.

- Azərbaycana səfir təyin olunana qədər bu ölkə haqqında yəqin ki, məlumatınız vardı. Maraqlıdır ki, bu məlumatlar nədən ibarət idi? Burada olduğunuz müddətdə Azərbaycan sizdə hansı təəssüratı yaratdı?

- Əlbəttə, buraya gələnədək ölkəniz barədə müəyyən məlumata malik idim. Məsələn, Tur Heyerdalın nəzəriyyələrini bilirdim. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatım var idi. Mənə məlum idi ki, Norveçin «Statoil» şirkəti Azərbaycana böyük sərmayə qoyub. Burada olduğum üç il müddətində isə bu təəssüratlar daha da zənginləşdi. İndi Azərbaycan mədəniyyəti, tarixi haqqında daha çox məlumata malikəm. Azərbaycan Qərblə Şərq arasında körpü rolunu oynayır. Zəngin tarixi irsiniz, heyrətamiz musiqiniz var. İnsanlarınız isə çox qonaqpərvərdir.

- Yəqin ki, burada olduğunuz üç il müddətində Azərbaycanın regionları ilə də tanışlıq imkanı qazanmısınız?

- Mən səyahət etməyi çox sevirəm. Quba, Lənkəran, Şirvan xoşuma gəlib. Şəkidə də çox tez-tez oluram. Biz norveçlilər dağlıq yerləri sevirik. Bu baxımdan Şəki çox xoşuma gəlir. Lahıcda da olmuşamçox bəyənmişəm. Bu yaxınlarda isə Gəncədə oldum. Kənd Təsərrüfatı Akademiyasında konfransda iştirak etdim.

- Cənab səfir, opera, konsert teatrlara necə, getməyi sevirsinizmi?

- Əlbəttə, tez-tez Opera Balet Teatrına, Filarmoniyaya gedirəm. Gənc Tamaşaçılar Teatrında «Viktoriya» tamaşasına baxmışam. «Yuğ» teatrını çox bəyənirəm. Burada olduğum müddətdə mədəniyyətinizdən çox şey öyrəndim faydalandım. Xüsusilə muğamlarınızı çox sevirəm. Onu da deyim ki, buraya ilk gəldiyimdə bunu o qədər hiss etməmişdim. Bu, çox dərin mahiyyətli musiqi janrıdır insanlara ruh verir. Bundan başqa, Novruz bayramı şənliklərinizi çox bəyənirəm ona çox hörmət ehtiramla yanaşıram. Bu bayram baharı təqdim etməyin ən gözəl vasitəsidir. Novruzun əsas əhəmiyyəti həm ondan ibarətdir ki, o, bütün dünya azərbaycanlılarını birləşdirir. Azərbaycan xalqının öz qədim adət-ənənələrini belə qoruyub saxlamasını alqışlayıram.

- Maraqlıdır, Bakıya gələn qonaqlarınıza paytaxtımızın hansı yerlərini göstərirsiniz?

- Əlbəttə, Bakının tarixi-mədəni abidələrini, İçərişəhəri, digər yerləri göstərirəm. Təbii ki, qonaqlarımı Qobustana da aparıram. Bir onları Şəhidlər Xiyabanına aparıram. Düşünürəm ki, bu, sizin milli abidənizdir, insanlar azadlıq uğrunda özlərini qurban veriblər. Bu əzəmətli məkan həm məndə, həm qonaqlarımızda geniş təəssürat yaradır.

- Azərbaycanı hansı hisslərlə tərk edəcəksiniz?

- Etiraf edim ki, illər elə tez gəlib keçdi ki, bunun fərqində olmamışam. Azərbaycanda keçən illərimi həyatımın ən gözəl illəri hesab edirəm. Onu da deyim ki, ailəm Norveçdə yaşayır burada tək yaşadığımdan bütün enerjimi işə sərf etmişəm. Azərbaycanla bağlı çoxlu dostlarım, gözəl xatirələrim var. Təəssüf ki, fəaliyyətimin başa çatmasına görə ölkənizi tərk edirəm. Amma internet vasitəsilə dostlarımla əlaqə saxlayacam.

- Siz Azərbaycanın regionlarını sevdiyinizi söylədiniz. Bəs hazırda Azərbaycanla Norveç arasında turizm əlaqələri mövcuddurmu? Ümumiyyətlə, səfirliyiniz yaxın gələcəkdə Azərbaycanın turizm sektoruna hansı prioritetləri verməyə hazırlaşır?

- Deyim ki, digər sahələrdən fərqli olaraq, turizm sahəsində əlaqələrin səviyyəsi o qədər geniş deyil. Əlbəttə, bizim səfirlik bu sahədə maraqlıdır bu sahəni inkişaf etdirmək üçün tez-tez Azərbaycanın müxtəlif bölgələrinə səfərlərin təşkilinə yardım edir. Bu yerdə xüsusi olaraq vurğulamaq istərdim ki, hər iki ölkənin insanlarını daha yaxından bir araya gətirmək, onları yaxınlaşdırmaq səfirlik olaraq bizə tapşırılan vəzifənin bir hissəsidir. Norveçdən gələn qonaqlarımızı xüsusilə yay fəslində Azərbaycanın görməli yerlərinə aparırıq. Norveçli qonaqların Şəkiyə, Qobustana, Azərbaycanın dağlıq yerlərinə ya dəniz sahilinə, Şirvanın təbii qoruğundakı çimərliyə ya başqa görməli yerlərə aparmaq bizim üçün xoşdur.

- Bəs turizm əlaqələrini inkişaf etdirmək üçün nələr tələb olunur?

- Azərbaycanın Stokholmda səfirliyi fəaliyyət göstərir. Bu səfirliyin fəaliyyətinə həm Norveç tərəfi, həm Azərbaycan tərəfi məsuliyyət daşıyır. Mənə elə gəlir ki, yaxın gələcəkdə ölkələrimiz arasında turizm əlaqələrinin inkişaf etdirilməsində Azərbaycan tərəfi yaxşı mövqedə olacaq. Lakin Norveçin paytaxtı Osloda da Azərbaycan səfirliyinin açılması fəaliyyəti daha yaxşı olardı. Bu, iki dövlət arasında əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynayar.

- Ölkələr arasındakı əməkdaşlığın əsas istiqamətlərindən birini təhsil mübadiləsi təşkil edir. Siz bu əlaqələrin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, bu sahədə böyük irəliləyişlər var. Bu günə qədər Azərbaycan Dillər Universiteti ilə Norveçin Aqder Universiteti arasında mövcud əməkdaşlıq Oslo Universiteti daxil olmaqla genişlənib. Aqder Universiteti Norveç dili öyrədir. Oslo Universiteti isə regional Skandinaviya dərslərinin keçirilməsi sahəsində məsuliyyət daşıyır. Təhsil mübadiləsi ilə bağlı bir layihə 20-dən çox tələbənin bir yerə toplanmasında bir növ çağırışçı rolu oynadı ki, bu da gələcəkdə Norveç Azərbaycanın əlaqələrində olduqca əhəmiyyətli rol oynaya bilər. Bundan başqa, Xəzər Universiteti ilə Norveçin İdarəçilik Məktəbi, Dövlət Neft Akademiyası Norveçin Elm Trondehim Texnologiyası Universiteti arasında əməkdaşlıq mövcuddur. Sözügedən ali məktəblər arasında təhsil mübadiləsi Norveçdə təhsil almaq imkanları sırasına daxil olan layihələr sırasına aiddir. Mən bir diplomat olaraq, iki ölkə arasında tələbə mübadiləsinin daha çox olmasını alqışlayıram. 

 

 

Ağanisə Sultanova

 

Kaspi. -2010. – 26 avqust. –S.9.