«Geosiyasət» - Azərbaycan siyasətşünaslığında yeni mərhələ 

 

Müasir Azərbaycan elminin qloballaşan dünyanın çağırışlarına cavab verərək, beynəlxalq əlaqələrini genişlənməsi, inteqrasiya proseslərinin sürətlənməsi qarşıya yeni vəzifələr qoyur.

 

Bu, humanitar elmləri ilk növbədə müasir tələblərə uyğunlaşmaqla, dövlətçiliyimizin möhkəmlənməsi və inkişafımızın elmi əsaslarının formalaşdırılmasına töhfə verməyə, azərbaycançılıq mili-ideoloji dəyərlərinin təbliği sahəsində öz missiyasını daha peşəkarcasına yerinə yetirməyə səsləyir. Qlobal dünyanın informasiya axınına açıq olan Azərbaycan cəmiyyətinin zövq və dəyərlərinin formalaşdırılması, onun kənar təsirlərdən qoruyaraq pozitiv məcraya yönləndirilməsi, eyni zamanda müasir Azərbaycanın insanının açıq informasiya məkanında özünəməxsusluğunu qoruya bilməsi, milli dəyər və keyfiyyətləri saxlaması üçün humanitar elmlərin üzərinə böyük məsuliyyət düşür. Artıq sovetlərin inzibati rıçaqlarının adadan qalxması, «dəmir pərdə»nin götürülməsi öz ilkin təsirlərini məhz elmin bu sahəsində aparılan tədqiqatlarda daha qabarıq şəkildə göstərir. Artıq müasirləşən dünyanın inkişaf tempinə köhnə rakursdan, birtərəfli ideoloji aspektdən yanaşmaqla onu dərk etmək sadəcə olaraq mümkün deyil. İndi istər ali məktəbdə elmin sirlərini öyrənən tələbədən tutmuş, professional tədqiqatlar aparan elmi işçiyə qədər hər kəs bir vaxtlar üzərinə qara kölgə salınmış, öyrənilməsinə məhdudiyyətlər qoyulmuş elm sahələrinə maraq göstərir. Məsələyə məhz bu kontekstində yanaşsaq, geosiyasət elminə marağın artmasının şahidi olarıq, bu elmin qanunauyğunluqlarının, predmet və mahiyyətinin öyrənilməsi, əslində müasir dünyanın siyasi sistemlərinin, maraq və ziddiyyətlərinin öyrənilməsi deməkdir. Bu baxımdan tarix elmləri doktoru, professor Əli Həsənovun yenicə çapdan çıxmış «Geosiyasət» kitabı oxucuların böyük marağına səbəb olub. Dərsliyin məziyyətləri haqqında danışmazdan öncə qeyd edək ki, bu, geosiyasət haqqında ana dilimizdə yazılmış ilk nümunədir. Dünyada ciddi nəzəriyyələrinin formalaşmasına və akademik elm kimi kifayət qədər inkişaf etməsinə baxmayaraq, geosiyasi tədqiqatlar daim SSRİ-də gizli saxlanılırdı. Sovet İttifaqında geosiyasət məktəbləri adı altında qurulan elmi-tədqiqat mərkəzləri olmasa da, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvləri üçün xüsusi olaraq məxfi məruzələr, xidməti materiallar ayrıca institutlarda, hərbi akademiyalarda hazırlanırdı və məxfi qrifi ilə geniş tədqiqatçılardan gizlədilirdi. Oxucuların mühakiməsinə təqdim edilən kitabda ilk dəfə olaraq Azərbaycan dilində geosiyasətin ayrıca bir elm sahəsi kimi meydana gəlməsindən günümüzə qədər olan tarixi çərçivəsində əsas anlayışlarının yaranması, formalaşması və inkişafının tarixşünaslığına nəzərə salınır, onun nəzəri mənbələri, qanunauyğunluqları, obyektpredmeti, kateqoriyaları, aktorları ilə bağlı klassik geosiyasət xadimlərini və müasir geosiyasi tədqiqatçıların baxışları təhlil olunur, müxtəlif dövrləri və fərqli geosiyasi məktəbləri təmsil edən siyasətşünasların fikirləri və nəzəriyyələri araşdırılır, qarşılıqlı şəkildə müqayisə olunur.  Müəllif qeyd edir ki, bir əsrdən çoxdur ki, dünya siyasətşünaslığında «Geosiyasət elmi» termini istifadə olunur. Bir elm kimi geosiyasətin mahiyyəti və hüdudları, obyektipredmeti ilə bağlı bütün bu dövr ərzində diskusiyalar keçirilir. Geosiyasət gənc olduğu qədər də dinamikdir, bəşəriyyətin siyasi düşüncə tərzindəki dəyişikliklərə müvafiq olaraq sürətlə dəyişir və inkişaf edir. Ümumiyyətlə, geosiyasətin elm kimi formalaşması prosesi dünyada XIX əsrin sonlarından başlanır və siyasi coğrafiyanın predmet sahəsinə müəyyən müdaxilələrlə inkişaf edərək təxminən ötən əsrin 50-ci illərində əsasən başa çatır (səh.261). Müasir geosiyasətdə istifadə olunan ideya və nəzəriyyələri təhlil edən professor Ə.Həsənov yazır ki, bu ideya və nəzəriyyələr daha çox geosiyasətin iqtisadisivilizasiya yaşanmasına əsaslanaraq, onun akademik elmə və siyasi praktikaya çevrilməsini şərtləndirir. Beləliklə, müasir geosiyasət daha çox beynəlxalq aləmdə dövlətin iqtisadi-siyasi, texnologiya, maliyyə, innovasiyaenerji (o cümlədən hərbi) imkanları və gücü, dünyadakı müsbət imici və beynəlxalq proseslərə təsiri, sivilizasiya ölçüləri (mədəni inkişafı, qlobal informasiyakommunikasiya texnologiyalarına çıxışı, virtual təsir dairəsi və s.) ilə məşğul olan elmi istiqamətə transformasiya olunmuşdur (səh.264). Dərsliyin bir neçə fəslində klassik geosiyasət məktəblərinin və dünyada geosiyasi prinsiplərin müəllifi olan qüdrətli siyasi xadimlərinin fikir və nəzəriyyələrinin təhlilinin aparılması diqqət çəkən amillərdəndir. Klassik geosiyasət məktəblərinin əsas ideya və nəzəriyyələri çoxsaylı mənbə və tarixşünaslıq materiallarının tədqiqata cəlb edilməsi sayəsində araşdırılır. Artıq yeni arxiv sənədlərinin açılması, elmi dövriyyəyə yeni elmi faktların cəlb edilməsi bu vaxta kimi bizə birtərəfli təqdim olunan tarixin qaranlıq məqamları üçünə işıq salır. Bu məqamlardan biri isə İkinci Dünya müharibəsinin mötivasiyası, mahiyyəti və geosiyasi ziddiyyətləridir. Kitabın «İkinci Dünya müharibəsi dövründə əsas iştirakçı dövlətlərin geosiyasi konsepsiyaları və hədəfləri» adlanan üçüncü fəslində geosiyasi qarşıdurmada iştirak edən ölkə rəhbərlərinin perspektiv planlarına və düşüncələrinə yer ayrılır, Almaniya, ABŞ, SSRİ, İngiltərə, Fransa, Yaponiya, İtaliyanın siyasi liderlərinin strateji planları sözügedən dövrün ziddiyyətlərinin mahiyyətini təşkil edir. Bu baxımdan XX əsrin görkəmli siması olan Çörçilin istər antihitlerçi koalisiya, istər Sovet İttifaqına münasibətinin öyrənilməsi maraq kəsb etməyə bilməz. Müəllif yazır: SSRİ-nin Qərbi Avropadan uzaq tutulması, sosializmin təsirinin dünyada yayılmasının qarşısının alınması, ABŞ-İngiltərə strateji müttəfiqliyinin yaradılması və dünyada bu cütlüyün təsirinin gücləndirilməsi də bəhs olunan dövrdə U.Çörçilin geosiyasi fəaliyyətinin əsasını təşkil etmişdir” (səh.107). XX əsrin ikinci yarısı və müasir dövrdə Qərb ölkələrinin geosiyasətindən, habelə Rusiyanın geosiyasət məktəbinin keçdiyi inkişaf mərhələlərindən bəhs olunduqdan sonra ayrıca bir fəsil Türkiyənin geosiyasi baxışları və nəzəriyyələrinə həsr edilib. Bu fəsil üzərində xüsusi dayanmağımız heç də təsadüfü deyil. Çünki, türklərin İslama qədərki məkan yerdəyişmələri və islamı qəbul edəndən sonra həyata keçirdikləri işğal geosiyasəti, sonrakı dövrdə Osmanlı imperiyasını yaratmaları, bu dövlətin orta əsrlərdəki hərbi-siyasi addımları və ətraf aləmlə geosiyasi münasibətləri, Avropada mərkəzləşmiş dövlət quruculuğu və müstəmləkəçilik hərəkatı dövründəki hədəfləri dünya ictimai fikrinə bir qayda olaraq Qərb və rus tədqiqatçıları tərəfindən təqdim olunmuşdur. Bu da öz növbəsində türklər və onların yaratdıqları dövlətlər, yürütdükləri siyasət, ətraf ölkələr ilə reallaşdırdıqları geosiyasi əlaqələr və s. haqında dünya ictimai fikrinə daha çox mənfi yüklü materialların birtərəfli şərhlərin və mülahizələrin çatdırılmasına, tarixdə çox mühüm rol oynamış bir xalq haqqında qeyri-adekvat təsəvvürün formalaşması səbəb olmuşdur. Qərb tədqiqatçıları Osmanlını XIX əsrdə «Avropanın xəstə adamı» hesab edirdilər. Dövrün müasir texnologiyaları və qabaqcıl ideyalarının tətbiqindən, bir sözlə inkişaf prosesindən geri qalan türk dövlətinin idarəetməsində heç türklərin özləri aparıcı rola malik deyildirlər. Təbii ki, bu da Birinci Dünya müharibəsinin acınacaqlı nəticələrində, Mudros barışığının doğurduğu fəsadlarda, Osmanlının dünyanın siyasi xəritəsində yarımmüstəmləkə halına gəlib çıxmasında özünü göstərirdi. Belə ağır şərtlər daxilində türk xalqının böyük oğlu Atatürkün başladığı istiqlal savaşı Qərbin Osmanlı üçün cızdığı planları alt-üst etdi, ayaq üstə möhkəm dayanan müasir Türkiyənin əsasını qoydu. Professor Ə.Həsənov Türkiyə Cümhuriyyətinin banisi Atatürkün geosiyasi düşüncələrini təhlil edərək yazır: «Atatürk üçün o dövrün siyasi-ideoloji baxımdan bir-birinə zidd olan iki sistemi arasında geosiyasi manevr etmək və ölkəsinin mili maraqlarına söykənərək «bitərəflik missiyası»nı həyata keçirmək o qədər də asan deyildi. Lakin dövrün ən güclü və qırılmaz mili ideyasını və iradəsini ortaya qoyan Atatürk, xüsusi uzaqgörənlik nümayiş etdirərək, tarazlaşdırılmış siyasət yürüdərək, bu işin öhdəsindən gəlməyi bacardı» (səh.233). Kitabın sonuncu  - IX fəsli müasir dünya sisteminin geosiyasi reallıqlarının təhlilinə həsr olunub. Qeyd olunur ki, SSRİ-nin dağılması və sosialist blokunun iflasından sonrakı reallıqlar, köhnə və yeni dövlətlər, ayrı-ayrı geosiyasi aktorlar və onların arasındakı münasibətlər planetimizin müasir geosiyasi strukturunun əsasını təşkil edir. Artıq geosiyasətin əvvəlki Vesifal, VersalPodstam dövrünə xas olan yanaşmalar, hədəflər və koordinatlar yeni dövrdə özünün tamam fərqli çalarlarda, bölgülərdə və tarazlıqlarda göstərir. «Müasir dünya siyasətinin xarakteristikası və yeni geosiyasi meylləri» adlanan bölmədə müəllif dünya sisteminə və geosiyasi strukturlarına təsir göstərən amilləri qruplaşdıraraq təhlil edir. Belə nəticəyə gəlinir ki, geosiyasi koordinatların yeni sistemini tədqiqatçılar Belovejsk sistemi adlandırır və «yeni dünya nizamı» kimi təqdim edirlər. Buna görə də «yeni dünya nizamı»nda müasir strukturlaşmanı nəzərə almaq vacibdir, dərslikdə bu aşağıdakı kimi qruplaşdırılıb:

1. KanadaMeksika ölkələri ilə birlikdə ABŞ və onun müttəfiqi olan Avropa Birliyi ölkələri;

2. Çin, Yaponiya, Hindistan və Cənub-Şərqi Asiyanın digər inkişaf etmiş ölkələri;

3. Rusiya, onun təsir dairəsinə daxil olan postsovet məkanı ölkələri və provaslav slavyan dünyası; 

4. İslam dünyası və onun Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Pakistans. kimi regional lider ölkələri;

5. Afrika qitəsi ölkələri və onların birliyi;

6. Latın Amerikası ölkələri (səh.454). Professor Ə.Həsənovun dərsliyi ölkəmizdə humanitar elm sahəsində akademizmi gücləndirməklə yanaşı, gələcək tədqiqatlar üçün bir məktəb rolunu oynayır və yeni perspektivlər açır. Müəllif haqlı olaraq qeyd edir ki, gələcək tədqiqatlarda, eyni zamanda Azərbaycan dövlətinin ölkədə, regiondadünyada yürütdüyü geosiyasigeostrateji dövlət siyasətinin və atdığı praktik addımların, dünyanın, regionun və Avropanın təhlükəsizlik, enerji, tranzit-keçid, beynəlxalq daşınma və nəqliyyat-kommunikasiya sistemində iştirakı məsələləri, Cənubi Qafqazı və ölkəmizi təhdid edən təhlükəsizlik, enerji, demoqrafiks. kimi qlobal proseslər də şərh və təhlil olunmalıdır (səh.12-13). Bir daha xatırlatmaq istərdik ki, geosiyasətin elm sahəsi kimi meydana gəlməsindən sonrakı böyük bir dövrdə keçdiyi inkişaf yolunun təhlilinə həsr olunan fundamental tədqiqat Azərbaycan dilində ilk nəşr olunan kitabdır. Təqdim olunan dərslik təkcə ali məktəblərin müvafiq ixtisasları üzrə təhsil alan tələbə və doktorantlar, habelə elmi işçilər üçün deyil, həm də mütəxəssislər, dövlət qulluqçuları, siyasətçilər, millət vəkilləri və ən geniş intellektual təbəqə – mili elita üçün əhəmiyyətlidir.

 

N.Məmmədli,

tarix elmləri namizədi 

 

Kaspi.- 2010.- 7 dekabr.- S. 5.