Xalqın mənəvi kimliyi-adlarımız 

 

Ə.Süleymanlı: “Ad yeni doğulan bəşər övladının necə və kim olacağı ilə bağlı ailə çağırışıdır”

 

Hələ ta qədimdən -  Dədə Qorqud dövründə oğuz tayfasının igidlərinə daşıyacağı adı qazanmaq üçün göstərdiyi qəhrəmanlıqlara uyğun adlar seçilərdi. Hazırda insanın istədiyi adı daşıması üçün ondan heç bir xüsusi fərasət tələb olunmasa da, adqoyma mərasimini olduqca məsuliyyətli an hesab edən mütəxəssislər ad seçiminə xüsusi diqqət yetirməyi məsləhət görürlər. Bəzi hallarda valideynlər və qohum-əqrəba hətta dünyaya gəlməmiş körpəyə ad seçməyə başlayırlar. Ümumiyyətlə, əksər hallarda körpəyə verilən ad yaşanan hansısa məqamların təzahürü kimi ortaya çıxır.

 

Məsələn, qız uşaqlarının daha çox dünyaya gəldiyi və ya onun gəlişinin heç də sevinclə qarşılanmadığı ailələrdə Qızyetər, Qızbəsti kimi adlardan geniş istifadə olunur. Bəzən isə ad hansısa itirilmiş şəxsi yenidən həyatda yaşatmaq üçün qoyulur. Kimsə öz nakam sevgisini, kimsə də öz valideynya yaxın ətrafının adını uşağa qoymağa can atır. Cəmiyyətdə gedən tərəqqi - yeniləşməni də unutmayanlar var. Məsələn, Sovet, Kolxoz, İnqilab, Şura, Tamaşa, Şahzadə və s. kimi adları bu sıradan hesab etmək olar. Elə adlar da var ki, məsələn, Tərlan, Arzu, Hicrans. həm qız, həm də oğlan adları içərisində geniş yayılıb. Bəzi mütəxəssislərin fikrincə, ad maddi və mənəvi dünyaları birləşdirən vasitəçi hesab olunur. Ümumiyyətlə, psixoloqlar bu qənaətdədirlər ki, uşaqlaraçox geniş yayılan, nə də nadirliyi ilə seçilən ad verilməməli, ən yaxşı halda orta dərəcədə yayılan adlardan istifadə olunmalıdır. Çünki bu, gələcəkdə uşaqda nadirya qəribə səslənən adlara görə komplekslərin yaranmamasına kömək edir.

 

Etnik qarışıq ailələr nəyi seçir?

 

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, son ildə qız uşaqlarına verilmiş adlar içərisində ən çox “Fatimə” adına təsadüf edilir. Komitə tərəfindən aparılan müayinənin nəticələri göstərir ki, bu addan sonra  şəhər yerlərində daha çox verilən adFidan”, kənd yerlərində isə “Nərmin” olub. Son illərdə geniş yayılan növbəti qadın adları Zəhra, Nuray, Nəzrin, Leyla olub.  2009-cu ildə dünyaya gəlmiş körpələrə verilmiş adlar sırasında isə qız uşaqlarına ən çox Fatimə, Pərvanə, Aysel, Aytac adları verilib. Oğlanlar arasında ən çox qoyulan ad isə Əli, Hüseyn, Mühəmməd və Fərid olub. Ümumiyyətlə, bu gün ölkədə kimi adları sırasında Əli, Elçin, Vüqar, Anar, Elnur, Samir, İlqar, Elşən, Vüsal, Rəşad, Azər, Məhəmməd kimi adları daha populyar hesab eləmək olar. Qadınlara verilən adlar içərisində isə Sevinc, Günel, Leyla, və Aygün adları geniş yayılması ilə diqqət çəkir. Bu sahədə son günlərin maraqlı tədqiqatlarından birietnik qarışıq ailələrdə uşaqlara verilən adlarla bağlıdır. Bu tədqiqatları aparan AMEA Fəlsəfə, SosiologiyaHüquq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru Əbülfəz Süleymanlı da adların insanın hansı xalqa mənsubluğunu əks etdirdiyini bildirir: ”Dünyaya övlad gətirmə və onu böyütmə mərasimi olduqca geniş struktura malikdir. Bunların içərisində ən əhəmiyyətli mərasimlərdən biriad qoymaad seçimi mərasimidir. Belə ki, ad bütün cəmiyyətlər üçün yalnız söz deyil, eyni zamanda, özündə xalqın mənəvi kimliyini ehtiva edir. Valideynlərin ad seçimi insanın taleyinə güclü təsir göstərir. Çünki ad yeni doğulan bəşər övladının necə və kim olacağı ilə bağlı ailə çağırışıdır”. Bu səbəbdən adlarla bağlı tədqiqatın vacibliyini önə çəkən sosioloqlun sözlərinə görə, övlad sahibi olan qadın respondentlərin 42,1 faizinin böyük əksəriyyəti övladlarına əcnəbi ad veriblər: ”Nəticələrdən məlum olur ki, respondentlərdən 31,6 faizi qarışıq, yəni bir neçə dildə qəbul olunan ad, yalnız 21 faizi isə azərbaycanlı adı veriblər. Kişi respondentlərin isə 62,6 faiz övladlarına Azərbaycan adı, 15,6 faizi əcnəbi ad, 9,4 faiz qarışıq ad, 6,2 faiz isə bir övladına Azərbaycan, ikinci övladlarına əcnəbi ad verdiklərini qeyd ediblər”.

 

Alex Nadir, Nandini, Melissa, Sevin başqaları...

 

Belə ki, adlarla bağlı sorğuya cəlb olunan, Çexiyada yaşayan çex xanımla evli olan 34 yaşlı azərbaycanlı kişinin tək oğlan övladının adı Alex Nadirdir.  Respondent özü bunu qarışıq ad kimi səciyyələndirir. Bakıda yaşayan hindli ilə evli olan 29 yaşlı azərbaycanlı xanımın tək qız övladına isə Hindistan adı-Nandini verilib. Türk-Azərbaycan ailəsində uşağa verilən Yağmur adını respondent özü qarışıq ad kimi təqdim etsə , bu, daha çox Türkiyə türklərində təsadüf olunan addır. Fransızla evlənmiş hal-hazırda Azərbaycanda yaşayan 24 yaşlı azərbaycanlı xanımın qız övladının adı isə Sevindir: ”Sevin qarışıq ad hesab oluna bilər. Ümumiyyətlə qeyd etmək lazımdır ki, bu ada başqa qarışıq nikahlarda da təsadüf olunur. Bundan başqa, ingilislə evlənmiş 26 yaşlı azərbaycanlı xanımın qızının adı Melissadır ki, bu ada da digər qarışıq nikahlarda rast gəlinir. Misal üçün, hal-hazırda Almaniyada yaşayan həmçinin alman vətəndaşlığını qəbul etmiş 30 yaşlı azərbaycanlı xanımın tək qızının adı Melissadır”. İranda mənşəli Amerika vətəndaşı ilə ailə həyatı qurmuş 35 yaşlı azərbaycanlı xanımın 3 yaşlı tək qız övladının adı Eridir: ”Rus millətindən xanımla evlənmiş 72 yaşlı azərbaycanlı kişinin iki qızından birinə Azərbaycan adı- Gülnarə, digərinə rus adı olan İnna vermişlər. Ümumiyyətlə, bu cür hallara sıx təsadüf olunur. Rus xanımla ailə həyatı qurmuş 50 yaşlı azərbaycanlı kişinin tək oğlan övladının adı isə Ruslandır ki, bu ada da rus-azərbaycanlı nikahlarında çox sıx rast gəlinir. Azərbaycanlı kişi-rus qadınının qızlarının adı Meryemdir. Bu, hər iki millətdə istifadə oluna bilən addır”. Rus-Azərbaycan ailəsində uşaqlara verilən adlar Rada, Safura, Ramil, Amildir. Almaniyada yaşayan almanla evlənmiş 45 yaşlı bir xanım öz qız övladlarına respondentin özünün ifadəsi ilə hər iki ölkədə eyni başa düşüləcək Emma Elza adını verib. ABŞ-da yaşayan Amerika vətəndaşı ilə evi olan azərbaycanlı xanım isə tək oğlan övladlarına Denis adını verib: ”Respondentin qeyd etdiyinə görə, özü onu Dəniz olaraq çağırır”.

 

Ad özü kimi həyat vəd edir? 

Psixoloq Xatirə Səfərova uşağa yaxşı ad qoyulmasını onun haqlarından biri sayır: ”Təbii ki, hər birimiz öz adlarımıza görə bizə müraciət edilərkən müəyyən hisslər keçiririk. İnsana xoşlamadığı adla müraciət edəndə onda daxili komplekslər yaranır. Bu da dərk edilmiş formada ya dərk edilməmiş şəkildə ola bilər. Məsələn, qız uşağına kişi adları qoyarlarsa, bu həmin uşaqda birbaşa kişi xarakteri ilə öz əksini tapacaq ya əksinə. Adlar özünə məxsus xarakteri formalaşdırdığı kimi davranışlarımıza da təsir edir. Ona görə hətta dinimizdə Məhəmməd peyğəmbər: “Ad qoyarkən övladlarınıza ən gözəl adları qoyun”- demişdir. Hətta yaxşı adı olmayan insanların adlarını dəyişdirməyi məsləhət görərək bildirmişdir ki, insanın öz adı kimi həyatı olur”.

 

Neqativ kod daşıyan adları qoymaq düzgün deyil

Psixoloq hesab edir ki, uşağın düzgün seçilməyən onu kompleksə salaraq hərəkətlərində birbaşa özünü göstərəcək. Uşaqların adları xoşlarına gəlmirsə, bu, bağçaya gedərkən onların davranışlarında özünü büruzə verəcək: ”Məsələn, adına kompleks yaranmış uşaqlarda adi bir misal çəkə bilərik. Uşaqlar yığışaraq qumla oynadıqları zaman daxili kompleksi olan uşaq kənardan onlara baxacaq, beynində daima: “Mən onlardan pisəm, onlar məndən yaxşıdırlarfikri formalaşacaq. Bu uşaqlarda nevroz halları öz əksini göstərir. Ümumiyyətlə, uşaqlara neqativ kod daşıyan adları qoymaq düzgün deyil”.

 

Sevilməyən adlar valideynlərə sevgini azaldır

X.Səfərovanın fikrincə, insanlar öz adlarını sevmirlərsə, özlərini sevmirlər: “Özünü sevməyən insan isə ətrafı sevə bilməz hər zaman daxili kinini kiminsə üzərinə acıq ya qapalı şəkildə göstərir. Xüsusi vurğulamaq lazımdır ki, adlarının mənası sevilməyən adlar övlada qoyularkən o insanlarda valideynlərinə qarşı sevgi çox aşağı olur. İnsana verilən adların onun gələcək taleyinə təsirinə gəlincə, əslində, adlar psixikamıza təsir etmədiyini deyir: ”Əslində, bizim psixikamıza təsir edən adların cəmiyyətdə ifadə etdiyi mənalardır. Əlbəttə ki, bir başa mənfi adlar özlüyündə mənfi kod daşıdığı kimi insanı daima mənfi emosiyalarla yükləyir”. Bu isə həmin şəxsin davranış düşüncə tərzinə mənfi təsir göstərir: ”İnsanın özünə qoyulan ad onun adının şəxsiyyəti ilə eyniləşdirilir. Bəzən bir hərəkət edəndə belə bir sözlərdən istifadə edirik: “Adına uyğun hərəkət et”. İnsan bu zaman öz hərəkətlərini korrektə edir. Bu da onun şəxsiyyətinin formalaşmasına müsbət təsir göstərir”.

 

Həqiqət İsabalayeva

 

Kaspi.- 2010.- 23 dekabr.- S. 12.