Ekologiya ili” yekunlaşır 

 

Payız əkin mövsümündən bu günədək 5 371 544  ağackol əkilib

 

Son günlərini yaşadığımız 2010-cu il Azərbaycanda “Ekologiya ilikimi tarixə qovuşur. Ekologiya sahəsində yaddaqalan hadisələrlə zəngin il çərçivəsində reallaşan ən əlamətdar hadisələrdən biriDünya Ətraf Mühit Günü ilə bağlıdır.

 

Üç şəhərdən biri

Belə ki, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) tərəfindən İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı, Bakı şəhəri də Dünya Ətraf Mühit Gününün 2010-cu ildə Avropa regionunda qeyd edilməsi üçün baş şəhərlər elan edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın sözlərinə görə, “Dünya Ətraf Mühit günü-2010”-a Avropa regionu üzrə öndərlik edəcək üç şəhərdən biri kimi Bakının seçilməsi təsadüfi deyil: Bu, ilk növbədə ölkə başçısının rəhbərliyi ilə ölkə iqtisadiyyatının, sosial-mədəni həyatın bütün sahələrində, o cümlədən, ekoloji tarazlığın qorunması, ətraf mühitin sağlamlaşdırılmasında aparılan ardıcıl və məqsədyönlü fəaliyyətin uğurlu nəticəsidir. Ümumdünya Ətraf Mühit Günü münasibətilə bu ilÇoxlu növlər, bir planet, bir gələcək” devizi altında həyata keçirilən tədbirlərdə iştirak etmək məqsədilə BMT-nin Ətraf Mühit Proqramının Avropa bürosunun direktoru Kristof Buvye də Bakıda olub. Nazirliyin, QHT və dövlət təşkilatlarının, diplomatik korpusların, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin, Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə Zığ-Heydər Əliyev adına hava limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində ETSN tərəfindən təşkil olunmuş kütləvi ağacəkmə kompaniyasında Kristof Buvyeiştirak edib”.

 

“Yaşıl iqtisadiyyat” beynəlxalq müzakirədə

Nazirlik rəsmisi “Ekologiya ili” çərçivəsində daha bir beynəlxalq tədbirin Qəbələdə reallaşdığını deyir: Bu ilin 5-7 iyul tarixlərində Qəbələdə Azərbaycan hökuməti və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən Biomüxtəliflik üzrə BMT-nin Baş Assambleyasının növbəti sessiyasına hazırlıq üzrə Avropanın Ətraf Mühit Nazirləri və ekspertlər səviyyəsində Konfrans da keçirilib”. Məqsəd bu ilin sentyabr ayında Nyu-Yorkda təşkil olunacaq BMT-nin Baş Assambleyasının Bioloji müxtəliflik üzrə Seqmentinə Avropa regionunun töhfəsinin verilməsi olub. Adıçəkilən konfransda  “yaşıl iqtisadiyyat”ın formalaşmasında ölkələrarası əməkdaşlıq məsələləri də müzakirə edilib. Bundan başqa, bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun bir qrup mütəxəssisi Böyük Qafqaz dağlarının şimal-şərq yamacında yerləşən və dünyanın ən yüksək hidrometeoroloji elmi mərkəzlərindən biri olan Şahdağ Yüksək Dağlıq Kompleks HidrometeorolojiEkoloji Tədqiqat Elm Mərkəzinə ekspedisiya da təşkil ediblər. Ekspedisiya dövründə mərkəzin əməkdaşlarına müasir cihazlarla işləmək prinsipi və təlimatlara uyğun meteoroloji, hidroloji, qlyasioloji müşahidələrin aparılması üçün metodiki yardım göstərilib. Ekspedisiya üzvləri yüksək dağlıq ərazilərin iqlim-hava şəraiti üzərində müşahidələrin təşkili və aparılmasını, iqlimin dəyişmə dinamikasını, iqlim-hava şəraitini öyrəniblər. Mütəxəssislər eyni zamanda, yüksək dağlıq ərazilərdə qar-buz örtüyü üzərində hidroloji, qlyasioloji, meteoroloji müşahidələrin aparılma metodikası və müşahidə nəticələrinin işlənilməsinə dair lazımi təlimatların verilməsini, müasir iqlim dəyişmələri fonunda qar-buz örtüyünün dəyişmə dinamikasını tədqiq ediblər. Ekspedisiya zamanı, həmçinin ərazi çaylarında axının formalaşması, rejim xüsusiyyətlərinin öyrənilməsi, çay-su ehtiyatlarının və çayların qidalanmasında buzlaqların rolunun qiymətləndirilməsi üzərində tədqiqat işləri apararaq lazımi elmi nəticələr əldə olunub. Əldə olunan hidrometeoroloji məlumatlardan Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun elmi işlərində istifadə olunacaqanaloji ekspedisiyalar İnstitutunun mütəxəssisləri tərəfindən gələcəkdə də davam etdiriləcək.

 

Daxili imkanlar hesabına 290 560 ağac

Ətraf mühitin mühafizəsi ilə bağlı həyata keçirilən tədbirlərdən birirespublikada yaşıllaşdırma işlərinin sürətləndirilməsidir. Belə ki, ölkə başçısının Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə təşəbbüsü ilə əlaqədar 2009-cu ildən başlayan genişmiqyaslı tədbirlər bu ilə də davam etdirilib. İ.İbrahimovanın sözlərinə görə, Bakı və onun ətraf ərazilərində ETSN tərəfindən 2009-cu ilin payız-2010-cu ilin yaz mövsümlərində 1 005 000 ədəd ağackol bitkisi əkilib: Bu ilin payız mövsümünün 1 noyabr-18 dekabr tarixlərində Bakı və onun ətraf ərazilərində 834 174 ədəd müxtəlif ağackol bitkisi əkilib. 13-18 dekabr 2010-cu il tarixlərində isə Bakı və onun ətrafındakı 38,22 hektar sahədə 67 290 ədəd ağackol bitkisi əkilib. Ümumilikdə, 2009-cu ilin payız mövsümü başlayandan bu günədək Bakı və onun ətraf ərazilərində 1 839 174 ədəd  ağackol bitkisi əkilib”. Nazirliyin Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin əməkdaşları tərəfindən dövlət meşə fondu torpaqlarında isə heç bir əlavə vəsait xərclənmədən, qurumun daxili imkanları hesabına 114 hektar sahədə 290 560 ədəd müxtəlif ağac əkilib. Əkilən ağaclar müəssisənin öz tinglik sahələrində yetişdirilib. Nazirlik rəsmisi bildirib ki, bir sıra Meşə Mühafizəsi və Bərpası Müəssisələri 2010-cu ilin payız əkin mövsümünün proqnozunu artıqlaması ilə yerinə yetirib: Astara, Balakən, Beyləqan, Bərdə, Qazax, Qax, Quba, Qusar, Qəbələ, Cəlilabad, Zərdab, Yardımlı, Yevlax, Lerik, Lənkəran, Masallı, Oğuz, Tovuz, Göy-göl, Şabran, Şamaxı, Şəki, Şəmkir, Gədəbəy Meşə Mühafizəsi və Bərpası müəssisələri və Giləzi Regional Meşəsalma Müəssisəsi 2010-cu ilin payız əkin mövsümünün proqnozunu artıqlaması ilə yerinə yetirərək, ümumilikdə 1444,3 hektar sahədə 3 472 590 ədəd müxtəlif növ ağac əkib. Ümumilikdə, 2010-cu ilin payız əkin mövsümü başlayandan bu günədək nazirliyin Meşə Mühafizəsi və Bərpası müəssisələri tərəfindən 4 843 710 ədəd  müxtəlif növ ağac əkilib. Respublika ərazisində isə bu həftə ərzində 152,22 hektar sahədə 357 850 ədəd ağackol bitkisi əkilib. Ümumiyyətlə isə 2010-cu ilin payız əkin mövsümündən bu günədək respublika ərazisində 5 371 544  ədəd ağackol bitkisi əkilib. Hazırda ərazilərdə əkin, meşəbərpa, suvarmaqulluq işləri davam etdirilir”.

 

Qeyri-qanuni şəraitdə saxlanılan heyvanlar təbiətə qayıdır

KürAraz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsinin öyrənilməsi də il ərzində əsas istiqamətlərdən biri olub. Bu məqsədlə nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti hər ayın müvafiq ongünlüklərində monitorinqlər aparıb. Bundan başqa, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər nazirliklərinin əməkdaşları vəhşi təbiətdən heyvanların götürülməsi və istirahət kompleksləri, restoran, kafe, eləcə də digər iaşə obyektlərində müvafiq icazə olmadan saxlanılmasının qarşısını almaq məqsədilə respublika ərazisində mütəmadi olaraq reydlər də aparıblar. Təkcə bu ilin noyabr-dekabr aylarında ETSN tərəfindən ictimai iaşə obyektlərində qeyri-qanuni şəraitdə saxlanılan vəhşi heyvanların götürülməsi ilə əlaqədar keçirilən reydlər zamanı 20-dən artıq qonur ayı, onlarla məməli və quş növləri götürülərək Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib.

İl ərzində təbliğat işlərinə də önəm verilib. İ.İbrahimovanın sözlərinə görə, bu məqsədlə ETSN-nin www.eco.gov.az saytına bir sıra yeni bölümlər də əlavə olunub: “İl ərzində nazirliyin fəaliyyəti ilə bağlı 350-dən artıq press-reliz yayılıb, mətbuat xidmətinə 1361-ə yaxın sorğu daxil olub. KİV-də nazirliyin fəaliyyəti ilə bağlı 2000-ə qədər material dərc olunub. Telekanallarda ekologiyanın müxtəlif istiqamətləri ilə bağlı mövzularla çıxışlar verilib. İl ərzində nazirlik müxtəlif ərazilərə jurnalistlər üçün press-turlar da təşkil edib”.

 

Həqiqət İsabalayeva 

 

Kaspi.- 2010.- 24 dekabr.- S. 12.