Kulturoloji problemlərə
dair seminar keçirilib
Dünən Mədəniyyət
və İncəsənət
Universitetində Azərbaycanın
tanınmış şairi
Osman Sarıvəllinin
oğlu, professor Babək Qurbanovun iştirakı ilə kulturoloji problemlərə dair
seminar keçirilib.
Diqqətə çatdıraq ki,
fəlsəfə elmləri
doktoru, professor Babək Qurbanov uzun müddət Elmlər Akademiyasının
Fəlsəfə və
Hüquq İnstitutunun
şöbə müdiri
işləyib. 1990-2004-ci illərdə
isə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin Mədəniyyətin
Tarixi və Nəzəriyyəsi kafedrasının müdiri vəzifəsində
çalışdıqdan sonra Türkiyə dövlətinin
təklifi ilə qardaş ölkəyə
yollanmışdır. Bir müddət Ərzurum
Atatürk Universitetində çalışan B.Qurbanov indi xidmətini
Gaziantep Universitetində davam etdirir.
Tədbiri Universitetin elm və yaradıcılıq işləri
üzrə prorektoru, pedaqoji elmlər namizədi professor Maral Manafova açıb. Seminarda
çıxış edən Muzeyşünaslıq
kafedrasının müdiri, professor Ramiz Ağayev Universitetin
yaxın dostu, dəyərli ziyalı, tanınmış zəka
sahibi, vətəndaş alim, professor B.Qurbanovun iştirak
etdiyi bu tədbirə gələn rektor professor Timuçin Əfəndiyevə,
Universitetin kollektivinə və tələbələrinə
öz minnətdarlığını bildirib. R.Ağayev
Azərbaycan mədəniyyətinin inkişaf etdirilməsi ilə
bağlı onlara göstərdiyi köməkliyə görə
B.Qurbanova öz təşəkkürünü
çatdırıb. Kulturologiya fakültəsinin
dekanı Apdin Əlizadə, Mədəniyyətşünaslıq
kafedrasının müdiri, kulturologiya elmlər namizədi Sədaqət
Əliyeva, fəlsəfə elmlər namizədi, dosent Sevinc
Şahhüseyinova, Tətbiqi kulturologiya fakültəsinin
müdiri, doktor İlqar Hüseynov, dosent Oktay Sultanov,
Universitetin elmi katibi, kulturologiya elmləri namizədi Yeganə
Əliyeva, tədris işləri üzrə prorektor, professor
Rafiq Sadıqov və kollektivin digər müəllimləri
seminarda çıxış ediblər. Tədbir
iştirakçıları onu da bildiriblər ki, B.Qurbanov Mədəniyyət
və İncəsənət Universiteti üçün
unudulmaz bir səhifə, daima gənclərə nümunə
göstərilə biləcək müsbət xarakterli bir
insandır.
Daha sonra
professor B.Qurbanov seminarda çıxış edərək,
iştirakçıların suallarını
cavablandırıb. O, uzun müddət bu Universitetdə
çalışdığını və bu qədər
uzun müddətdən sonra geri baxdıqda layiqli gənclərimizi,
davamçılarımızı gördükdə çox
sevindiyini vurğulayıb. Türkiyə ilə
Azərbaycan mədəniyyəti arasında
oxşarlıqların çox olduğunu bildirən B.Qurbanov
gənclərimizin elmi məqalələrinin Türkiyədə
çap olunması üçün lazımi yardımları
göstərəcəyini bildirib.
Muradov İlkin
Kaspi. -2010 . -4 fevral. – S.9.