"Xalq Yaradıcılığı Paytaxtları" - Gəncə, Şəki Qazax 

 

Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq, Mədəniyyət və Turizm Nazirliyi "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramını təsdiq edib. Nazirliyin mətbuat xidmətindən qəzetimizə verilən məlumatda bildirilir ki, proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilib.

Milli folklor ustaları kollektivlərinin, sənətkarların, milli adət-ənənələrin eyni zamanda, respublikanın şəhər rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili xarici turizmin inkişafı, habelə Mədəniyyət Turizm Nazirliyinin "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramının icrasını təmin etmək məqsədilə 2010-cu il üçün Gəncə şəhəri "Azərbaycanın Əfsanələr Paytaxtı", Şəki şəhəri "Azərbaycanın Sənətkarlıq Paytaxtı" Qazax şəhəri "Azərbaycanın Folklor Paytaxtı" elan edilib.

Məsələ ilə əlaqədar Gəncə, Şəki və Qazax şəhərlərində il ərzində nominasiyalara uyğun olaraq, təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfransların, dəyirmi masaların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, infoturların və sair tədbirlərin təşkili nəzərdə tutulub.

 

 

Təranə 

 

Kaspi. -2010. – 4 fevral. – S.15.