Tarix Muzeyi 90 yaşında 

 

Məlum olduğu kimi, bu  il Azərbaycan Milli Tarix Muzeyinin yaradılmasının 90 illiyi tamam olur. Bu münasibətlə 2010-cu il Tarix Muzeyinin yubiley ili elan edilib. APA-nın yaydığı məlumata görə, yubiley çərçivəsində muzey rəhbərliyi tərəfindən silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Tədbirlər siyahısına müxtəlif sərgilərin keçirilməsi, tədbirlərin təşkili, muzeyin 90 illik fəaliyyətini əks etdirən broşürlərin hazırlanması s. daxil edilib. Dünyanın bir sıra ölkələri ilə əməkdaşlıq edən Tarix Muzeyinin yubiley tədbirlərinə Koreya, Rusiya Belarusun Tarix Muzeylərindən qonaqların dəvəti gözlənilir. Məlumatda o da bildirilir ki, muzeyə yeni eksponatların gətirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Tarix Muzeyi 1920-ci ilin iyun ayında Azərbaycan SSR Xalq Maarif Komissarlığının "Muzekskurs" yarımşöbəsinin nəzdində təşkil edilib. Həmin ilin iyul ayından məşhur neft sahibkarı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkündə yerləşdirilmiş muzey (1941-ci ilə kimi burada fəaliyyət göstərib) oktyabr ayının 25-dən Azərbaycan SSR Dövlət Muzeyi adlandırılıb 1921-ci ildən fəaliyyətə başlayıb. Lakin muzey yalnız 1936-cı ildən sonra Azərbaycan Tarix Muzeyi adlandırılıb. Yarandığı ilk dövrdə muzeydə tarix, arxeologiya etnoqrafiya, botanika zoologiya, minerologiya geologiya, təsviri incəsənət bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti Qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərib. 1923-cü ildə yaradılan muzeylə sıx əlaqədə fəaliyyət göstərən Azərbaycanı Tədqiq Cəmiyyəti muzeyin tərkibindəki cəmiyyət komissiyanı özündə cəmləşdirdi. 1925-ci ildə XMK Kollegiyasının təsdiq etdiyi "Əsasnamə"yə görə, struktur dəyişikliyi əsasında tarix-etnoqrafiya, incəsənət, biologiya, geologiya şöbələri Qafqaza Şərqə dair kitabları əhatə edən zəngin kitabxana fəaliyyətini davam etdirdi.

Sonrakı illərdə tarixin tədrisinə artırılan diqqət yeni tarix tarix-diyarşünaslıq muzeylərinin yaranması ilə müşayiət olundu. Azərbaycan XKŞ-in 31 mart 1936-cı il qərarına görə, Azərbaycan Dövlət Muzeyinin yenidən qurulması tarix profilli muzeyin yaradılması onun Azərbaycan Tarixi Muzeyi adı ilə Ittifaq EA-nın Azərbaycan filialına verilməsi ilə nəticələndi. 1943-cü ildə Azərbaycan Tarixi Muzeyi EA Azərbaycan filialının qərarı ilə Rəyasət heyətinin nəzdində yenidən müstəqil vahid qurum kimi təsdiq edildi. 1953-cü ildə Tağıyev mülkünün yenidən Muzeyə qaytarılması dövlətin muzey quruculuğu sahəsində gördüyü tədbirlər Tarix Muzeyində xalqımızın ta qədimdən bu günədək tarixini əks etdirən elmi ekspozisiyanın qurulması üçün şərait yaratdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə muzeyin maddi-texniki bazası bərpa olundu muzey əsaslı təmir olunduqdan sonra yenidən fəaliyyətə başladı.

Muzeydə hal-hazırda altı şöbə, Muzey əşyalarının bərpası laboratoriyası, 12 fond, 4 qrup kitabxana fəaliyyət göstərir. Həmçinin muzeydə elmi-tədqiqat, elmi-kütləvi fond işlərinin əsas istiqamətlərinin dünya təcrübəsi ilə təsdiq olunan müasir prinsiplərinə əsaslanaraq ekspozisiyanın qurulması, Azərbaycan xalqının qədim dövrdən bu günədək tarixini əks etdirən maddi mənəvi mədəniyyət abidələrinin toplanması mühafizəsi, tədqiqi, nəşri, onların sərgilərdə nümayişi təbliği təşkil edilib.

Yarandığı ilk gündən həm mədəni-maarif, həm elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərən Azərbaycan Tarixi Muzeyinin tarixində çox ilklərə rast gəlirik. Belə ki, 1925-ci ildə Xocalıda Naxçıvanda təşkil olunan arxeoloyi ekspedisiyalar Azərbaycan ərazisində qədim maddi-mədəniyyət abidələrinin elmi baxımdan öyrənilməsinin əsasını qoydu. Sonrakı illərdə muzey əməkdaşları Qəbələdə, orta əsr şəhərləri Gəncədə, Xarabagilanda, Örənqalada arxeoloyi tədqiqatlar apardılar. Azərbaycan tarixinin erkən orta əsrlər dövrünün mühüm məsələlərini işıqlandıran Mingəçevir arxeoloji ekspedisiyası isə əldə edilən elmi nəticələrinə görə o dövrdə İttifaq miqyasında böyük uğur kimi qiymətləndirildi.

Xatırladaq ki, muzeyin 250 mindən artıq müxtəlif xarakterli, müxtəlif dövrlərə aid maddi-mənəvi mədəniyyət nümunələri 10 fondda saxlanılır. Sənədli mənbələr fondunda 11000-dən artıq sənəd, fotoşəkil, albom, afişa, qəzet, açıqca s. qorunur. Muzeyin yarandığı gündən bəri fəaliyyət göstərən, Azərbaycanın ilk dövlət kitabxanalarından olan kitabxanasında isə 80 000-dən çox, başlıca olaraq, XIX-XX əsrin birinci yarısına aid müxtəlif dilli kitablar toplanıb. Muzeydə yeni təşkil olunmuş təsviri incəsənət illustrasiyalar fondunda 500-ə qədər tablo, illustrasiya, Azərbaycanın tanınmış rəssamlarının, sənət adamlarının əsərləri s. mühafizə edilir.

Məlumat üçün onu da bildirək ki, 2010-cu ilin sonunda yubiley ilinin bağlanışı münasibətilə Milli Tarix Muzeyində beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.

 

 

Elcan 

 

Kaspi. -2010. – 16 fevral. – S.11.