Ekoloji qanunvericiliyin
pozulması ilə bağlı 164 akt və protokol tərtib olunub
Ekologiya və
Təbii Sərvətlər
Nazirliyi yanvar ayı ərzində ekoloji qanunvericiliyin tələblərinə riayət
olunmasını yoxlamaq
məqsədilə araşdırma
aparıb
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi
Departamentinin əməkdaşları yanvar ayı ərzində
ekoloji qanunvericiliyin tələblərinə riayət
olunmasını yoxlamaq məqsədilə araşdırma
aparıblar. Araşdırma zamanı hüquqi və fiziki
şəxslər tərəfindən yol verilmiş qanun
pozuntularına görə 164 akt və protokol tərtib olunub və
nöqsanların aradan qaldırılması üçün
icrası məcburi olan 25 göstəriş verilib.
Bu barədə
qəzetimizə məlumat
verən nazirliyin məbuat xidmətindən
bildirilib ki, ümumilikdə 54 iş üzrə 1619330 manat məbləğində cərimə
tətbiq edilib. Ətraf
mühitə dəymiş ziyanla bağlı 24 iş üzrə
74936,46 manat məbləğində iddia qaldırılıb. İdarə
və müəssisələrə 119 iş üzrə
32728,14 manat məbləğində ödəmə tətbiq
edilib. Tədbir görülməsi üçün məhkəmə
nəzarətçilərinə və məhkəmə
icraçılarına göndərilmiş 37 işdən
6-na baxılaraq müvafiq tədbir görülüb.
Qurumdan qeyd edilib ki, su
ehtiyatlarının mühafizəsi
üzrə 3 akt tərtib olunub, müəyyən edilmiş
nöqsanların aradan
qaldırılması üçün
4 icrası məcburi olan göstəriş verilib. İdarə və müəssisələrə
13 iş üzrə 4362,17 manat məbləğində ödəmə
tətbiq edilib. Atmosfer havasının mühafizəsinə nəzarət
məqsədilə də müvafiq araşdırmalar
aparılaraq 29 akt və protokol tərtib olunub. Aşkar
olunmuş çatışmazlıqların aradan
qaldırılması məqsədilə 12 icrası məcburi
olan göstəriş verilib. Qanun pozuntularına yol verdiklərinə
görə hüquqi və fiziki şəxslərə
qarşı ümumilikdə 7 iş üzrə 3430 manat məbləğində
cərimə tətbiq edilib. 67 iş üzrə 23573,79 manat məbləğində
ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün
məhkəmə nəzarətçilərinə və məhkəmə
icraçılarına göndərilmiş 3 işdən 1-nə
baxılaraq müvafiq tədbir görülüb.
Torpağın mühafizəsinə
gəlincə, bu sahədə aşkar olunmuş qanun pozuntularına görə
11 akt tərtib olunub. Qanun pozuntusuna yol verdiklərinə
görə hüquqi və fiziki şəxslərə
qarşı, ümumilikdə 3 iş üzrə 7400 manat məbləğində
cərimə tətbiq edilib. 11 iş üzrə 825 manat məbləğində
iddia qaldırılıb və ödənilməsi təmin
olunub. Yerin təkinin mühafizəsi sahəsində aşkar
olunmuş qanun pozuntularına görə isə 10 akt və
protokol tərtib olunub. Qanun pozuntusuna yol verdiklərinə
görə hüquqi və fiziki şəxslərə
qarşı, ümumilikdə 8 iş üzrə 4550 manat məbləğində
cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş
ziyanla bağlı 3 iş üzrə 69300 manat məbləğində
iddia qaldırılıb. Tədbir görülməsi
üçün məhkəmə nəzarətçilərinə
və məhkəmə icraçılarına göndərilmiş
4 işdən 1-nə baxılaraq müvafiq tədbir
görülüb.
Tullantıların idarə
olunması sahəsində
də qanun pozuntular aşkarlanıb. Buna
görə 21 akt və protokol tərtib olunub, müəyyən
edilmiş nöqsanların aradan qaldırılması
üçün müvafiq qanunvericiliyə əsasən 5
icrası məcburi olan göstəriş verilib. Qanun
pozuntusuna yol verdiklərinə görə hüquqi və
fiziki şəxslərə qarşı, ümumilikdə 5
iş üzrə 16100 manat məbləğində cərimə
tətbiq edilib. 28 iş üzrə 3967,18 manat məbləğində
ödəmə tətbiq edilib. Tədbir görülməsi
üçün məhkəmə nəzarətçilərinə
və məhkəmə icraçılarına göndərilmiş
12 işdən 1-nə baxılaraq müvafiq tədbir
görülüb.
Floranın mühafizəsi
sahəsində isə
aşkar olunmuş qanun pozuntularına görə 72 akt və protokol tərtib olunub, müəyyən edilmiş
nöqsanların aradan
qaldırılması üçün
müvafiq qanunvericiliyə
əsasən 4 icrası
məcburi olan göstəriş verilib. Qanun
pozuntusuna yol verdiklərinə görə hüquqi və
fiziki şəxslərə qarşı, ümumilikdə 26
iş üzrə 1583775 manat məbləğində cərimə
tətbiq edilib. Ətraf mühitə dəymiş ziyanla
bağlı 13 iş üzrə 1796,46 manat məbləğində
iddia qaldırılıb. Tədbir görülməsi
üçün məhkəmə nəzarətçilərinə
və məhkəmə icraçılarına göndərilmiş
16 işdən 3-nə baxılaraq müvafiq tədbir
görülüb.
Faunanın mühafizəsi
sahəsində isə
14 akt və protokol tərtib olunub. Qanun pozuntusuna yol verdiklərinə
görə hüquqi və fiziki şəxslərə
qarşı, ümumilikdə 5 iş üzrə 4075 manat məbləğində
cərimə tətbiq edilib.
Su hövzələrində
bioloji resursların artırılması və
mühafizəsi sahəsində 4 protokol tərtib olunub. Dəymiş ziyanla bağlı 8 iş üzrə 3840 manat məbləğində iddia
qaldırılıb.
Həqiqət
Kaspi. -2010. – 18 fevral. – S.12.