Dövlətin məcburi köçkünlərə böyük
qayğısı
Təkcə ötən
il qaçqın və məcburi köçkünlərlə bağlı
prezident 2 fərman, 2 sərəncam imzalayıb.
Nazirlər Kabineti tərəfindən isə
on dörd sərəncam
və qərar qəbul edilib
Ölkədə qaçqınların
və məcburi köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması
və məşğulluğunun
artırılması dövlətin,
prezident İlham Əliyevin diqqət mərkəzindədir. Onların
problemlərinin həlli
dövlət başçısının
ən çox diqqət yetirdiyi və qayğı göstərdiyi sahədir.
Təkcə ötən
il qaçqın və məcburi köçkünlərlə bağlı
prezident 2 fərman, 2 sərəncam imzalayıb.
Nazirlər Kabineti tərəfindən isə
on dörd sərəncam
və qərar qəbul edilib.
Dövlət başçısı noyabrın 17-də Binəqədi rayonundakı 2 nömrəli evtikmə kombinatının ərazisində 368 məcburi köçkün ailəsi üçün tikilmiş çoxmərtəbəli binaların açılış mərasimində iştirak edib. 2 nömrəli evtikmə kombinatının ərazisində inşa olunmuş doqquzmərtəbəli yaşayış binaları kompleksi artıq məcburi köçkünlərin ixtiyarına verilib. Doqquzmərtəbəli 6 binada paytaxtda şəraiti dözülməz olan ictimai yerlərdə, yarımçıq tikililərdə müvəqqəti məskunlaşan və köçürülməsi zəruri olan məcburi köçkünlər yerləşdirilib.
Kompleksin tikintisinə
2008-ci ildə başlanıb.
Binaların yerləşdiyi
ümumi ərazi 3 hektar, tikintinin ümumi sahəsi isə 27 min 897 kvadratmetrdir.
Ərazidə hər biri 63 mənzilli doqquzmərtəbəli beş,
54 mənzilli bir yaşayış binası
və 260 şagird yeri olan məktəb
binası tikilib. Mənzillərin 81-i bir,
180-i iki, 90-ı üç,
18-i isə dördotaqlıdır.
Burada qazanxana,
nasosxana, transformator yarımstansiyası tikilib,
mənzillərə telefon,
su və qaz xətləri çəkilib.
Noyabrın 20-də prezident
Goranboy rayonunun ərazisindəki fin tipli qurma evlərdən ibarət qəsəbədə
müvəqqəti məskunlaşmış
596 məcburi köçkün
ailəsi üçün
salınmış qəsəbənin
açılışı mərasimlərində iştirak
edib. Qısa müddətə tikilmiş
qəsəbə üçün
120 hektar ərazi ayrılıb. Evlərin ümumi sahəsi isə 30.800, yaşayış
sahəsi isə 19.445
kvadratmetrdən çoxdur.
Evlərin 89-u bir,
275-i iki, 200-ü üç,
32-si isə dördotaqlıdır.
Qəsəbədə bütün
zəruri infrastruktur yaradılıb. Bura uşaq bağçası,
ambulatoriya, klub-icma mərkəzi, poçt binası və digər inzibati binalar daxildir. Qəsəbədə müstəqil
elektrik stansiyası tikilib, bütün evlər təbii qazla təchiz olunub.
Müvafiq Dövlət
Proqramına uyğun olaraq məcburi köçkünlərin mənzil-məişət
şəraitlərinin yaxşılaşdırılması
istiqamətində həyata
keçirilən tədbirlər
nəticəsində 2009-cu ildə Xocalı rayonundan olan məcburi köçkünlər
üçün Göygöl
rayonu ərazisində
dç 26 ailə üçün məhəllənin
tikintisi başa çatdırılıb və
məcburi köçkünlərin
həmin qəsəbələrə
köçürülməsi təmin edilib.
Eyni zamanda, Sabunçu rayonunun Pirşağı qəsəbəsində Elmi-Tədqiqat
Əkinçilik İnstitutunun
yardımçı binalarında
müvəqqəti məskunlaşmış,
əsasən Zəngilan
rayonundan olan 31 məcburi köçkün
ailəsinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması
məqsədilə Abşeron
rayonunun Fatmayı qəsəbəsində salınan
qəsəbənin tikintisi
başa çatdırılıb
və məcburi köçkünlər qəsəbədəki
evlərə köçürülüblər.
Bunlarla yanaşı, Bakı şəhərində
təcili köçürülməsinə
zərurət yaranmış
obyektlərdən köçürülməsi
nəzərdə tutulan
70 məcburi köçkün
ailəsi üçün
Ramana qəsəbəsində
beşmərtəbəli yaşayış
binasının tikintisinə
başlanıb və bina bu günlərdə
istifadəyə veriləcək.
Beləliklə, təkcə
2009-cu ildə 5710 nəfərdən
ibarət 1142 məcburi
köçkün ailəsi
yeni tikilmiş evlərə köçürülüb.
Prezident İlham
Əliyev fevralın
17-də "Məcburi köçkün
ailələrinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılmasına
dair əlavə tədbirlər haqqında"
daha bir sərəncam imzalayıb.
Sənədə əsasən,
məcburi köçkün
ailələrinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması
məqsədi ilə yeni çoxmərtəbəli
yaşayış binalarının
layihələşdirilməsi və tikintiyə başlanması üçün
2010-cu ilin dövlət
büdcəsində nəzərdə
tutulmuş Prezidentin Ehtiyat Fondundan Qaçqınların və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsinə
14 milyon manat məbləğində vəsait
ayrılıb.
İndiyədək ölkəmizdə
qaçqın və məcburi köçkünlər
üçün 18 min 121 evdən
ibarət 62 qəsəbə
salınıb, bu qəsəbələrə 82 min qaçqın və məcburi köçkün
köçürülüb. Beləliklə, çadır
düşərgələri tamamilə ləğv edilib. Növbəti mərhələdə isə
hökumət Bakıda
və digər böyük şəhərlərdəki
yataqxanalarda, uşaq bağçalarında, vətəndaşların
şəxsi evlərində
məskunlaşan məcburi
köçkünlər yeni
evlərlə təmin
olunur. Bu addımlar bir neçə cəhətdən alqışlanmalıdır.
Birincisi, çox ağır şəraitdə,
darısqal otaqlarda məskunlaşan qaçqın
və məcburi köçkünlər yeni
tkilmiş, hər bir şəraiti olan, təmirdən çıxmış, yaxşı
infrastrukturla təmin edilmiş evlərə köçürülürlər. Beləliklə, məcburi
köçkünlərin yaşayış
şəraiti yaxşılaşdırılır.
Bu, uşaqların sağlamlığı,
yeni nəslin tərbiyəsi baxımdan
da çox təqdirəlayiqdir.
İkincisi, məcburi
köçkünlərin yeni
mənzillərə köçürülməsi
onların məskunlaşdıqları
yataqxanaların, uşaq
bağçalarının əvvəlki təyinatı
üzrə istifadəsinə
şərait yaradır.
Sirr deyil ki, bu gün
Bakıda ciddi uşaq bağçası
qıtlığı var. Valideynlər
yer məhdudiyyəti üzündən uşaqlarını
bağçalara qoya bilmirlər. Universitetlər
də yataqxanaların
olmaması ucbatından
ciddi problemlərlə
üzləşirlər. Xüsusilə
də əyalətlərdən
olan universitet tələbələri yataqxanalar
olmadığından çox
baha qiymətə kiraydə yaşamalı olurlar. Bəzi ailələr bu səbəbdən ciddi məhrumiyyətlərlə üzləşirlər.
Məcburi köçkünlər
yataqxanaları boşlatdıqdan
sonra bu problem tamamilə həll ediləcək. Üçüncüsü,
evləri qaçqın
və məcburi köçkünlər tərəfindən
zəbt edilmiş vətəndaşlarla bağlı
problem həllini tapmış
olacaq. Məlum olduğu kimi, hökumət məcburi köçkünlərin durumunu
nəzərə alaraq,
onların məskunlaşdıqları
evlərdən çıxarılmasına
getmir. Nəticədə
yüzlərlə mülkiyyət
hüquqi olan vətəndaşın hüquqları
pozulur. Həmin vətəndaşlar məhkəmələrə
müraciət edərək,
hüquqlarının bərpası
ilə bağlı qərarların çıxarılmasına
nail olsalar da, məhkəmə qərarlarının
icrasında problemlər
meydana çıxır.
Hətta Avropa İnsan Haqları Məhkəməsi da bu məsələ ilə bağlı Azərbaycan dövləti
əleyhinə qərarlar
çıxarmışdı. İndi qıçqın
və məcburi köçkünlərin yeni
tikilmiş evlərə
köçürülməsi bu problemin də
həllinə kömək
edəcək. Beləliklə,
hökumət məcburi
köçkün ailələrinin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədi ilə yeni çoxmərtəbəli
yaşayış binalarının
layihələşdirilməsi və tikintisinə əlavə vəasit ayırmaqla çox
humanist və sosialyönümlü
addım atmış olub. Dünyadakı qlobal iqtisadi böhran şəraitində
belə bir addımın atılması
təbii ki, alqışlanmalıdır.
Abasquluoğlu İ.
Kaspi. -2010. – 19 fevral. – S.5.