“Vətəndaşlar
tərəfindən mənzillərin
mühafizəsinə meyl
azdır”
Daxili İşlər
Nazirliyinin Baş Mühafizə İdarəsinin
rəisi Mədət Quliyev: “Əvvəlki illərlə müqayisədə
vətəndaşlar tərəfindən
mənzillərinin mühafizəsi
ilə bağlı müraciətlərin sayı
artsa da, qaneedici səviyyədə
deyil”
Daxili İşlər Nazirliyinin
Baş Mühafizə
İdarəsinin rəisi,
polis general-mayoru Mədət
Quliyevin müsahibəsi.
- Baş Mühafizə İdarəsi tərəfindən
nə qədər obyekt mühafizə olunur?
- Baş Mühafizə İdarəsi tərəfindən
10 mindən artıq obyekt mühafizə olunur. Ötən il ərzində 450-dən
artıq obyekt mühafizəyə götürülüb.
Obyektlərin mühafizəsinin
təşkili üçün
müraciətlər hər
il artır.
Həm şirkət və müəssisələr, həm
də mülki vətəndaşlar evlərinin,
qarajlarının və
digər obyektlərinin
mühafizəsi üçün
müraciət edir.
Biz dövlət mühafizəsiyik. Nazirlər Kabineti
tərəfindən müəyyən
edilmiş 41-S saylı
tərkibə düşən
obyektlərlə yanaşı,
digər obyektlərin-ticarət
mərkəzləri, mağaza,
ofislər, valyutadəyişmə
məntəqələrinin də mühafizəsini həyata keçiririk.
- Son illər
mənzillərdə oğurluqlar
çoxalıb. Vətəndaşlar tərəfindən mənzillərin
mühafizəsi ilə
bağlı sizin quruma müraciətlər
edilirmi?
- Əfsuslar olsun ki, Azərbaycanda vətəndaşlar tərəfindən
mənzillərin mühafizəsinə
meyl o qədər də çox deyil. Bu, Daxili İşlər Nazirliyinin
rəhbərliyini də
narahat edir. Əvvəlki illərlə müqayisədə
vətəndaşlar tərəfindən
mənzillərinin mühafizəsi
ilə bağlı müraciətlərin sayı
artsa da, qaneedici səviyyədə
deyil. Tərəfimizdən mühafizə olunan
mənzillərin sayı
2000-ə yaxındır. Amma bu, bizi qane
etmir. Biz "Yarasa" firması ilə paralel işləyirik. Mənzillərin mühafizəsi xüsusi texnika ilə tərəfimizdən təmin
olunur. İstərdik ki, mənzillərin
hamısının mühafizəsini
təmin edək.
Qonşu
Rusiyada vətəndaşlar
mənzillərini mühafizəyə
götürmək üçün
2-3 ay növbəyə dururlar.
Baxmayaraq
ki, Azərbaycanda bununla bağlı maarifləndirmə aparırıq,
sahə inspektorları
da mənzillərin mühafizəsi üçün
vətəndaşlara müraciət
edirlər, amma vətəndaşlar tərəfindən
buna maraq yoxdur.
- Bu nə
ilə bağlıdır
- maarifləndirmənin olmaması,
yoxsa mühafizə üçün ödənilməli
olan məbləğin
çox olması ilə?
- Araşdırmalara
görə, yol-nəqliyyat
hadisələri zamanı
təhlükəsizlik kəmərindən
istifadə edənlərin
60 faizi sağ qalır. Amma təhlükəsizlik kəmərindən yalnız
yol polisinin əməkdaşlarının təkidi
ilə istifadə edirik. Müqayisə təxmini belədir.
Vətəndaşlar mənzillərdə oğurluq olandan sonra mühafizə üçün müraciət
edirlər. Bir qayda
olaraq hadisə baş verəndən sonra nəticə çıxarırıq.
- Bir mənzilin mühafizəsi
üçün nə
qədər vəsait
tələb olunur?
- Qiymət
çox sərfəlidir.
Texniki avadanlıq, siqnalizasiya sistemi təqribən
300-500 manat məbləğində
xərc tələb edir. İllik mühafizə üçün
isə təqribən
250-300 manatdır. Mühafizə
üçün ödəyəcəyimiz
məbləğ il ərzində telefon danışıqlarımız
üçün xərclədiyimiz
məbləğdən azdır.
Biz
"Yarasa" firmasına müraciət etdik ki, bəzi vətəndaşlar
bu pulu birdəfəyə
ödəyə bilmədiyi
üçün lizinq
üsulu ilə ödəsinlər. Şirkət də bu şərti qəbul etdi. DİN rəhbərliyi
üçün vacib
olan mənzillərin mühafizəsi, mənzillərdə
və digər obyektlərdə oğurluqların
baş verməməsidir.
Mənzillərin mühafizəsinin təşkili
zamanı İsrail və ABŞ-dan alınan texnika və avadanlıqlar tətbiq olunur. Həmin texnikanın
köməyi ilə vətəndaş qapısını
döyən şəxsi
tanımadığı halda,
mühafizə xidmətinə
xəbər verir və bizim əməkdaşlar
5 dəqiqə ərzində
həmin mənzildə
olur. Yaxud evdə nə
isə mübahisəli
məsələ yaranarsa,
texnikanın köməyi
ilə mühafizəçini
çağırmaq mümkündür.
Bizim əməkdaşlar ən
geci 6-7 dəqiqə ərzində hadisə yerində olur. Biz buna nəzarət
edirik və operativliyi təmin edirik. Əməkdaşlarımız tərəfindən minlərlə cinayətin,
yanğın hadisəsinin,
gecə saatlarında baş verə biləcək hadisələrin
qarşısı qabaqcadan
alınıb. Təkcə bizim
tərəfimizdən quraşdırılan
kameraların köməyi
ilə yüzlərlə
cinayət hadisəsi açılıb.
- Azərbaycanda
çoxlu sayda xarici ölkə vətəndaşları yaşayır,
xarici firmalar fəaliyyət göstərir.
Onlar tərəfindən Mühafizə
İdarəsinə müraciətlər
çoxdurmu?
- Onlar arasında mühafizə üçün müraciət
edənlər çoxdur.
Əksəriyyəti də xarici
ölkələrin respublikamızdakı
səfirliklərində işləyənlərdir.
Onlar ölkəmizə gələndə
ilk olaraq mənzillərinin
mühafizəsi üçün
bizə müraciət
edirlər. Biz mühafizəni təmin edəndən sonra mənzillərində yaşamağa
başlayırlar. Tərəfimizdən
mühafizə olunan
10 mindən artıq obyektin 0,5 faizi
xarici vətəndaşlara
məxsusdur.
- Azərbaycan Dövlət Neft Akademiyasında baş verən məlum hadisədən sonra təhsil müəssisələrinin mühafizə
məsələsi aktuallaşdı. Bu hadisə təhsil müəssisələrində mühafizənin təşkili
işinə təsir göstərdimi?
- Məlum
hadisədən sonra mühafizə üçün
müraciətlər artıb.
60-a yaxın təhsil
ocağı mühafizəsinin
təşkili üçün
bizə müraciət
edib və əməkdaşlarımız tərəfindən
həmin müəssisələrin
təhlükəsizliyi təmin
olunur. Həmin müəssisələrdə tərəfimizdən xüsusi
texnika, kameralar qurulub, 24 saat ərzində video müşahidələr
aparırıq. Təhsil
Nazirliyi ali
təhsil müəssisələrinin
rəhbərliyinə mühafizənin
təmin olunması üçün tapşırıq
verib. Bu xidmət
ödənişli olduğundan,
bütün təhsil
müəssisələri bizə
müraciət etməyib.
Ali və orta
təhsil müəssisələrinin
rəhbərləri bu
məsələni diqqətdə
saxlamalıdırlar. Texnikanın alınması
üçün 2000 manata
yaxın xərci tələb olunur. Univeristet rəhbərləri üçün
bu məbləğ
problem olmamalıdır. Sadəcə
təhsil müəssisələrinin
rəhbərliyi bu işdə maraqlı olmalıdır. Mühafizənin təşkili üçün
müraciət etməyən
təhsil müəssisələrinin
ətrafında bizim
post-patrul xidməti əməkdaşları günün
müəyyən saatlarında
nəzarət aparırlar.
- Əbu-Bəkr məscidində
baş vermiş hadisədən sonra məscidlərin, dini obyektlərin mühafizəsi
ilə bağlı Baş Mühafizə İdarəsinə müraciətlər
olubmu?
- Bizə
dini obyektlərin mühafizəsi ilə bağlı müraciətlər
daxil olmayıb. Onların əksəriyyəti özəl
mühafizə xidmətlərinə
müraciət edir.
- Respublikanın
regionlarında idarənin
şöbələri fəaliyyət
göstərirmi?
- Bakıda,
Sumqayıtda, Abşeronda,
Lənkəranda, Şəkidə,
Mingəçevirdə, Qubada
İdarənin şöbələri
var. Gəncədə yeni
fəaliyyətə başlamışıq.
Regionlarda ilk olaraq banklar,
valyutadəyişmə məntəqələri
və mənzillərdə
mühafizə təmin
olunub. Daxili İşlər Nazirliyinin
rəhbərliyinin mühafizənin
polislə təmin olunmasında marağı
yoxdu, əksinə, bu xidmətdə polisin sayını azaldırıq. Mülki şəxslərin
və texnikanın köməyi ilə mühafizəni təmin etməyə üstünlük
veririk. DİN-in tərkibində yeganə qurumuq ki, özünü
maliyyələşdirmə ilə işləyirik və vergi ödəyicisiyik.
Xidmətdə polis əməkdaşlarının
sayı azalır, mülki mühafizənin əməkdaşları isə
artır. Bizim xidmətin
9 minə yaxın əməkdaşı var.
- Bəzən
özəl mühafizə
qurumlarının fəaliyyətindən
şikayətlər olur.
Özəl mühafizə qurumları
ilə aranızda hansısa problemlər olurmu?
- Biz onlarla
sağlam rəqabət
aparırıq. Vətəndaşlar mühafizənin təmin olunması üçün
özləri seçim
etməlidir. 2007-ci ildə özəl mühafizə xidmətləri
barədə qanun qəbul edilib. Bir müddət əvvəl onlar öz geyimlərini
polisin geyiminə bənzətmişdilər. Bu isə problem yaradırdı.
Bir tərəfdən
biz mühafizədə polisin
sayını azaldırıq,
digər tərəfdən isə
özəl mühafizə
xidmətləri qanun çərçivəsindən çıxaraq polis geyiminə
bənzər
geyimlərdən istifadə
edirdilər. Polis əməkdaşı qüsurlu
geyimdə olmamalıdır.
Polisin geyimində hər bir atribut öz
yerində olmalıdır.
Artıq
məlum qanunun qəbulundan sonra bu məsələ həllini tapıb. Problemlərdən biri də özəl mühafizə
xidmətlərinin əməkdaşlarının
oyuncağa bənzər
silah gəzdirməsi idi. Belə faktlar polis əməkdaşları
tərəfindən aşkarlanır
və qarşısı
alınır.
Zərbalıyeva K.
Kaspi. -2010. – 19 fevral. – S.9.