Qəzəlxan şair
Vahidi bütün xalq sevirdi. Şeirləri dillər əzbəri olub əldən-ələ
gəzirdi. İmkanlı
adamlar onun qəzəllərini qızıl
onluğa alırdılar…
Dünən Əliağa Vahidin doğum günü idi. Gözünü açıb Abşeronun sərt olduğu qədər də gözəl təbiətini görmüşdü. Mavi Xəzərin hicran dolu müdhiş ləpələrinin yaratdığı harmoniya laylası olmuşdu onun. Uşaq könlü bu gözəlliyə heyran kəsilmiş, qəlbindəki şeriyyət coşub-çağlamışdı. İbtidai təhsilini mollaxanada almışdı. Sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq edirdi.
Vahid gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edirdi. Mirzə Əbdülxaliq Yusifin evindəki şer məclisində böyük ustadları heyran-heyran dinləyəndə ağlına da gəlməzdi ki, o bir gün milyonların sevimlisinə çevriləcək - böyük qəzəlxan olacaq. Elə həmin məclisdə də Vahid təxəllüsünü qazanacaq və gənc şair sevgisində, iztirablarında, aqibətində də kimsəyə bənzəməyən tale yaşayacaq.
Vahidi bütün xalq sevirdi. Şeirləri dillər əzbəri olub əldən-ələ gəzirdi. İmkanlı adamlar onun qəzəllərini qızıl onluğa alırdılar. Onun satirik şeirlərində ictimai nöqsanların, mövhumatın, zülmün və haqsızlığın ifşası vardı. Dövrünün ziyalıları ilə - daha çox Cəfər Cabbarlı, Səməd Vurğun, Hüseyn Abbaszadə, Seyfəddin Dağlı ilə yaxınlıq edirdi. Vahid Füzuli ənənələrinin davamçısı idi. Onun qəzəlləri həmişə xanəndələrin dilinin əzbəri idi. Bu qəzəllərin mayası məhəbbətdən, gözəllikdən yoğrulmuşdu. Gözəllərə şeir həsr etməkdən yorulmurdu Vahid. Qəzəllərində dil bilən, söz anlayan bir nazlı yar soraqlayırdi
Etibarın görməyincə, sevmərəm bir dilbəri
Nazənin mehparələrdən etibar istər könül.
Böyük qəzəlxan
həmçinin Nizami,
Xaqani, Füzuli, Nəvai və b. klassiklərin qəzəllərini Azərbaycan
dilinə tərcümə
edib. Tənqid-təbliğ
Teatrında
satirik əsərləri
tamaşaya qoyulub.
“Balaca uşaq idim. Bir gün bağçadan evə gələrkən, atamla anamın mübahisə etdiyini gördüm. Anam ondan uşaqlarına - yəni bizə baxmağı tələb edirdi” – deyə oglu Ramiz xatırlayır: Onda biz M.Müşfiq küçəsində kirayədə yaşayırdıq. Atam isə Aqafenya ilə baba həyətimizdə olurdu. Atam hər gecə axşamlar bizim yanımıza gəlirdi. Mən ikinci sinifdə oxuyanda Montində iki otaqlı ev aldıq. Orada atamla birlikdə 4 il yaşadıq. O, hər ay məktəbə gəlib dərslərimlə maraqlanırdı. Əla qiymət aldığımı görüncə, çox sevinirdi. Sonra isə 4-cü Xreptovı (indiki Ə.Ələskərov küçəsi) küçəsinə köçdük. Atam orada bizimlə ilyarım yaşadı. Sonra isə xəstələndi...”
Oğlu Vahid haqqında xatirələrində danışır ki, atası Xeyir-şər adamı idi. Bütün məclislərdə öz yeri vardı. Bakı kəndlərində, rayonların toy məclislərində meyxana deyərdi. Dəvət olunduğu belə məclislərdə mütləq özü də pul salardı. Bundan əlavə xalq öz şairini dolandırırdı. Bazar-dukanda ondan pul almırdılar.
“Flarmoniyada konsertdən sonra dostu Əlihüseynlə meyxana deyib qəpik-quruş qazanırdılar. Bir gün yazıçı Süleyman Rəhimov bunu eşidib Vahidi İttifaqa çağıtdırır: - Vahid, sən böyük sənətkarsan, meyxana demək sənə yaraşmaz. Sənə pul lazımdır, tapşırım versinlər, amma belə şey eləmə. Süleyman Rəhimov Vahid üçün bir neçə dəfə yardım yazdırır. Atam da bir müddət onun sözünə əməl edir”.
Bivəfa dünyanın etibarsızlığından
gileylınirdi Vahid. Bir yandan da düçar olduğu xəstəlik...
"Mərdəkanda
Yaşıl bağ adlı xəstəxanada yatdığı günlərdə
yanına tez-tez gedərdim- deyə Raimz xatırlayır. Bizi onun yanına
buraxmadıqları üçün
mənimlə pəncərədən
danışar, hərdən
də bir
Vahidə çəkdiyi ağrı-acılar,
xəstəliklər, təklik
möhnəti, çətin
güzəran, etibarsız
insanlar onu daxilən qocaldırdı. O, sağlığında qayğı
umurdu. Şairə qayğı göstərsəydilər
kim bilir
ömrü nə qədər uzana bilərdi… Onda xalqa yadigar qoyub getdiyi əsərlər
də daha çox olardı.
“Məsləhət olmuşdu
ki, ümumi qəbristanlıqda dəfn
edilsin. Səbəbi də bu idi ki, yüksək
fəxri adları yoxdur. Amma xalq onu o qədər
sevirdi ki, bütün
müqavimətləri və
hədə-qorxuları dəf
edərək onu Fəxri Xiyabana qədər əl üstə apardılar. Xalq öz sevimli Vahidini son mənzilə ləyaqətlə yola saldı...”
Əliağa Vahidin ölümündən 45 il ötür. Şairlə
bağlı xatirələr
isə elə bil lap dünənin söhbətidir.
Təranə
Kaspi. -2010. – 19 fevral. – S.13.