Ali məktəblərə
qəbul qaydalarında
dəyişikliklər edilib
Əmək bazarında tələbatdan
asılı olaraq, bəzi ixtisaslarda 100 faiz ödənişsiz qrantlar tətbiq edilə bilər
Ali təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizminin tətbiqi sənəd
verəcək abituriyentlərin taleyinə elə də təsir
etməyəcək. Yenə də ən yüksək nəticə
göstərənlər ali təhsil müəssisələrində
ödənişsiz təhsil ala biləcəklər. Onların
qrant
Stomatoloqa tələbat yoxdur,
baytara ehtiyac var
Sədr yeniliyin bu il
imtahan verəcək abituriyentlərə şamil
edilməyəcəyini də
söyləyib: “Ötən il ali məktəblərə ayrılan
plan yerlərinin 10 minə
qədərini dövlət
tərəfindən maliyyələşdirilən
ixtisaslar təşkil
edib. Bu il də təxminən o qədər plan yerinin dövlət tərəfindən
maliyyələşdiriləcəyi gözlənilir”. Amma ayrılacaq vəsaitlər
ali təhsil müəssisələrinə həmişəki
kimi ilin əvvəlində verilməyəcək.
Bundan başqa, indiyə qədər 50 faiz ödənişli, 50 faiz ödənişsiz təhsil forması olubsa, bundan sonra əmək bazarında müəyyənləşən
tələbata uyğun
olaraq faizlər dəyişə bilər:
“Bu vaxta qədər ali məktəblər növbəti il büdcələrinin kəsilməməsi
üçün planlarının
dolmasına çalışırdılar.
Yeni mexanizmin tətbiqi ilə əmək bazarında tələb olunan ixtisaslar müəyyənləşdirildikdən
sonra dövlət öz sifarişlərini verəcək. Tərtib edilən siyahı TQDK-ya təqdim olunacaq. Komissiya bu ixtisaslara sahib olmaq üçün nə qədər bal tələb edildiyini müəyyənləşdirəcək”. Yalnız sifariş əsasında təhsil alacaq abituriyentlərin təhsili ödənişsiz
həyata keçiriləcək:
“Məsələn, hazırda
stomatoloqa tələbat
yoxdur. Amma baytara ehtiyac var. Yaranan belə ehtiyacları ödəmək
üçün əmək
bazarında 4 il sonrakı vəziyyət araşdırılacaq və
ixtisaslar da bunun əsasında müəyyənləşəcək”. Planla bağlı dövlətin sifarişləri
isə martın 15-nə
qədər TQDK-ya təqdim ediləcək: «Martın əvvəlində
plan bizə verilsə,
bu mexanizm əsasında yerləşdirmənin
necə aparılacağı,
eləcə də ballarla bağlı proqnozlar səsləndirə
biləcəyik. Bu məsələ
ciddi araşdırma tələb edir. Bunun ucun isə
vaxt azdır. Ona görə də qəbul planı bu il
də ötənilki səviyyədə qalacaq».
M.Abbaszadə bildirib ki, müsabiqəyə buraxılma zamanı qrantı qazanmaq üçün müxtəlif
ixtisaslar üçün
müxtəlif ballar müəyyənləşəcək. Şərti ödəyən
abituriyentlər istədikləri
ali məktəbləri
seçə biləcəklər.
Bu uşaqlar özəl
ali məktəbləri
seçsələr belə,
onların təhsil alması üçün
ayrılan qrant həmin ali məktəbə yönələcək:
«Növbəti illərdə
də ödənişsiz
təhsil
TQDK sədri
qeyd edib ki, dövlətin sifarişi hər il sentyabr-avqust aylarında elan olunacaq. Bu müddətdə
isə ali məktəblər hansı
ixtisaslar üzrə təhsil vermək imkanı olduqlarını
müəyyən edə
bilərlər.
“Müəllimlərin də biliyini qiymətləndirə
bilərik»
M.Abbaszadə
model testlər hazırlandığını
da bildirib: «Model testlər üzərində
çox ciddi işlər aparılıb.
Gələn ilin qəbul imtahanlarının
çətinlik dərəcəsini
təyin etmişik. Bu
testləri 2011-ci ilin imtahanlarında tətbiq edəcəyik. Testlərlə
geniş ictimaiyyət
tanış olsa, bir-iki həftədən sonra builki imtahanların
çətinliyi ilə
bağlı çıxış
edə bilər. Pedaqoqlar keçən il də öz
iradlarını bildirib
bizə məlumat verməli idilər. İstərdik ki, müəllimlər də
bu nümunələrlə
tanış olsunlar.
TQDK-nın 5 regionda fəaliyyət göstərən
şöbələrinin vasitəsi
ilə region müəllimlərini
də bu işə cəlb etməyə başlamışıq».
Komissiya sədri ötənilki testlərin
cavablandırılmasında hətta müəllimlərin
çətinlik çəkməsi
ilə bağlı fikirlərə
də münasibət
bildirib: «Test suallarını
müəllim cavablandıra
bilməyibsə, bu, o
müəllimin problemidir.
Ötənilki imtahanlarda
çətin sualları
1000-dən artıq abituriyent
düzgün cavablandıraraq
yüksək bal toplayıb.
Belə fikri elmi arqument hesab
etmirəm. Elmi-pedaqoji
məsələləri siyasiləşdirmək
lazım deyil. Əgər bizə təklif edilərsə, eksperiment kimi müəllimlərin də
biliyini qiymətləndirib
nəticələri ortaya
qoya bilərik».
Sənəd qəbuluna mart-aprel
aylarında başlanılacaq
Ali məktəblərə
sənəd qəbuluna
gəlincə, bu prosesə mart-aprel aylarında başlanacağı
gözlənilir. İmtahanlar
isə iyunun sonu, iyulun əvvəlində
keçirilə bilər.
Qəbul qaydalarından
da söz açan M.Abbaszadə bildirib ki, bu
məlumatlar "Abituriyent"
jurnalının 1-ci sayında
yer alıb. Onun sözlərinə görə, "Ali təhsil
müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi barədə"
fərmanla dövlət
ölkənin ali təhsil müəssisələrində
bilikli, istedadlı vətəndaşların təhsil
almasının maliyyələşdirilməsini
öz üzərinə
götürür: “Bununla da
ali məktəbləri
təhsilin keyfiyyətini
yüksəltməyə stimullaşdırır.
Yeniliklərə gəlincə,
2010/2011-ci tədris ili
üçün ali məktəblərin Azərbaycan
bölməsi üzrə
II və III ixtisas qruplarının xarici dildən imtahan fənlərində müəyyən
dəyişikliklər edilməsi
ilə bağlı qərar qəbul olunub”. Belə ki, 2010-cu ildən etibarən ali məktəblərin Azərbaycan
bölməsi üzrə
II və III ixtisas qruplarının xarici dildən imtahan fənləri sırasına
rus dili fənni də daxil edilib. Beləliklə,
II qrupun Azərbaycan bölməsində abituriyentlər
xarici dil kimi ingilis, alman,
rus, fransız, rus bölməsində isə ingilis, alman, fransız dillərindən birini seçə bilərlər.
II ixtisas qrupunda ərəb və fars dilləri xarici dil fənləri
sırasından çıxarılıb.
III qrupun Azərbaycan bölməsində abituriyentlər
xarici dil kimi ingilis, alman,
fransız, rus, ərəb və fars, rus bölməsində
isə ingilis, alman, fransız dillərindən birini seçə büərlər.
Əvvəlki illərdən
fərqli olaraq, Azərbaycan bölməsi
üzrə III ixtisas qrupunun DT altqrupunda da xarici dil
fənninə nisbi bal
məhdudiyyəti tətbiq
olunacaq.
Həqiqət
Kaspi. -2010. – 25 fevral. – S.3.