Xalq Yaradıcılığı
Paytaxtları” proqramına
start verildi
«Gəncə - Azərbaycanın
Əfsanələr Paytaxtı»,
«Qazax - Folklor Paytaxtı», «Şəki isə Sənətkarlıq Paytaxtı»
elan olundu
Dünyanın qabaqcıl
ölkələrinin mədəniyyət
siyasəti sahəsindəki
təcrübələri nəzərə
alınmaqla, Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
Azərbaycanın qeyri-maddi
mədəni irsinin (diyarşünaslıq, folklor,
sənətkarlıq) qorunması
və dəstəklənməsi
istiqamətində aparılan
islahatlara start verilib.
Hazırda sahənin
mədəni-siyasi təminat
mexanizmlərinin monitorinqi
keçirilir, «Azərbaycanın
qeyri-maddi mədəni
irs konsepsiyası», Azərbaycan qeyri-maddi mədəni abidələrinin
Dövlət Reyestri Azərbaycan qeyri-maddi mədəni irs abidəsinin İnventar Pasportlaşdırılması” “Muğam-tur, aşıq-tur,
Xalça-tur və Novruz-tur beynəlxalq mədəni-turizm marşrutlarının
yaradılması», Azərbaycanın
qeyri-maddi mədəni
irs subyektlərinin informasiya bankı, sahəyə həsr olunmuş www/.intangible.az ünvanlı veb-portalın
yaradılması, digər
konseptual proqram və layihələr üzərində işlər
aparılır.
Dünən keçirdiyi
mətbuat konfransında
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Azərbaycan xalqının
qədim və rəngarəng qeyri-maddi mədəni irsinin minilliklər boyu millətin mentalitetini özündə ehtiva edən unikal bəşəri fenomen olduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, artıq
illər Azərbaycan beynəlxalq qurumlarda öz fəallığı
ilə seçilir. “Son
illər əldə etdiyimiz nailiyyətlər və atdığımız
addımlar deməyə
əsas verir ki, bu sahədə
real olaraq canlanma var. Mədəniyyət sahəsində
həyata keçirilən
layihələr beynəlxalq
təşkilatların diqqət
mərkəzindədir. Xüsusən
Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən
layihələr böyük
maraq doğurur”.
Ə.Qarayev son illər
mədəniyyət sahəsində
həyata keçirilən
islahatlardan danışaraq
artıq ölkəmizin
təcrübəsinin böyük
maraqla izlənildiyini diqqətə çatdırıb.
Belə ki, “Bakı- İslam Mədəniyyətinin paytaxtı»
çərçivəsində keçirilən tədbirlər
böyük əks-səda
doğurub. Bundan əlavə,
2006-2008-ci illərdə Azərbaycan islam ölkələri turizm nazirlərinin toplantısının
sədrliyini həyata
keçirib. TÜRKSOY təşkilatının
fəaliyyətinin yenidən
qurulması Azərbaycanın
sədrliyinin vaxtına
təsadüf edib. MDB
ölkələrinin mədəniyyət
nazirlərinin toplantısına
artıq 8 ildir ki, Azərbaycan sədrlik edir.
7000-DƏN ARTIQ ABİDƏNİN SİYAHISI HAZIRLANIR
Ə.Qarayev tarixi abidələrin qorunması
və bərpasına
xüsusi diqqət göstərmək üçün
7000-dən artıq abidəni
əhatə edən yeni siyahı əsasında qorunma mexanizminin hazırlandığını
da diqqətə çatdırıb.
Ə.Qarayev məlumat
verib ki, Avropa və İslam ölkələri
təşkilatları hər
il bir neçə
şəhərin müxtəlif
sahələr üzrə
mədəniyyət paytaxtları
proqramlarını həyata
keçirirlər. Belə
ki, keçən il Bakıda keçirilən
islam ölkələri
nazirlərinin konfransında
2024-cü ilə qədər
islam dünyasının
paytaxtları siyahısı
təsdiq olunub. “2018-ci
il üçün Naxçıvanı həmin
siyahıya salmağa
nail olduq. Naxçıvan
həmin il islam dünyasının mədəni paytaxtının
funksiyasını daşıyacaq”.
ÜÇ PAYTAXT
Ə.Qarayev rəhbərlik
etdiyi qurumun «2010-2014-cü illər
üçün Xalq Yaradıcılığı Paytaxtları»
Proqramına əsasən
«Gəncə - Azərbaycanın
Əfsanələr Paytaxtı
– 2010», «Qazax -
Azərbaycanın Folklor
Paytaxtı – 2010», «Şəki
– Azərbaycanın Sənətkarlıq
Paytaxtı – 2010» elan olunması ilə əlaqədar start götürən
layihə barədə
də məlumat verib. Nazir bildirib
ki, Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq
yaradıcılığının təbliği və təşviqi istiqamətində
aparılan islahatların
davamı olaraq Mədəniyyət və
Turizm Nazirliyi
«2010-2014-cü illər üçün
Xalq Yaradıcılığı
Paytaxtları» proqramını
təşdiq edib. Proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor
və sənətkarlıq
nominasiyaları üzrə
daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin
ümumi hazırlığı,
tarixi ənənələri
və digər amillər nəzərə
alınmaqla təhlil edilib və «Gəncə – Azərbaycanın
Əfsanələr Paytaxtı»,
«Qazax - Azərbaycanın Folklor Paytaxtı», «Şəki –
Azərbaycanın Sənətkarlıq
Paytaxtı» elan olunub.
Məsələ ilə əlaqədar təsdiq edilmiş illik tədbirlər planına əsasən Gəncə,
Şəki və Qazax şəhərlərində
keçiriləcək tədbirlərin
yüksək səviyyədə
təşkili üçün
Təşkilat Komitələri
yaradılıb və
müvafiq şəhərlərin
gerbləri əsasında
loqotiplər hazırlanıb.
Hazırda loqotiplərin
əks olunduğu lövhələrin, banerlərin,
çap məhsullarının
hazırlanması və
yerləşdirilməsi istiqamətində
iş aparılır.
Eyni zamanda «Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtları»
elan edilmiş şəhərlərdə təntənəli
mərasimlər təşkil
olunacaq.
Nazir bildirib ki, bundan başqa
Gəncə, Şəki
və Qazax şəhərlərində nominasiyaya
uyğun olaraq il ərzində incəsənət, kinematoqrafiya,
turizm, nəşriyyat,
reklamın təşkili
və informasiya, elm, təhsil və digər profilli tədbirlərin, investisiya
və texniki proqram layihələrinin həyata keçirilməsi
nəzərdə tutulur.
Belə ki, 2010-cu il ərzində nominasiya üzrə Gəncə şəhərində
milli mərasim, adət-ənənələri, şifahi xalq yaradıcılığı və
milli oyunlar, Qazax şəhərində
xalq musiqisi, rəqsləri və teatrı, Şəki şəhərində xalq
tətbiqi sənəti,
ənənəvi dekorativ
sənəti və milli təsviri sənət ənənələri
ilə bağlı silsilə tədbirlər keçiriləcək.
Ə.Qarayev “Xalq Yaradıcılığı Paytaxtları”
proqramının ənənəvi
olaraq davam etdiriləcəyini və hər il müxtəlif sahələr üzrə ayrı-ayrı
şəhərlərin paytaxt
elan olunacağını
diqqətə çatdırıb.
Paytaxt şəhərlər
üzrə xüsusi turist proqramlarının həyata keçirilməsi
nəzərdə tutulub.
Ə.Qarayev
sadalanan işlərin
təşkili, həmin
şəhərlərə qonaqların cəlb olunması üçün
geniş təbliğat
işlərinə ehtiyac
olduğunu da vurğulayıb.
Tədbirə qatılan
Şəki, Gəncə
və Qazax İcra Hakimiyyətlərinin
nümayəndələri adıçəkilən
şəhərlərin mədəniyyət
paytaxtı elan olunmasından məmnunluq duyduqlarını dilə gətirərək Mədəniyyət
və Turizm Nazirliyinin bu addımını xalqın
mədəni irsinin qorunub saxlanması və həmin regionlarda turizmin inkişafına təkan verəcək amil kimi dəyərləndiriblər.
Məhərrəmova Təranə
Kaspi. -2010. – 25 fevral. – S.11.