Soyqırımlar arasında nə fərq var? 

 

Soyqırım - müasir dünyamızda qəbul edilmiş mənasına görə bir millətin dil, din, məzhəb və milli fərqləri ilə əlaqədar olaraq məqsədli şəkildə yox edilməsi prosesidir. Ən qorxulusu odur ki, bu cinayət insanlar birliyinin müxtəlifliyinin itirilməsinə və beynəlxalq nizamlama qanunauyğunlarının əsaslarının sarsılması təhlükəsi yaradır. Soyqırım- beynəlxalq hüququn qəbul edilmiş ümumi pirinsip və normalarının, habelə insan hüquq və azadlıqlarının kobud sürətdə pozulmasıdır.

Bəşər tarixində elə hərbi cinayətlər olub ki, onlar xarakter etibarilə soyqırım kimi xarakterizə edilib, elələri də olub ki, beynəlxalq cinayət kateqoriyasına uyğun tövsih olunub, elələri də olub ki, bütün kateqoriyalar üzrə həm soyqırım, həm beynəlxalq cinayət kimi xarakterizə olunsa da layiqli qiymətini almayıb. Kateqoriya deyiləndə cinayətlərin mahiyyətinin İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların (Nürnberq, Tokio) nizamnaməsində istifadə olunmuş, sonradan həmin cinayət tərkibləri Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin Statusunda təkmilləşdirilməsindən sonra yekun çərçivəyə salınmış müddəalar nəzaərdə tutulur.

Bu yazıda dünyanın siyasətdə olduğu kimi, insan məhvinə, təlafatına, uşaqların göz yaşlarına, milyonlarla insanın yurdsuz-yuvasız qalmasına, o insanların öz torpaqlarına qayıda bilmək qədər sadə istəklərinə belə ikili yanaşmasına diqqət yönəldilir. Soyqırımlar arasında fərq qoymaq müasir dünyanın əsl simasıdır. Beləliklə, 

Zaman: mart-aprel 1918-ci il.

Məkan: Azərbaycan

Fakt: Azərbaycanlıarın soyqırımı

Hadisə: 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox əhalini erməni vəhşiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. 1918-ci ildə erməni quldur dəstələri insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. 2007-ci ildə Qubada aşkar olunan “Quba kütləvi məzarlığı”nda 1918 ildə ermənilər və bolşeviklər tərəfindən vəhşicəsinə öldürülmüş  azərbaycanlılar və Yahudilər basdırılıb. İndiyənədək burada min nəfərdən çox insan qalığı tapılıb

Səbəb: Azərbaycanlı olmaları

Nəticə: İstintaq bu cinayətdə əli olan Stepan Lalayevin, Qavril Qaraoğlanovu, Arşak Gülbəndovu, Mixail Arzumanovun, Sedrak Vlasovu, Samvel Doliyevi, Petrosyançı və “bərbər” Ovanesin günahını tam sübuta yetirən faktlara malik olsa da onlar cəzadan yaxa qutara bilmişlər. Daşnak dəstələrinin komandiri Hamazasp uzun müddət xaricdə yaşayıb. Daşnakstyunun ideoloqlarındna biri Simon Vraçyan (o, Naxçıvan, Zəngəzurda 10 mindən çox azərbaycanlının qatili kimi tarixdə tanınır) 1921-ci ilin yanvarında Sovet Ermənistanın rəhbəri təyin olunur. 1936-cı ildə ABŞ-a qaçır və uzun müdddət ABŞ prezidnetinin Yaxın Şərq məsələləri üzrə məsləhətçisi işləyir. Digər erməni faşisti, azərbaycanlılara qarşı ən qəddar cinayətlərə imza atan quldur, Qaregin Njde sonradan Hitler Almaniyasında general olub.

 Siyasi qiymət: Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə azərbaycanlıların ümummilli lideri Heydər Əliyevin 27 mart 1998-ci il «31 mart Azərbaycanlıların Soyqırımı haqqında» fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırım günü elan edilib.  

Vaxt: 1933-1945

Məkan: Avropa

Fakt: yəhudi soyqırımı (xolokost)

Hadisə: Xolokost- günahsız insanların alman millətçiləri və kollaborasionistlər tərəfindən sistematik olaraq təqib edilməsi və məhvi. Yəhudi xalqının 1/3-i bu dəhşətli faciələrin qurbanı olub. Avropada yaşayan yəhudilərin 60%-i, qaraçıların isə ¾-ü soyqırım qurbanları olublar. Əsirlər üzərində insanlıqdankənar tibbi sınaqların aparılması da holokst cinayələri sırasına aid edilib. Ümumilikdə 6 milyon yəhudi məhv edilib.

Səbəb: antisemitizm

Nəticə: Oktyabr 1945- noyabr 1946-cı illər. Nyurnberq prosesi. Faşist Almaniyasının 25 yüksək çinli məmurunun məhkəməsi keçirilmiş, onlardan Herinq, Ribbentrop, Keytel, Kaltenbrunner, Rozenberq, Franka, Frika, Ştrayxer, Zaykel, Zeys-İnkvarta, Borman(qiyabi), Yodl ölüm cəzasına, Hessa, Funka, Reder ömürlük həbsə, Şirax və Şpyera 20 illik həbs cəzasına məhkum olunublar.

Siyasi qiymət: bir neçə ölkəni çıxmaqla bütün dünya “xolokost”u bəşəriyyətə qarşı cinayət kimi tanıyıb. Almaniya təzminat ödəyir. Bəzi ölkələrin qanunlarında “Xolokost”u tanınmaqdan imtinaya görə ciddi cəzalar nəzərdə tutub. 

Zaman: 10 iyun 1942.

Məkan: Lidiçe, Çexiya.

Fakt: Lidiçenin yer üzündən silinməsi

Hadisə: Bohemiya və Moraviyanın Protektoru Raynhard Heydrixin 27 may 1942-ci ildə qətlə yetirilməsində almanlar bu kəndin əhalisini günahkar biliblər. 10 iyunda “Prins Yevgeni” dvizyası kəndi mühasirəyə alaraq, dəhşətli cinayət törədirlər. 16 yaşdan yuxarı 172 kişi qətlə yetirilir, 172 qadın Ravensbryuk konslagerinə göndərilir. Onlardan 60 nəfəri orada dünyasını dəyişib. 105 uşaq almanlaşdırılıb, qalan 82-si qətlə yetirilib. Bütün kənd yandırılıb. Hadisənin səhərisi günü kənddən yalnız dağıntılar qalıb.

Səbəb: alman məmurun ölümü

Nəticə: hərbi cinayəti törətmiş bütün canilər məhkəmə qarşında dayanıblar.

Siyasi qiymət: 60 ildən çoxdur ki, Lidiçe faciəsi soyqırım kimi qeyd olunur. 

Zaman: 22 mart 1943-cü il

Məkan: Xatın kəndi, Belorus

Fakt: Kəndin yer üzündən silinməsi, əhalinin qırılması

Hadisə: Xatın kəndindin 6 km aralıda partizanalr alman qərargah maşınını partladaraq aradan çıxmışlar. Partlayan maşının içərisində 118-ci mühafizə polisinin zabitləri olub. Onlardan hauptman Hans Völke yüngül atletika üzrə olimpiya çempionu olmuş ilk almandır. Almanların qənatəinə görə hadisəni törədənlər Xatın kənd sakinləri və ya bu kənddə gizlənən partizanalr ola bilər. Qoca, uşaq, qadın hamı məhv edilib. 149 nəfər taxta binaya yığılaraq yandırılıb. Onlardan 75-i uşaq olub.

Səbəb: alman zabitinin qətli

Nəticə: Müharbə bitəndən sonra həmin batalyonun qərargah rəsi Qırmızı Ordunun leytenantı Vasyura və Meleşko güllələnmə cəzasına məhkum edilblər.

Siyasi qiymət: Xatın bəşəriyyətə qarşı cinayət kimi tanınıb.   

Zaman: 10 iyun 1944-cü il. Məkan: Oradur-sür-Qlan, Fransa Fakt: 2600 nəfərlik qəsəbə tarixdən silinib

Hadisə: 10 iyun 1944-cü ildə hauptşturmfürer Kanın rəhbəliyi altında kənd mühasirəyə alınır. Almanalrın qənaətinə görə kənd yaxınlığında partladılaraq, qarət edilən alman kolonuna hücumu fransız partizanlar (maklar) təşkil ediblər və onlar Oradurda gizlənilər. Kişilər güllələndən sonra, yandırılıblar. 197 nəfər qətlə yetirilib. 240 qadın və 205 uşaq kilsədə yandırlıb.

Səbəb: talanmış 6 milyon franklıq qızılın axtarışı

Nəticə: 1953-cü ildə Bordoda 28 nəfər məhkəmə qaşrısına çıxıb: 7 alman, 21 elzaslı. 1958-ci ilə qədər amnistiya aktı ilə bütün almanlar azad olunublar.

Siyasi qiymət: Prezident Şarl de Qoll Oradur-sür- Qlanı “Memrial mərkəz” elan edib. Genosid kimi qiymətləndirilib. 

Zaman: 1948-1952

Məkan: Ermənistan. Fakt: Azərbaycanlıların deportasiyası

Hadisə: Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əsasən 1948-1953-cü illərdə Stalinin göstərişi ilə həyata keçirilmişdir. 1947-ci il dekabrın 23-də İ. Stalin "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" SSRİ Nazirlər Sovetinin 4083 nömrəli qərarını imzalayıb. 1948- ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu.

Səbəb: azərbaycanlı olmaları, etnik təmizləmə

Nəticə: Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaőın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daőil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı didərgin salınıb. Bu cinayətin memarı SSRİ-nin erməni Mikoyan, Stalin, Ermənistan KP MK-nın birinci katibi Q. Harutyunov, SSRİ Xarici işlər naziri Molotov və digərləri heç bir cəza almayıblar

Siyasi qiymət: Ümummilli lider Heydər Əliyev 18 dekabr 1997-ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzalayıb. 

Zaman: 16 mart 1968

Məkan: Sonqmi vilayəti, Vyetnam

Fakt: 500 vyetnamlının qətli, qadınların kütləvi zorlanması

Hadisə: Döyüşlərdən birində əsgərlərin sevimli serjantı Corc Koks həlak olur. Kapitan Medina and içir ki, serjantın qisası alınacaq. Sonqmi bölgəsinə üç istiqamətli hücum təşkil olunur. Kənddə heç bir silahlı aşkar etməyən əsgərlərə dinc skinlərə atəş açmaq əmr edilir (əmri leytenant Uilyam Kelli verilir). Kənd bombardıman olunur. Qaçanlar yerindəcə güllələnir. Ümumilikdə, 173 uşaq, 182 qadın, 149 kişi qətlə yetirlib.

Səbəb: Əsgər yoldaşının qisası

Nəticə: Hərbi tribunal qarşısında 6 nəfər dayanıb, yalnız Uilyam Kelli cəzalanıb. O da ki, 3 il yarım....

Siyasi qiymət: Sonqmi soyqrımı bəzi ölkələr tərəfindən tanınıb. 

Zaman: 25-26 fevral 1992-ci il. Məkan: Xocalı, Azərbaycan Akt: azərbycanlıların soyqırımı

Hadisə: 1992 – ci ilin fevral ayının 25 – dən 26 – a keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ – nin 366 – cı motoatıcı hərbi alayının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hücum etmişlər. Fevral ayının 26 –ı səhər saat 5 – ə qədər şəhər zəbt edilmişdir. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə, kimi isə yaxınlıqda azərilərin yaşadığı Ağdam şəhərinə üz tutmuş, bu zmaan əvvəlcədən qurulmuş öusquya düşərək güllə-baran edilmişlər. Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək, ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlardır. Bu cinayət nəticəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini itirmiş, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdir.

Səbəb: azərbaycanlı olmaları

Nəticə: Xocalı faciəsini törədənlərdən biri Robert Köçəryan və Serj Sarksyan Ermənistan prezidenti seçiliblər. Batalyon komandiri Seyran Ohanyan isə hazırda işğalçı dövlətin müdafiə naziridir. Bundan başqa 366 alayın komnadir müavini B.Baymukov, birinci batalyonun komandiri İ.Moiseyev, ikinci batalyonun komandiri S.Ohanyan, üçüncü batalyonu komandiri E Naboknik, birinci batalyonun qərəgah rəisi Çitçiyan, alayın kəşfiyyat rəisi mayor Hayriyan, rota komandiri O.Mirzoyan, kəşfiyyat bölmə rəsii Xrinxua, tank rotasının komandiri Qarmaş, rota komandiri baş leytenant Hakonyan, batareya komadir Əzizyan, kəşfiyyat komandirinin müavini Bondarev hələ də azadlıqdadırlar və Xocalının işağlı zamanı qazandıqlarını xərcləyirlər. 

Zaman: 6 -25 iyul 1995-ci il.

Məkan: Srebrenniça, Bosniya-Hersoqovina

Fakt: Müsəlman boşnakların məhvi

Hadisə:1992-ci ildən başlayan etnik təmizləmənin məntiqi yekunu. 1993-cü ildə bağlanan atəşkəs sazişini Bosniya serbləri pozurlar. Serblər iki ildən sonra tank və ağır artilleriyanın dəstəyi ilə hücuma keçdilər. BMT sülhməramlıları müqavimət göstərə bilmirlər. Təkcə 2500 kişi və uşaq meyidi yalnız bir qəbirsanlıqdan tapıldı. Ümumi say 8 min nəfər olub.

Səbəb: etnik təmizləmə, boşnakların hücumlarına cavab.

Nəticə: Srebrenniça etnik təmizləndi. Serb respublikasının prezidenti Radovan Karacic, Radko Mladiç, Radislav Krstiç (ömürlük həbs), Milorad Pelemiş, Drajen Erdemoviç (1996-cı ildə 5 il müddətinəa zadlıqdan məhrum edilib), Mladiç həbs olunublar.

Siyasi Qiymət: 2007-ci ildə Beynəlxalq Tribunal serblərin bu hərəkərini soyqırım kimi qitmələnidirib. 2009-cu ildə Avropa Parlamenti 11 iyulu “Srebreniça soyqırımının anım günü kimi” tanıyıb.  

Belə. İndiyə qədər yazdıqlarımızı, dediklərimizi müqayisəli, lakin təhlilsiz verdik. Bəlli oldu ki, bu hadisələri törədənlər ən azı 3 il yarımlığa da olsa belə cəzaya məruz qalıblar. Təkcə ermənilərdən başqa. Baxmayaraq ki, 1918-ci ildən bu günə kimi ermənilərin təkcə azərbaycanlılara qarşı törədikləri soyqırım siyasətinin nəticəsi ötən əsrdə törədilən digər hərbi cinayət və soyqırımlaraın nəticəsindən ağırdır. Amma nəticə yoxdur. Bəli, Hitler və Stalin, Mussoloni, Pol Pot qaniçən cəlladlar olublar. Onların ayrı-ayrı səngərlərdə yazdıqları ssenarilərə görə 50 milyon insanın həyatına son qoyub. Bəs, Köçəryan, Sarksyan, Ohanyan, Mikoyan, Qaregin, Njde, Hamazaps? Bunlar kimlərdir? Oradurda, Lidiçedə, Xatında cəmi 5 min adam qətlə yetirilib, onlara siyasi qiymət soyqırım adı altında verilib. Bəs, 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada baş verənlərə kim qiymət verəcək? Yalnız İslam Konfransı Təşkilatımı? Yalnız prezidentimizmi? Axı, yuxarıda sadalanan kriteriyalardan hansı soyqırım kriteriyalarına uyğunlaşmır? Hanı dünya ictimaiyyəti, hanı sülhpərvər qüvvələr, hanı haqq-ədalət? Yenədəmi ikili standrtlar? 

 

 

Nəcəfov Sənan

 

Kaspi. -2010. – 27 fevral - 1 mart. – S.6.