Yalçın Rzazadədən unikal
bir layihə
Azərbaycan estradasının
görkəmli nümayəndəsi,
xalq artisti Yalçın Rzazadə yeni mahnılar yazdırır
Sənətçinin Lent.az-a verdiyi
məlumata görə,
yeni mahnılar arasında “Yox deyəndə mən” mahnısı var. Bundan başqa o, daha bir neçə mahnını da lentə yazdırmaq niyyətindədir.
Yalçın Rzazadə yaradıcılığı
ilə bağlı daha bir yenilik
barədə də danışıb. Bildirib ki, sənətdə
olduğu illər ərzində ifa etdiyi mahnılar toplu şəklində buraxılacaq. Lakin bu toplu tamamilə
fərqli şəkildə
olacaq: “Bu, dövlət
səviyyəsində hazırlanan
bir layihədir. Bildiyimə görə, kitab şəklində olmalıdır.
Orada sənətə gəldiyim
gündən indiyədək
oxuduğum mahnılar,
onlar barədə məlumat və foto şəkillərim yer alacaq. Unikal və indiyədək görülməyən bir
layihə olmalıdır.
Artıq
işlər gedir.
Fotolarımı, mahnılarımı toplayıb təqdim etmişəm. Amma hazırlanma
prosesi uzun çəkəcək. Yəqin ki,
bir ilə hazır olacaq. Onu da deyim ki,
bu toplu satışa çıxarılmayacaq.
Xüsusi adamlar və
xarici qonaqlar üçün nəzərdə
tutulub”.
Xəyalə
Kaspi. -2010. -8
iyul. – S.16.