AZAL Sovet və Rusiya istehsalı təyyarələrini
istismar etmir
Cahangir Əsgərov: «AZAL-ın fəaliyyət
davamlılığı Azərbaycanın uğurlu iqtisadi
siyasətində öz əksini tapır»
"Azərbaycan Hava
Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri
Cahangir Əsgərovun Trend-ə müsahibəsini təqdim
edirik.
Bu gün AZAL regionda müxtəlif
fəaliyyət istiqamətlərində aparıcı
mövqe tutan aviaşirkətdir. Bunu sübut edən faktlardan
biri də odur ki, Azərbaycan MDB ölkələri
sırasında ən yeni "Boeing 787 Dreamliner" təyyarələrini
alacaq birinci ölkədir. Ötən ilin avqust ayında AZAL və
Boeing arasında razılaşma əldə olunub, 2010-cu ilin
mayında isə AZAL-ın iki "Boeing-767-300 ER" təyyarəsi
alması haqqında rəsmi saziş imzalanıb. AZAL bu təyyarələrdən
birini 2011-ci ildə, ikincisini isə 2012-ci ildə alacaq
- "Azərbaycan Hava
Yolları" QSC öz hava parkını müntəzəm
şəkildə yeniləyir. Həmçinin, QSC
"Boeing" markalı təyyarələrin alınması
üçün sifariş verib. Həmin markada cəmi
neçə təyyarə alışı
planlaşdırılır? Digər istehsalçıların
təyyarələrini almaq planlaşdırılırmı?
- Təyyarələrin
böyük parkına sahib olan, dünyanın müxtəlif
nöqtələrinə sərnişindaşımaları həyata
keçirən güclü milli aviaşirkətin
mövcudluğu ölkənin yalnız nüfuzu hesab olunmur.
Bu, ilk növbədə, dövlətin iqtisadi, mədəni,
humanitar siyasətinin möhkəmlənməsinə müsbət
təsir göstərir. Genişşaxəli
marşrutların mövcudluğu Azərbaycanın iqtisadi
potensialını və turizm imkanlarını əhəmiyyətli
dərəcədə artırmağa imkan verir.
Azərbaycan Prezidenti İlham Əliyevin
Lənkəranda aeroportun açılışı zamanı
dediyi kimi, "aeroportların mövcudluğu, yeni təyyarələrin
alınması və yüksək xidmət səviyyəsi
"Azərbaycan Hava Yollları" QSC-ni beynəlxalq səviyyəyə
qaldıracaq".
Bu gün AZAL regionda müxtəlif fəaliyyət
istiqamətlərində aparıcı mövqe tutan
aviaşirkətdir. Bunu sübut edən faktlardan biri də odur
ki, Azərbaycan MDB ölkələri sırasında ən
yeni "Boeing 787 Dreamliner" təyyarələrini alacaq
birinci ölkədir. Ötən ilin avqust ayında AZAL və
Boeing arasında razılaşma əldə olunub, 2010-cu ilin
mayında isə AZAL-ın iki "Boeing-767-300 ER" təyyarəsi
alması haqqında rəsmi saziş imzalanıb. AZAL bu təyyarələrdən
birini 2011-ci ildə, ikincisini isə 2012-ci ildə alacaq.
2014-cü ildən etibarən
milli aviaşirkət "Boeing-787 Dreamliner" ( iki hava gəmisi)
təyyarələrini almağa başlayacaq. "Dreamliner"
əvvəlkilərdən fərqli olaraq daha əlverişli,
həmçinin kompozisiya materiallarından geniş şəkildə
istifadə edilən birinci sərnişin təyyarəsi
olacaq.
Bu hava gəmilərinin
alınması AZAL-a Avropa, Cənub-Şərqi Asiya və Amerikaya
yeni marşrutların açılmasına imkan yaradacaq.
"Silk Way Airlines"
yük aviaşirkətinin iki "Boeing-747" təyyarəsinin
alınmasını əhəmiyyətli hadisə hesab etmək
olar. Şirkət, həmçinin iki "Boeing-767" təyyarəsi
alıb. Uçuşlar üçün pilot-namizədlər
artıq seçilib. Yaxın günlərdə onların
hazırlanması başlanacaq.
Hazırda Heydər Əliyev
adına Bakı beynəlxalq hava limanı beynəlxalq yük
və sərnişindaşımaları tranzit
uçuşlarının həyat keçirilməsi
üçün daha cəlbedici hesab olunur. "Silk Way
Airlines" aviaşirkətinin yeni təyyarələri
alındıqdan sonra Bakı hava limanında son dərəcə
əlverişli və cəlbedici iqtisadi regionun ən
böyük yük aviadaşıyıcıları yerləşdiriləcək.
Şirkət məşhur dünya
aviadaşıyıcıları ilə rəqabətə girmək
imkanlarına malikdir.
Təyyarələrin alınması
ilə yanaşı, Azərbaycanda kiçik aviasiyanın
inkişafı, xüsusilə də Azərbaycan
iqtisadiyyatının mühüm təməl daşı olan
neft-qaz sənayesinin inkişafında əhəmiyyətli rol
oynayan vertolyot parkının genişləndirilməsi prosesi
gedir. Bu vertolyotlardan istifadə ilə Xəzərin Azərbaycan
şelfində dəniz neft-qaz əməliyyatlarının
inkişafı dəstəklənir. "Super Puma",
"Dauphin", "Eurocopter" Avropa vertolyotları və
Rusiyanın Mi-8 MTV və Mi-171 (fevralda alınıb)
vertolyotundan istifadə edən "Silk Way Helicopter Services"
MMC iki S-92 vertolyotlarının alınması barədə
"Sikorsky" Amerika aviaşirkəti ilə müqavilə
imzalayıb. Bu hava gəmiləri 2010-cu ilin sonunda Azərbaycana
gətiriləcək.
Azərbaycanda, həmçinin
"SW Business Aviation" şirkəti fəaliyyət
göstərir - postsovet məkanında bütün dünya
üzrə şəxsi və işgüzar uçuşlar
üçün korporativ və fərdi xidmətləri həyata
keçirməyə başlayan ilk şirkətlərdən
biri. Bu şirkət Gulfstream G550, Gulfstream G450, Gulfstream G200,
Boeing 727-200 və ATR 42-500 VIP kimi hava gəmiləri ilə
işləyir.
AZAL-ın hava gəmiləri
parkında Azərbaycana gələn təyyarələrin
sayının artmasında infrastrukturun müasir
inkişafı da böyük rol oynayır. Bu gün Heydər
Əliyev adına Bakı hava limanında dünyada ən
böyük təyyarələrdən biri olan
"Boeing-747"ni tez-tez görmək olar.
Müasir, dünya
standartlarına cavab verən Bakı yük terminalı (Baku
cargo terminal - BCT) bu prosesdə əhəmiyyətli rol
oynayır. Ən müasir avadanlıqlar və mexanizmlərlə
təchiz olunmuş bu terminal dünyada ən yaxşı
yük komplekslərindən biri sayılır. BCT-nin istismara
verilməsi Azərbaycana yük əməliyyatlarının
effektivliyini əhəmiyyətli dərəcədə
artırmağa, Amerika və Avropadan Asiyaya və əks istiqamətdə
daşınan yüklər üçün yükboşaltma
məntəqəsinə çevrilməyə əlverişli
imkan yaratdı.
- AZAL Sovet istehsallı hava gəmilərinin
istifadəsindən tam imtina edib. Hazırda AZAL-ın
parkında neçə hava gəmisi var və onlar hansı
markadandır?
- Qeyd etmək istərdim ki,
Sovet İttifaqında istehsal olunan hava gəmiləri bu
dövlətin mövcud olduğu müddət ərzində
istifadə edilib və dünyada ən etibarlı hesab olunub.
Sovet və ya Rusiya istehsalı olan hava gəmilərinin
istismarının dayandırılması barədə söhbət
gedəndə, bunu resursu tükənən və istismar
müddəti bitən təyyarələrə aid etmək
lazımdır. Hazırda "Azərbaycan Hava Yolları"
Sovet və Rusiya istehsalı təyyarələrini istismar
etmir.
"TU-154" təyyarələri
"Turan Air" aviaşirkəti tərəfindən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi nəticəsində
blokadada olan Naxçıvan Muxtar Respublikasına
uçuşlar etmək üçün istifadə edilir.
Bu hava gəmilərinin
uçuş resursu 30 min saat təşkil edir. Hazırda bu
göstəricidən təyyarələr təxminən 6 min
saata yaxın uçublar ki, bu da ümumi resursun beşdə
biri deməkdir.
Bununla yanaşı, qeyd etmək
istərdim ki, bu hava gəmiləri bütün zəruri
reqlamentli texniki prosedurdan daim keçirlər. Bakıda daimi əsasda
"Tupolev" ASC-nin konstruktor bürosunun nümayəndəsi
fəaliyyət göstərir. O, TU markalı bütün təyyarələrdə
bütün lazımi prosedurları aparır.
- 2009-cu il bütün
dünya üçün, xüsusilə də hava nəqliyyatı
üçün çətin il olub. AZAL dünya maliyyə-iqtisadi
böhranının nəticələrini necə aradan
qaldırıb?
- Son illər mülki aviasiya
bütün dünyada çətinliklərlə üzləşir.
İqtisadiyyatın sektorlarından biri kimi, ilk baxışdan
bir-biri ilə bağlılığı olmayan mənfi anlara əksər
hallarda daha çox reaksiya verən aviadaşımalardır.
Son bir neçə ildə dünya mülki aviasiyasına bir
neçə nəzərəçarpacaq "zərbə
endirilib". Bu, neftin qiymətinin qəfil artımıdır
ki, nəticədə yanacağın qiymətinin artmasına
səbəb olub. Bunun ardınca A/H1N1 qripi ilə bağlı
olan vəziyyət və nəhayət dünya maliyyə-iqtisadi
böhranı. Bütün bu faktorlar böhranın nəticələri
ilə bacara bilməyən çoxlu sayda dünya aviaşirkətinin
bağlanmasına gətirib çıxardı.
Buna baxmayaraq, "Azərbaycan
Hava Yolları" nəinki dünya aviadaşıma bazarında
mövqeyini qoruyub saxlaya bildi, hətta onları genişləndirməyi
bacardı. Şirkət aviaparkını modernləşdirmək
və genişləndirmək üzrə siyasətini davam
etdirir, uçuşların sayını artırır, sərnişin
və yükdaşımalarının göstəricilərini
yüksək səviyyədə qoruyub saxlaya bilib. Bu gün Azərbaycana
sutkada 3 minə yaxın sərnişin gəlir və o qədər
də sərnişin Azərbaycandan yola salınır.
AZAL-ın fəaliyyətinin
etibarlılığı, ilk növbədə, dövlətin
düzgün və müvəffəqiyyətli iqtisadi siyasətini
əks etdirir. Məlum olduğu kimi, Azərbaycan dünya
maliyyə-iqtisadi böhranı şəraitində mənfi
dinamika nümayiş etdirməyərək, iqtisadi artım
tendensiyasını qorudu.
Hazırda dünyada maliyyə-iqtisadi
böhranın təsirinin azalması müşahidə edilməkdədir
və bunun nəticəsi kimi, aviaşirkətlərin fəaliyyətində
tədricən sabitlik və iqtisadi artım nəzərə
çarpır. Bu şəraitdə AZAL daha yüksək templə
inkişaf edəcək.
- AZAL müntəzəm
olaraq uçuşların istiqamətini genişləndirir. Bu
il yeni reyslərin açılacağı gözlənilirmi?
QSC nə zaman daha uzaq məsafələrə, eləcə də
Cənub-Şərqi Asiyaya, Şimali və Cənubi Amerikaya
öz reyslərini həyata keçirməyi
planlaşdırır?
- Bu günədək Azərbaycan
29 dövlətlə hava nəqliyyatı haqqında hökumətlərarası
saziş imzalayıb, 22 dövlətlə onları ekspertlər
səviyyəsində razılaşdırıb və bu istiqamətdə
12 dövlətlə danışıqlar aparır. Respublika
beynəlxalq mülki aviasiya üzrə 22 sənədə
qoşulub. Azərbaycan Aİ ilə ölkələr
arasında hava nəqliyyatının
liberallaşdırılmasını nəzərdə tutan
"üfüqi sazişlərə" malikdir, mövcud
sazişləri Aİ qanunvericiliyinə
uyğunlaşdırır. Bu normativ-hüquqi baza AZAL-a
müxtəlif istiqamətlərdə uçuşlar həyata
keçirməyə, marşrutların sayını daim
genişləndirməyə imkan verir.
Bu yaxınlarda Antalya və
Bodruma reyslər açılıb. İyulun 15-dən
"Airbus-319" hava gəmisi vasitəsilə Bakı-Praqa
marşrutu üzrə müntəzəm reys həyata
keçiriləcək.
Yaxın vaxtlarda
"Boeing" təyyarələrinin alınması ilə
Avropaya, Cənub-Şərqi Asiyaya, Şimali və Cənubi
Amerikaya reyslərin açılması imkanlarına
baxılır.
AZAL-ın ölkə
hüdudlarından kənara həyata keçirdiyi
uçuşlardan başqa, xarici şirkətlərin Azərbaycana
uçuşlara artan diqqətini də qeyd etmək
lazımdır. Həm də bu təkcə Heydər Əliyev
adına Bakı hava limanına deyil, ölkə
regionlarındakı aeroportlara da aiddir. Bu, hər şeydən
əvvəl regional hava limanlarının yenidən
qurulması haqqında qərarın
düzgünlüyünün təsdiqidir. Regionların
sosial-iqtisadi planda inkişafından əlavə, bu, onların
turizm baxımından cəlbediciliyini əhəmiyyətli dərəcədə
artırır. Nümunələrdən biri kimi Lənkəran
hava limanını göstərmək olar. Bu gün 2008-ci ildə
açılan bu aeroporta təkcə Moskvadan bir neçə
aviaşirkətin uçuşları həyata keçirilir.
İyulda onlara daha bir aviaşirkət qoşulacaq. Bununla
yanaşı, uçuşların gündəlik həyata
keçirilməsinə baxmayaraq, Lənkərana gələn
və gedən reyslər bir qayda olaraq tam komplektləşdirilir.
Həmçinin Gəncə
(respublikanın qərb regionu) şəhərindən və
Naxçıvandan beynəlxalq aviareyslərin sayının
artırılması planlaşdırılır. Əgər
turizm operatorlarından sifarişlər daxil olarsa, Zaqatala
aeroportuna (ölkənin şimal-qərb regionu) turizm
mövsümündə uçuşların
başlamasının mümkünlüyü istisna edilmir.
- "Azərbaycan Hava
Yolları" uçuşların təhlükəsizliyinin
təmin olunmasına böyük diqqət yetirir. AZAL-da təhlükəsizliyin
təminatı sistemi hansı səviyyədə təşkil
olunub?
- Ümummilli lider Heydər Əliyevin
dediyi kimi, "AZAL-ın ən başlıca vəzifəsi
uçuşların təhlükəsizliyinin təmin
olunmasıdır". "Azərbaycan Hava Yolları"
milli aviaşirkətində və AZAL-ın digər bölmələrində
uçuşların təhlükəsizliyinin
artırılmasına daim böyük diqqət
ayrılır. Bu gün AZAL-ın tətbiq etdiyi təhlükəsizlik
standartları ən yüksək beynəlxalq tələblərə
cavab verir. Təəccüblü deyil ki, dünyada ən iri və
daha nüfuzlu mülki aviasiya təşkilatı olan ICAO-nun
fevralda təqdim etdiyi auditin nəticələri Azərbaycanda
uçuşların ən yüksək səviyyədə təhlükəsizliyini
sübut edir.
Eləcə də fevral ayında
Bakıda mülki aviasiya sahəsində iri beynəlxalq tədbir
olan ICAO-nun uçuşların təhlükəsizliyinə həsr
olunmuş regional müşavirəsi keçirilib. Müşavirədə
Avropa və Asiyanın 20 ölkəsindən 70-dən
artıq nümayəndə, eləcə də altı beynəlxalq
mülki aviasiya təşkilatı iştirak edib.
Uçuşların qlobal təhlükəsizliyi prinsiplərinin
işlənməsində böyük əhəmiyyət
daşıyan bu müşavirənin keçirilməsi beynəlxalq
mülki aviasiya təşkilatlarının Azərbaycana
yüksək əhəmiyyət verdiyini bir daha təsdiqləyir.
Son iki il ərzində Bakıda mülki aviasiya ilə
bağlı 4 beynəlxalq forum keçirilib.
Azərbaycanda mülki
aviasiyanın təhlükəsizliyinin artırılmasında
mühüm yeri kadrların hazırlanması tutur. Bu gün
ölkədə beynəlxalq səviyyədə
tanınmış ali təhsil müəssisəsi, professor
Arif Paşayevin rektoru olduğu Milli Aviasiya Akademiyası (MAA) fəaliyyət
göstərir.
1999-cu ildə MAA Dövlətlərarası
Aviasiya Komitəsinin qərarı ilə mülki aviasiya ali təhsil
müəssisəsi şəhadətnaməsini alıb. MAA həmçinin
ICAO beynəlxalq aviasiya təşkilatının reyestrinə
də daxil edilib. Bu təhsil müəssisəsinin
bazasında mülki aviasiya və aerokosmik sahədə milli
kadrların hazırlanması həyata keçirilir.
Pilotların
hazırlanması və onların ixtisaslarının
artırılması üçün xüsusi trenajorlardan
istifadə olunur. Bu, Azərbaycanda müxtəlif növ hava gəmiləri
üçün pilotlar hazırlamağa imkan verir ki, bu da təkcə
maliyyə baxımından sərfəli deyil, həm də belə
trenajorlara malik xarici mərkəzlərdən asılı
olmamağa imkan verir.
Bu il Azərbaycan
"Boeing-757", "Airbus-319" və ATR təyyarələrinin
təlim trenajorlarını alıb. Hazırda onlar akademiyada
quraşdırılır. Bu trenajorlardan istifadə respublika
mülki aviasiyasının kadr potensialının
artırılmasına imkan verir. Pilotların
hazırlanması üçün Zabrat aeroportundakı
"Cessna" təyyarələrindən də istifadə
olunur.
Kaspi. -2010. – 9 iyul. – S.11.