Erkən nigahlarla bağlı xeyliartımvar 

 

Sədaqət Qəhrəmanova: “Nikaha daxil olmaq istəyən cütlüklər sağlamlıqları haqqında bir-birlərinə məlumat verməlidirlər

 

Bir müddət öncə parlamentin Sosial siyasət komitəsində Ailə Məcəlləsinə edilməsi təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb. Həmin müzakirələr zamanı Ailə, Qadın Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin təmsilçisi nikah yaş həddinin artırılması, övladlığa götürməklə əlaqədar yaş müddətinin qaldırılması sair ilə bağlı təkliflərinin olduğunu bildirib. Komitənin sədr müavini Sədaqət Qəhrəmanova ilə söhbətimizdə bu problemə toxunduq: 

- Ailə Məcəlləsinə dəyişikliklər məsələsi artıq neçə illərdir müzakirə mövzusudur. Qeyd edim ki, həmin dəyişikliklərin gündəmə gəlməsi təsadüfi məsələ deyil. Bunlar aparılan təhlillərdən, araşdırmalardan irəli gəlir. Dövlət Komitəsi bilavasitə ailə problemləri ilə məşğul olur. Biz daxil olan müraciətlər, problemlərlə əlaqədar məsələləri təhlil edərək belə hesab edirik ki, Ailə Məcəlləsində bir sıra dəyişikliklərin olması vacibdir. Birincisi, nikah yaşının 17-dən 18-ə qaldırılmasıdır. Burada fərqli  fikirlər, mövqelər var. Bəziləri hesab edir ki, nikah yaşını 17-dən bir az da aşağı salmaq – 16 yaşa endirmək lazımdır. Bəziləri hesab edir ki, nikah yaş həddi elə olduğu kimi - 17 yaş qalmalıdır. Amma əksəriyyət, o cümlədən Dövlət Komitəsi belə hesab edir ki, nikah yaş həddi 17-dən 18-ə qaldırılmalıdır. Uşaq hüquqları haqqındaKonvensiyada oğlan qızlar arasında nikah yaş həddi bərabər, yəni 18 yaş götürülür. Reallığımız ondan ibarətdir ki, cəmiyyətimizdə baş verən proseslər – qızların erkən nikahlara daxil olması, bunun acı nəticələri hər birimizə ciddi siqnal, mesaj olmalıdır. Hər kəsə mesaj olmalıdır ki, nikah yaş həddini aşağı salmaq yox, əksinə, yuxarı qaldırmaq daha vacibdir...

- Bəzən belə fikirlər irəli sürülür ki, onsuz da qanunun necə  qəbul olunmasının əhəmiyyəti yoxdur. Çünki hazırda nikah yaşı 17 olsa da, 16, 15, hətta 13 yaşında ərə verilən qızlar var...

- O zaman ortaya belə sual çıxır: deməli, biz bir qrup insanın istəyi ilə dövləti idarə, qanunlarımızı qəbul etməliyik. Şəxsən mən bunu heç cür məqbul saymıram. Əksinə, başa düşməyənləri də ciddi nizam-intizama gətirmək üçün qanunlarımızda, xüsusilə Ailə Məcəlləsində ciddi dəyişikliklər etmək lazımdır. Bu gün erkən nikahların acı nəticələri hər kəsə bəllidir. Ailə quran insanlar artıq cəmiyyət qarşısında məsuliyyət daşıyır. Ən azı onlar dünyaya gətirəcəkləri övladlarını hansı formada böyüdəcəklərinə həm mənəvi, həm də fiziki cəhətdən hazırlıqlı olmalıdırlar. Sağlam orqanizmi olmayan gənc ananın dünyaya gətirdiyi övladlar o qədər də sağlam olmurlar və nəticədə bir çox problemlə qarşılaşmalı olurlar. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, təhlillər göstərir ki, erkən nikaha daxil olan qızların bir çoxu çox qısa müddətdə boşanır – boşanır da deyəndə, bunların çoxunun rəsmi nikahı yoxdur, ayrılırlar və acınacaqlı vəziyyətdə qalırlar. Burada nə qız, nə də oğlan valideynləri həmin qıza havadar çıxırlar. Bu zaman aciz qalan qız, gənc ana da dövlətə müraciət edir. Dövlətə müraciət edirsə, dövlət o zaman öz qayda-qanunlarını ortaya qoymalı və insanlar da bu qayda-qanunlara riayət, ona hörmət etməlidir.

- Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər sırasında nikaha daxil olmazdan öncə ailə quracaq cütlüklər arasında nikah müqaviləsinin imzalanması, onlardan sağlamlıqla bağlı arayışın tələb edilməsi məsələsi də var...

- Biz bu təkliflərin də Ailə Məcəlləsində əksini tapmasının tərəfdarıyıq. Bu gün gənclər nikaha girərkən sağlamlıqları barədə bir-birilərinə məlumat vermirlər. Amma əslində, bu belə olmamalıdır. Nikaha daxil olmaq istəyən cütlüklər sağlamlıqları haqqında bir-birlərinə məlumat verməlidirlər. Həmçinin bu gün cəmiyyətimizdə baş verən bəzi xəstəliklər – infeksion, talassemiya xəstəlikləri və sair göstərir ki, gələcək nəsil nə qədər böyük təhlükə qarşısındadır. Ona görə biz tibbi arayışın tələb edilməsi məsələsinin məcəllədə əksini tapmasını istəyirik. Nikah müqaviləsinə gəlincə, bu gün bütün boşanmalarda ortaya çıxan ən böyük problemlərdən biri nikah müqaviləsinin olmamağı ilə bağlıdır. Nikah müqaviləsi yoxdursa, burada əmlak mübahisəsi ortaya çıxır və çox zaman da qadının arzularını hüquqi cəhətdən müdafiə etməsi mümkün olmur. Əgər ailə quranlar arasında nikah müqaviləsi imzalanarsa, gənc qızlarımız sonradan digər problemlərlə üzləşməzlər.

- Necə hesab edirsiniz, gənc qızları erkən yaşlarında ailə qurmağa təhrik edən valideynlərlə bağlı Cinayət Məcəlləsində və yaxud İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutan müddəa olmalıdırmı?

- Bəli, qanunvericilikdə mütləq valideyn məsuliyyəti nəzərdə tutulmalıdır. Elə çox vaxt problemlər valideyn məsuliyyətsizliyindən irəli gəlir. Bildiyiniz kimi, artıq “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsi parlament müzakirələrinə çıxarılaraq birinci oxunuşdan keçib. Orada da məhz valideyn məsuliyyəti nəzərdə tutulur. Əgər gənc qızlar erkən yaşlarında nikaha məcbur edilirsə, burada daha çox valideyn məsuliyyət daşımalıdır. Çünki 14, 15, 16 yaşlarında nikaha girən qız hələ kamillik səviyyəsinə qalxan, cəmiyyəti yaxşı dərk edən, dünyagörüşü olan bir insan deyil. Ona görə bu məsələdə daha çox məsuliyyət valideynin üzərinə düşməlidir.

- Yeri gəlmişkən, komitənizdə erkən nikahlarla bağlı rəsmi statistika varmı?

- Statistika göstərir ki, qeyri-rəsmi erkən nikahlarla bağlı xeyli “artım” var. Eyni zamanda, bu, faiz etibarilə 5-dir, 10-dur, 20-dir, o qədər önəmli deyil, əsas məsələ ondan ibarətdir ki, qeyri-rəsmi erkən nikahlarla bağlı “artım” var. Əgər əvvəllər erkən nikahlarla bağlı daha Cənub və Şimal bölgələrinin adları hallanırdısa, bu gün artıq Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada erkən nikah problemi yaşanmasın. Erkən nikah qeydiyyata alınmır və onun statistikasını da aparmaq xeyli çətindir. Biz doğum evlərindən, digər səhiyyə ocaqlarından məlumatlar toplayanda, yəni nikaha daxil olmuş insanların övladlarının sayını hesablayanda, sorğular alanda bilirik ki, nə qədər qızlar rəsmi və ya erkən nikahlara daxil olublar. Bunlar da tam, dəqiq  statistika sayıla bilməz.

 

 

İlham Quliyev

 

Kaspi. -2010. – 3 iyun. – S.9.