Mənəvi xəzinəmizin saxlanc yeri 

 

Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat İncəsənət Arxivinin 45 illik yubileyi ərəfəsində əməkdar mədəniyyət xadimi Maarif Teymur arxivdə çalışdığı illərdən danışır

 

Arxivlər milli-mənəvi dəyərlərimizin saxlanc yeridir. Bir xalqın tarixini, ulu keçmişi, görkəmli şəxsiyyətləri haqqında dəyərli materialları nəsildən-nəsilə ötürülməsində arxivlərin rolu danılmazdır.

Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat İncəsənət Arxivi (ARDƏİA) bu il 45 illik yubileyini qeyd edir. Ömrünün elə 45 ilini bu sahənin zənginləşməsinə həsr edən Əməkdar mədəniyyət xadimi, yazıçı-publisist  Maarif Teymur arxivdə çalışdığı illər ərzində 600-dən çox sənətkarın şəxsi arxiv fondunun yaradılmasında fəal iştirak edib. Maarif müəllimlə söhbətimizdə Arxivin 45 illik fəaliyyətinə  nəzər saldıq

- Ədəbiyyat İncəsənət Arxivi hansı zərurətdən yaranıb?

- Ədəbiyyat   İncəsənət Arxivi Respublika Nazirlər Sovetinin 1965-ci il 17 iyul tarixli 496 saylı qərarı əsasında 1966-cı ilin yanvar ayından fəaliyyətə başlayıb. 1996-cı ildə ölkə Prezidentinin sərəncamı ilə ona  sənətşünas Salman Mümtazın adı verilib. Arxiv XIX əsrdən bu günə qədər Azərbaycan ədəbiyyat incəsənət xadimlərinin, ədəbiyyat incəsənət sahəsindəki dövlət idarələrinin yaradıcılıq təşkilatlarının sənədlərini toplayır, onların mühafizəsi istifadəsi işini təşkil edir.

Arxivdə bu sahədəki idarə təşkilatların, Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin, milli  ədəbiyyat incəsənətimizin inkişafına verdikləri töhfələr haqqında məlumatlar özünün geniş əksini tapıb.

- Arxivin fondlarında hansı əsrdən başlayaraq xalqımızın ədəbiyyat incəsənətini əks etdirən sənədlər toplanıb?

- Arxivdə XIX əsrdən başlayaraq günümüzə qədərki dövrə aid ədəbiyyat incəsənətimizi özündə əks etdirən sənədlər qorunur. Ən qiymətli nadir sənədlər arasında Mirzə Ələkbər Sabirin 1907-ci ildə «Bəhlul» jurnalının redaksiyasına göndərdiyi məktub, Cəfər Cabbarlının «Yada düşdü» şeiri, Əbdurrəhim bəy Haqverdiyevin hekayələrinin əlyazmaları, Üzeyir  Hacıbəyovun 1913-cü ildə Huseynqulu Sarabskiyə   Ceyhun Hacıbəyliyə yazdığı məktubları, Səməd Vurğunun məktub şeirlərinin əlyazmaları, Cəlil Məmmədquluzadə Huseyn Cavidin Qurbanəli Şərifzadəyə məktubları, Cəlil Məmmədquluzadənin Təbrizdə oynanılmış «Ölülər» pyesinin əlyazması, Məmməd Əmin Rəsulzadənin Ceyhun Hacıbəyliyə göndərdiyi məktubları yer alıb. Azərbaycan yazıçı, şair, dramaturq ədəbiyyatşünaslarının arxivdə saxlanılan şəxsi fondlarındakı sənədlər ölkəmizdə milli ədəbiyyatın təşəkkülü inkişafı məsələlərini özündə geniş əks etdirir.

Bu dövr Azərbaycan ədəbiyyat tarixini öyrənmək üçün arxivdə mühafizə olunan Yazıçılar İttifaqının, Ədəbiyyat fondunun, ədəbiyyat məsələlərinə aid nəşriyyatların «Azərbaycan», «Literaturnıy Azərbaycan», «Ədəbiyyat», «Ulduz», «Qobustan»ın fondlarında da çoxlu qiymətli sənədlər mühafizə olunur. Bu fondlarda bədii əsərlərin əlyazmaları, yazıçıların qurultay, plenum iclaslarının stenoqrafik hesabat protokolları, müvafiq idarə, təşkilat müəssisələrlə yazışmaları, hesabatları s. cəmləşdirilib.

Arxivdə mühafizə olunan ən zəngin fondlardan biri, uzun illər Moskva Dövlət Universitetinin professoru olmuş ədəbiyyatşünas, tərcüməçi Əziz Şərifin fondudur. Azərbaycan ədəbiyyatı mədəniyyətinin təxminən 100 ildən yuxarı tarixini əks etdirən bu fondda  Əziz Şərifin atası Qurbanəli Şərifzadənin Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid,  Rza Təhmasib, Ömər Nemanzadə başqaları ilə, eləcə Əziz Şərifin dövrünün görkəmli şəxsiyyətləri ilə yazışmaları, habelə Əziz Şərfiin arxivində onlar haqqında saxlanılmış kitablar digər materiallar s. xalqımızın bu dövr mədəniyyət tarixini öyrənməkdə qiymətli məxəzdir.

- Ölkəmizin teatr, kino musiqi tarixi barədə sənədlər necə, arxivdə qorunurmu?

- Azərbaycan teatr tarixi arxivində mühafizə olunan Azərbaycan Respublikası Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsi Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti, Milli Opera Balet teatrı,  Akademik Milli Dram Teatrı, Rus Dram Teatrı,  Musiqili Komediya Teatrı, Gənc Tamaşaçılar Teatrı teatr işi sahəsində fəaliyyət göstərən digər müəssisələrin fondlarındakı sənədlərdə əks olunur. Bu fondlarda teatrların yaradılması təşkili haqqında hökumət qərarları, tamaşaya qoyulan əsərlərin qəbulu onların məşqləri haqqında məlumatlar,  teatrların fəaliyyəti haqqında hesabatlar digər sənədlər saxlanılır.

- Görkəmli şəxsiyyətlərin  şəxsi fondlarını əldə edə bilmisinizmi?

- Arxivdə Azərbaycan teatr sənətinin inkişafında əvəzsiz xidmətləri olmuş görkəmli rejissor aktyorların şəxsi fondları da mühafizə olunur. Eləcə Azərbaycanda milli klassik musiqi mədəniyyətinin inkişafı məsələləri Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının, Asəf Zeynallı adına Musiqi Texnikumunun, Azərbaycan Dövlət Musiqi nəşriyyatının, habelə görkəmli müğənni musiqi ifaçılarının şəxsi fondlarında öz əksini tapıb. Bu fondlarda təkcə Bəstəkarlar İttifaqı konservatoriyanın tarixinə aid sənədlər deyil, həm not əlyazmaları, Azərbaycan musiqi mədəniyyətinin görkəmli xadimlərinin həyat fəaliyyətinə aid çoxlu qiymətli sənədlər toplanıb.

Azərbaycanda rəngkarlıq memarlıq sənətini özündə əks etdirən sənədlər Respublika Rəssamlar İttifaqı, Respublika Memarlar İttifaqı, Azərbaycan Dövlət rəssamlıq məktəbinin fondlarında cəmləşdirilib.   Arxivdə həmçinin kino sənətinin inkişafına dair dəyərli məlumatlar əldə etmək olar. Kinematoqrafiya Komitəsinin,  «Azərbaycanfilm» kinostudiyasının, kinolaşdırma idarəsinin, görkəmli kinorejissorların  fondlarında respublikamızda kino sənətinin inkişafı ilə tanış olmaq mümkündür.

Azərbaycanda xalq yaradıcılığının inkişafı ilə bağlı, habelə bu sahədə mədəni-maarif işlərinin təşkili məsələlərinə aid sənədlər xalq yaradıcılığı üzrə Respublika elmi-metodiki mərkəzin  (xalq yaradıcılığı evi) fondunda cəmləşdirilib. Arxivdə Azərbaycan sirkinin yaranması inkişaf tarixi ilə bağlı sənədlər isə Bakı Dövlət Sirkininin fondlarında öz əksini tapıb. Eləcə bir sıra sənəd toplularından ibarət fondlar yaradılıb. Bunlar ədəbiyyat, incəsənət xadimləri, afişalar, proqramlar foto şəkillərdən ibarət sənəd toplularıdır.

- Qorunan sənədlər arasında mühacirətdə yaşayan görkəmli .şəxsiyyətlərin fondları çoxdurmu?

- Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ilk dəfə olaraq xaricə mühacirət edərək uzun illər vətən həsrəti ilə yaşayıb-yaratmış Ceyhun Hacıbəyli, Abay Dağlı, Almaz İldırım, Əlibəy Hüseynzadə, Timuçin Hacıbəyli, Səlim Turan, Yusif İsmayıl, Ümbülbanu başqalarının sənədləri ədəbiyyat incəsənət arxivinə qəbul edilib.

Arxiv bu gün müntəzəm olaraq ədəbiyyat incəsənət xadimlərinin, respublikanın mədəniyyət sahəsindəki dövlət idarələri yaradıcılıq təşkilatlarının sənədlərini dövlət mühafizəsinə qəbul edərək öz fondlarını daha da zənginləşdirməyə xidmət edir.

 

 

Təranə  Məhərrəmova

 

Kaspi. – 2010. – 4 iyun. – S.13.