“Əgər tanınmaq üçün sənətə
gəlirsənsə, yarı yolda qalacaqsan”
Mənsum İbrahimov: «Mədəniyyət Günlərinin
rəsmi açılışından sonra “Leyli və Məcnun”u
oynadıq. İlk dəfə operaya tamaşa edən qətərlilər
bizi alqışlarla qarşıladılar»
Qətərdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri başa çatıb. Ölkəmizi Mədəniyyət Günlərində təmsil edə 150 nəfərlik nümayəndə heyəti vətənə zəngin təəssüratlarla dönüb. Bu il «İslam mədəniyyətinin paytaxtı» missiyasını daşıyan Qətər dövlətinin paytaxtı Doha şəhəri ecazkarlığı, adət-ənənələri, mədəniyyəti ilə nümayəndə heyətinin yaddaşına yazılıb.
Səfərdə iştirak edən Xalq artisti Mənsum İbrahimov təssüratlarını “Kaspi” ilə bölüşdü:
Ərəb ölkəsində ilk
opera
- Qətərdə
keçirilən Mədəniyyər Günlərində
Dövlət Rəqs Ansamblı, Qədim Musiqi Alətləri
Ansamblı, Opera və Balet Teatrının “Leyli və Məcnun”
operasının bütün heyəti və başqa incəsənət
xadimləri bu ölkədə mədəniyyətimizi layiqincə
təmsil etdilər.
İyunun 1-də
Dohanın Müstəqil Oğlanlar Kollecində Azərbaycan
incəsənət ustalarının ilk
çıxışı oldu. Qədim Musiqi Alətləri
Ansamblı və Dövlət Rəqs Ansamblının
kollektivinin ifasında xalq rəqsləri, mahnı və
muğamlar alqışlarla qarşılandı. Azərbaycan Mədəniyyəti
Günlərinin rəsmi açılışı iyunun 2-də
Doha şəhərindəki Qətər Milli Teatrının
binasında keçirildi. Qətərin mədəniyyət və
irs naziri Həməd bin Abd əl-Aziz əl-Kəvari və Azərbaycanın
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
çıxış etdilər.
Mədəniyyət Günlərinin rəsmi açılışından sonra “Leyli və Məcnun”u oynadıq. İlk dəfə operaya tamaşa edən qətərlilər bizi alqışlarla qarşıladılar. Tamaşadan sonra hər iki ölkənin nazirləri səhnə arxasında Azərbaycanın incəsənət ustaları ilə görüşdülər. Qətərli nazir Azərbaycan musiqisinə, mədəniyyətinə öz heyranlığını bildirərək xatırlatdı ki, Bakıda olarkən “Leyli və Məcnun”a baxıb və bu operanın Azərbaycan Mədəniyyəti Günlərində proqrama salınmasını şəxsən xahiş edib. «Tamaşada elə sözlər var idi ki, biz onları başa düşürdük və kövrəlirdik» – deyə nazir bildirdi. Nazir həmçinin geyimlərimizdə oxşarlığın olduğunu qeyd etdi. Doğrudan da tamaşaya gələn insanların geyimləri ilə «Leyli və Məcnun»da səhnədə oynayan aktyorların geyimləri eyni idi. Onlar bizə yaxınlaşaraq şəkil çəkdirir, ürək sözlərini bildirirdilər. Deyirdilər ki, bu tamaşa ilə Azərbaycan mədəniyyəti ilə tanış olduq. Qətərlilər Azərbaycan musiqisinə və rəqslərinə valeh olduqlarını dilə gətirdilər.
Mədəniyyətimizin qələbəsi
-
Maraqlıdır, nə üçün Şərqin ilk
operası bugünə qədər ərəb ölkəsində
oynanılmayıb?
- İslam dövlətlərinin
çoxunda opera qadağandır. Bir sıra istisna ölkələr
var ki, onlarda opera janrı təzə-təzə
oynanılmağa başlayıb. Qətər də belə
dövlətlərdəndir. Mən
Şərqin ilk operasının ərəb dövlətində
səhnəyə çıxmasını mədəniyyətimizin
qələbəsi adlandırardım. Ümumiyyətlə,
konsertlər yüksək səviyyədə
qarşılandı. Biz onların adət-ənənələri,
folkloru, mətbəxləri, mədəniyyətləri ilə
yaxından tanış olduq, muzeylərdə olduq. Qətərlilər
çıxışlarımız üçün çox
gözəl şərait yaratmışdılar. Demək olar
ki, konserti, səhnəni çox böyük məsuliyyət
hissi ilə təşkil etmişdilər. Doha şəhəri,
insanları, orada keçirdiyimiz günlər
yaddaşımıza həmişəlik yazıldı.
- Siz «Leyli və Məcnun»
- Məndə çox
gözəl hisslər yarandı. Səhnəyə
çıxanda elə bilirdim ki, çox doğma adamların
qarşısında çıxış edirəm. Həm də
operanı ilk dəfə ərəb ölkəsində
oynadığım, onları bu janrla yaxından tanış
etdiyim üçün özümü xoşbəxt
sayırdım. Qədim Şərq musiqisini ərəblər
çox isti qarşıladılar. İlk dəfə operaya
tamaşa etmələri onlar üçün yenilik idi. Üzeyir
bəyin bu əsəri həm də ona görə məşhurdur
ki, bu musiqini bütün Şərq sevir.
- Bu, sizin Məcnun
obrazında səhnəyə neçənci
çıxışınız idi?
- Operanın 100-cü
tamaşasında Bakıda səhnəyə
çıxdım. 102-ci tamaşanı YUNESKO-da, 112-cini isə
Qətərdə oynadım. Bu da bir qismətdir ki, mən
“Leyli və Məcnun”u ərəb ölkəsində
oynadım.
- Yeri gəlmişkən,
xarici ölkələrdə əcnəbilər
muğamlarımızı necə qarşılayırlar?
- Bir neçə ay bundan əvvəl
Londonda iki konsert verdik. İngilislər
soyuqqanlı xalqdır. Mən Aygün Bayramova və tələbəm
Elməddin İbrahimov “Qarabağ şikəstəsi”ni oxuyarkən
zaldakı bütün tamaşaçıların ayağa
qalxdığını gördük. Sonradan Londondakı səfirimiz
Fəxrəddin Qurbanov dedi ki, konsertin belə yüksək səviyyədə
keçəcəyini gözləmirdik. Salondakı
tamaşaçıların əksəriyyəti ingilislər
idi. Musiqimizin əzəməti ifa başa
çatmamış bütün salonu ayağa
qaldırmışdı. İnanın ki,
duyduğumuz qürurdan hətta gözlərimiz
yaşardı. Bir daha şahid olduq ki,
musiqimiz çox zəngin və qüdrətlidir.
- Xaricdə keçirilən
mədəniyyət günləri ölkəmizi nə qədər
tanıda bilir?
- Mədəniyyət
günlərinin çox böyük önəmi var. 5-7
gün ərzində mədəniyyət günlərinin
keçirildiyi ölkənin bütün kütləvi
informasiya vasitələri həmin tədbirləri
işıqlandırır. Onlar Azərbaycanın mədəniyyəti,
folkloru, mətbəxi, adət-ənənələri ilə
yaxından
Yeni leyli-məcnunlar
- Bu gün səhnəyə
Məcnun obrazında çıxan gənclərə
qarşı qısqanclıq keçirmirsiniz ki?
- Onları Məcnun
roluna mən özüm hazırlayıram. Məsələn,
gənc xanəndə İlkin Əhmədovun Məcnun rolunda
səhnəyə çıxışını özüm
dəstəkləmişəm. İlkinin
çox gözəl gələcəyi var. O, məsuliyyətli,
öz üzərində çalışandır. Eləcə də Təyyar
Bayramovu Şah İsmayıl, Elnur Zeynalovu Aşıq Qərib
roluna özüm hazırlamışam. Təbii
ki, səhnəyə gənclər gəlməlidir. Bu gün Opera Teatrının rəhbərliyi də
istedadlı gənclərin səhnədə özlərinə
yer tapması üçün çalışır. Hər musabiqədən sonra teatrın rəhbərliyi
bir neçə istedadlı gənci teatra dəvət edir.
Biz onlara kömək etməyə, məsləhət
verməyə çalışırıq. Onlar da səhnədə yavaş-yavaş
addımlarını atırlar. Rəqabət
olmasa, inkişaf da olmaz. Çox gözəl
tendensiyadır ki, səhnəyə yeni leylilər, məcnunlar
gəlir. Təbii ki, səhnə
ifaçısı birdən-birə yetişmir. Hər tamaşadan-tamaşaya aktyor ayağını
səhnədə daha da möhkəmləndirir, get-gedə təkmilləşir.
- Siz tələbələrinizin
iştirakı ilə Heydər Əliyev Sarayında solo-konsert
təşkil etdiniz. Bu sizin müəllim kimi
hesabatınız idi, yoxsa muğamımızın istedadlı
əllərdə olduğunu göstərmək istəyi?
- Hər ikisi vardı. Bilirsiniz ki, bu gün milli musiqimizə dövlətin
böyük qayğısı var. Biz də bir müəllim
kimi gənc ifaçılar yetişdirməliyik. Bu şifahi, notsuz sənət ustaddan şagirdə
keçir. Biz özümüz də vaxtilə
tələbə olmuşuq. Bu gün mən
də çalışıram ki, öz
davamçılarımı yetişdirim. Sevinirəm
ki, Beynəlxalq Muğam müsabiqəsinin Qran-pri
mükafatçısı mənim tələbəm oldu.
Gənclərin konsertinin keçirilməsi barədə
mənə təklif olunanda sevindim. Çünki
bir çox tanınmış tələbələrim var.
Onların içərisindən 20 nəfəri seçdim.
Həm də muğam konsertlərinə
tamaşaçıların marağını yoxlamaq istəyirdim.
Konsertin keçirilməsinə 3 gün
qalmış öyrəndim ki, bütün biletlər
satılıb. Mən həmin konsertə
bir tamaşaçı kimi ustad xanəndələrimizi də
dəvət etmişdim. Onların
xeyir-duasını, tövsiyələrini eşitmək istəyirdim.
Konsert böyük anşlaqla keçdi. O
uşaqların hər yerdə oxumağa imkanları yoxdur, biz
onlara şərait yaratmalı, meydan verməliyik. Biz onlara həmin konsertlə sənət vəsiqəsi
verdik.
Şərəfli sənət
- Bizim sənətçilərin
öz ölkəmizdə deyil, daha çox xaricdə konsertə
can atmalarının səbəbini necə izah edərdiniz?
-
Ölkəmiz xaricdə nə qədər təbliğ
olunsa bu, bizim üçün o qədər
yaxşıdır. Bu, bizim
muğamımızın, milli musiqimizin inkişafıdır.
Hansı xanəndəmiz gedirsə, onu
alqışlamaq lazımdır. Öz
ölkəmizdə konsert verməyin maliyyə çətinlikləri
var. Vaxt qıtlığı da həmçinin. Şəxsən mənim pedaqoji fəaliyyətim,
opera teatrındakı işim, qastrollarım ölkəmizdə
konsert verməyimə mane olur. Konsertə
xüsusi hazırlaşmaq lazımdır. Bununla
belə payız aylarında solo konsert proqramı ilə
çıxış etmək haqda düşünürəm.
- Məşhur xanəndələrin
belə bir sözü var: «Muğam bir dəryadır, hər
gələn yalnız bir damla götürə bilər». Siz bu dəryadan nə götürə bilmisiniz?
- Heç kəs deyə bilməz
ki, o dəryadan nələr götürüb. Mənim
də gücüm nəyə çatırsa onu öyrənə
bilmişəm. Zamanın
sınağından keçib xalqın yaddaşında qala
bilirsənsə, demək sən nə isə öyrənə
bilmisən. Ona görə də muğam
çox ağır və şərəfli sənətdir.
Gərək bu sənətin fanatı olasan,
ömrünü ona həsr edəsən. Əgər
tanınmaq, hansısa bir məqsəd üçün sənətə
gəlirsənsə onda yarı yolda qala bilərsən. Xalqın sevgisini, istəyini qazanmaq, insanların
zövqünü oxşamaq lazımdır.
Toy və səhnə
- Siz də deyirsiniz ki, «Toylar
Konservatoriyadır?»
- Toylar
Konservatoriya ola
bilməz. Əgər toylar Konservatoriyadırsa,
onda məktəblərimiz, təhsil ocaqlarımız nə
üçündür? Toylar
xalqımızın adət-ənənəsidir. Toylara oxumağa gedənlərə pis
yanaşmıram. Ustad xanəndələrimizin
əksəriyyəti də toylarda oxuyublar.
- Bəs siz niyə toylara
getmirsiniz?
- Mən çox nadir hallarda
– dostlarımın, yaxın adamlarımın toylarına gedirəm.
Həm də bu, təcrübə toplamaq
baxımından lazım olur. Oxumaq
üçün böyük səhnələr var. Toyu
böyük səhnəyə dəyişmək mümkün
deyil.
- Siz xaricdə olanda oralarda
qalıb işləmək təklifi alırsınız?
- Belə təkliflər
çox olub. Ancaq mən başqa ölkədə
bir həftədən artıq qala bilmirəm. Öz vətənim, işim, övladlarım, ailəmdən
ötrü darıxıram. Məni buraya
bağlayan çoxlu tellər var. Hara gediriksə gedək, sənətimizin
əsas vətəni Azərbaycandır. Biz
gücü burdan alırıq. Bu fikirlərim
şüar deyil. Sözün əsl mənasında,
mən öz Vətənimlə nəfəs alıram.
Təranə Məhərrəmova
Kaspi. – 2010. – 10 iyun. – S.8.