Alim və Fərqanə Qasımovlar
İstanbul tamaşaçılarını
heyran etdilər
Dünya şöhrətli
muğam ifaçısı,
xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova İstanbulda keçirilən
beynəlxalq konsertdə
çıxış ediblər
Artıq vətənə
dönən Alim Qasımovun Lent.az-a verdiyi məlumata görə, konsert İstanbulun Yerebatan Sarıncı konsert salonunda baş tutub:
“Bura yeraltı məkandır. Bizans
imperiyası dövründən qalıb. Çox gözəl
yerdir. Konsertimiz də elə burada baş tutdu. Böyük
maraqla qarşılandıq. Tamaşaçılar musiqimizə,
ifamıza heyran qaldılar. Bir neçə kanala müsahibə
verdik, çəkilişlər oldu. Bir sözlə, səfərdən
məmnun qaldıq”.
Konsertdə xanəndələri
Rauf İslamov, Rafael Əsgərov, Cavidan Nəbiyev və Zəki
Vəliyev müşayiət edib. 90 dəqiqəlik konsert
proqramı ərzində “Mahur” dəsgahı və
“Bayatı-Şiraz” təsnifi ifa olunub.
Muğam
ifaçıları bir neçə yeni təklif də
alıb. Belə ki, Qasımovlar Ramazanda və dekabrda da
İstanbul və Ankarada yenidən türkiyəli
tamaşaçıların qarşısına
çıxacaqlar.
Xəyalə
Kaspi. – 2010. – 10 iyun. – S.16.