İstiləşmənin əhalinin
sağlamlığına təsirləri ilə bağlı
geniş tədqiqatlara ehtiyac var
Xəzərin səviyyəsinin artması, içməli
su resurslarının deqradasiyası baş verə biləcək
itkiləri artıra bilər
Hazırda bütün
dünyada, o cümlədən də Azərbaycanda anomal
hidrometeoroloji hadisələrin sayı artmaqdadır. Bu isə həmişə təbii proseslər
üzündən baş verən iqlim tərəddüdlərinə
antropogen təsirlərin sürətləndiyini təsdiqləyir.
Bəs artıq
qlobal səviyyədə qəbul edilən iqlim dəyişmələrinə qarşı lazımi tədbirlər
görülməzsə, hansı fəsadlar qaçılmaz olacaq? Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun (HPB) direktor əvəzi,
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının
milli əlaqələndiricisi Umayra Tağıyeva
ilə söhbətimizə bu dəyişmələrin
ölkəyə təsiri ilə başladıq:
- Azərbaycanın qlobal
tullantılarda payı 0,3 faizdir. Bu
payın çox az olmasına baxmayaraq, bizim olkə də artıq iqlim dəyişmələri
təsirlərinə məruz qalır. Aparılan təqqiqatlara
görə, Azərbaycanda 1961-2000 illər ərzində
1886-1960-i illərə nisbətən orta temperaturun 0,70- dək yüksəlməsi müəyyən
olunub. Bu səbəbdən də,
Milli Məclis 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasını,
2000-ci ildə isə bu konvensiyaya əlavə olan Kioto Protokolunu ratifikasiya edib. Azərbaycan
hazırda Kioto Protokolunun yalnız Təmiz İnkişaf
Mexanizmi layihələrində iştirak edə bilər.
- Yaxın illər
üçün Azərbaycanda iqlim şəraiti ilə
bağlı vəziyyət necə
proqnozlaşdırılır?
-Milli
Hidrometeorologiya Departamentində atmosferə atılan karbon və
digər istilik effekti yaradan qazların indiki templə
artacağı vəziyyətdə ölkəmizdə və
Qafqaz regionunda iqlimin necə dəyişiləcəyinin
mümkün ssenarilərindən birinin hazırlanması
üçün model hesablamaları aparılıb. Hesablamalar ən
müasir iqlim modellərindən biri sayılan Böyük
Britaniyanın Hadli Elmi-Tədqiqat Mərkəzinin PRECİS
modeli əsasında həyata keçirilib. İstilik effekti yaradan qazların emissiya ssenarisi kimi
İqlim dəyişmələri üzrə Dövlətlərarası
Ekspertlər Qrupunun müəyyən etdiyi ən sərt
ssenari götürülüb. Bu ssenariyə
əsasən, XXİ əsrdə Yer kürəsində istilik
effekti yaradan qazların emissiyası yüksək templə
davam edir. Alınmış ssenariyə
görə, 2070-2100-cü illərdə regionda orta illik
temperaturların indikindən 3-60, ölkəmizdə isə 50
yuxarı olacağı gözlənilir. Bu
zaman maksimal temperaturlar 5-70 artacaq. Yağıntıların
bir qədər yüksələcəyi, amma buxarlanmanın
yağıntılara nisbətən daha sürətlə
artacağı gözlənilir. Külək
rejimində və nisbi rütubətdə ciddi dəyişikliklər
baş verməyəcək. 2020-2050-ci illərdə
isə qlobal istiləşmənin ölkəmizə təsiri
orta temperaturların 1.50C artması ilə biruzə verəcək.
Alınmış nəticələr nəinki
respublikamızda, eləcə də regionda böyük maraq kəsb
edir. Respublikamızda belə geniş
miqyasda iqlim modelləşməsi ilk dəfə olaraq həyata
keçirilib. Alınmış nəticələr sənayedə,
kənd təsərrüfatında ,
iqtisadiyyatın ayrı-ayrı sahələrində bu ssenarilərə
uyğun olaraq iqlim dəyişmələrin təsirinin
yumşaldılması və adaptasiya təbdirlərinin
işlənilməsi üçün istifadə ediləcək.
-Atmosfer anomaliyalarından zərər
çəkəcək əsas sahələr müəyyənləşidirilib?
-Təbii ki, iqlim dəyişmələri
tək temperatur rejiminin artması ilə səciyyələnmir.
İqlimdə baş verən dəyişmələr artıq
iqtisadi və sosial itkilərə gətirib
çıxarır, ölkədə baş verən
daşqınların, sellərin, quraqlıqların və s.
anomal hidrometeoroloji hadisələrin sayı artmaqdadır.
Proqnozlara görə, Xəzər dənizi səviyyəsinin
artması, eyni zamanda
içməli su resurslarının deqradasiyası
da baş verə biləcək itkiləri artıra bilər. Azərbaycanın əsas çay hövzələri
üzrə aparılan tədqiqatlar göstərir ki, iqlim dəyişmələri
və antropogen təsirlər ölkənin su
ehtiyatlarının azalmasına, müvafiq olaraq, su təminatında
defisitlərin artmasına gətirib şıxarır. Su təminatının vəziyyətinin qiymətləndirməsinə
əsasən, demək olar ki, bu gün artıq səth su mənbələrinin
defisiti mövcuddur. Eyni zamanda, su ilə
bağlı ağır ekoloji vəziyyət - torpaqların
şoranlaşması, onların kimyəvi elementlərlə
çirklənməsi, çayların ağır ekoloji vəziyyəti
yaranıb ki, bunların həlli tələb edilir. Əgər nəzərə alsaq
ki, gələcəkdə atmosferə atılan karbon
qazının iki dəfə artması göstərilən su
defisitini də iki dəfə artıra bilər, onda
respublikanın əsas iqtisadi sahələri üzrə
-energetika, kənd təsərrüfatı, su nəqliyyatı
və s. su təminatının kompleks problemlərinin həllinə
yönələn adaptasiya strategiyasının
hazırlanması olduqca aktualdır. Azərbaycanın
çaylarının axımından 1,4
milyon hektara yaxın sahədə kənd təsərrüfatı
bitkilərinin suvarılması üçün geniş
istifadə olunur. Bu məqsədlə hər il
10-12 kub km su tələb olunur.
- Ssenarilərdə yaxın
gələcəkdə Xəzərin səviyyə tərəddüdləri
ilə bağlı vəziyyət necə qiymətləndirilir?
-Xəzər dənizində
suyun səviyyəsinin çoxillik dəyişmələri təbii
tsiklik proses olub, əsasən onun hövzəsində və
atlantik–avropa sektorunda atmosfer sirkulyasiyaları ilə əlaqədardır.
Bu proseslər nəticəsində dənizin su
balansı dəyişir ki, bu da səviyyənin qalxıb – enməsinə
səbəb olur. Xəzər dənizi səviyyəsinin
dəyişmə xarakteri instrumental müşahidələr
müddətin-1830 – cu ildən belədir: səviyyə 1830 –
1929 –cu illərdə nisbətən stabil qalıb. 1930 – 1941 –
ci illərdə səviyyə kəskin, yzni 2 m, 1942 – 1977 – ci
illərdə isə tədricən 1m enib. 1978 – 1995 – ci illərdə
kəskin, yəni 2.50 m qalxıb, 1996 – 2000 – ci illərdə zəif
-0.40 m azalıb. 2001 – ci ildən isə dənizin
səviyyəsi zəif sürətlə, ildə 3-4 sm
artmaqdadır. Hazırda Xəzər dənizinin
səviyyəsinin atmosfer proseslərinin inkişafına və
regional iqlimin istiləşmələrinə əsaslanan uzun
müddətli proqnozlara görə, onun səviyyəsinin 2020
– ci illərə qədər 80 – 90 sm yüksələcəyi
gözlənilir. Xəzər dənizinin səviyyəsinin müasir
yüksəlməsi sahilyanı zonada fövqaladə sosial –
iqtisadi və ekoloji vəziyyətin yaranmasına səbəb
olub. Dəniz sahili zonada yerləşən
yaşayış məntəqələri, sosial - iqtisadi
obyektlər dəniz səviyyəsinin enməsi dövründə
tikildiyi üçün hazırda onların əksəriyyəti
subasmaya məruz qalıb. Subasmadan əlavə sahil zonasında yeraltı
suların səviyyəsi qalxıb, bataqlaşma və
şoranlaşma prosesləri güclənib. Xəzərın
səviyyəsinin 1978 – ci ildən başlayaraq qalxması nəticəsində
Azərbaycanda dənizlə 850 km-lik bütün sahil xətti
boyunca ərazi bu və digər
dərəcədə subasmaya məruz qalıb. Dəniz sahil boyu zonada təqribən 50000 ha ərazi
su altında qalıb ki, onun da 80 faizi Kür çayı mənsəbindən
Astara çayı mənsəbinə qədər olan ərazilərinin
payına düşür. Bu proses nəticəsində həmçinin
50 yaşayış məntəqəsi, 250 sənaye müəsisəsi,
60 km avtomobil, 10 km dəmir yolu xəttləri, çoxsaylı
rekreasiya obyektləri və s. subasmaya məruz qalıb. Azərbaycanın
iqtisadiyyatına təqribi hesablamalara görə 2–2,5 millyard ABŞ dolları ziyanlar dəyib. Hesablamalar göstərir ki, dənizin səviyyəsinin
hazırkı vəziyyətdən 1.5 – 2.0 m yüksələcəyi
halda, əlavə olaraq 100000 ha qədər sahilyanı ərazi
subasmaya məruz qalacaq. Bunun da 90 faizə qədəri
yenə də cənub ərazilərinin payına düşəcək.
- Bəs tədqiqatlara
görə, iqlim dəyişmələri əhalinin
sağlamlığına necə təsir edəcək?
- İqlim dəyişmələrinə
həssas sahələrdən biri də əhalinin
sağlamlığıdır. Əhalinin
sağlamlığının mühafizəsi və
yaxşılaşdırılması ilk növbədə
ölkədə istər dövlət, istərsə də
özəl səhiyyənin inkişaf səviyyəsindən
və tibbi xidmətin keyfiyyətindən asılıdır. Son
dövrlər bir sıra tədbirlərin həyata
keçirilməsi nəticəsində tibb müəssisələrində
əhaliyə göstərilən xidmətin keyfiyyəti
yaxşılaşıb və bu proses davam edir. Müşahidə
edilən iqlim dəyişmələri insanın
sağlamlığına, onun yaşayışına həm
iqlimin istiləşməsi ilə, həm də müxtəlif
təhlükəli hidrometeoroloji hadisələr-
daşqın, sel, tufan və s. vasitəsilə təsir
göstərə bilər. Azərbaycanda iqlim dəyişmələrinin
regional təzahürləri artıq faktdır. Son illər ölkədə yay aylarında
güclü istilərin müşahidə edilməsi adi hala
çevrilib. Kəskin yay istilərinin Bakı şəhərində
əhalinin xəstələnməsi və ölüm
hallarına təsirinin tədqiqi zamanı müəyyən
olundu ki, çox isti yay dövründə əhalinin
bütün səbəblərdən olan müraciətlərinin
sayı 21,6 faiz,
həmçinin qan dövranı sistemi xəstəlikləri
üzrə müraciətlər 34,1 faiz artıb. Bir sıra Avropa ölkələrinin paytaxtları ilə
müqaisədə anomal isti yay aylarında Bakı şəhərində
əlavə ölüm halı çox deyil. Yəni 3,4 faizlə ölçülür. Paytaxtda əlavə ölüm
hallarının nisbətən az olması
uzun sürən isti yay şəraitinə yerli əhalinin
uyğunlaşma xüsusiyyətləri ilə
bağlıdır. Belə ki, iyul və avqust
aylarında günorta vaxtı 30-320C temperaturlar adi haldır.
Gələcəkdə risk qrupu sayılan yaşlı əhalinin
sayının artması və şəhərlərdə
«istilik adalarının» mövcud olması kəskin istilərin
mənfi təsir effektini daha da artıra bilər. Ümumiyyətlə, iqlim dəyişmələrinin
ölkə əhalisinin sağlamlığına
mümkün təsirlərinin qiymətləndirilməsi təqribi
səciyyə daşıyır. İqlimin
istiləşməsinin Azərbaycan əhalisinin
sağlamlığına mümkün təsirlərinə
daha geniş şəkildə və onların kəmiyyət
göstəricilərini də əhatə etməklə, elmi
tədqiqinə ehtiyac var.
Qismətqızı Həqiqət
Kaspi. – 2010. – 3 mart. – S.13.