Hələ qarşımızda bir ömür durur
İlləri əl-ələ
verib gəlmişik
Əlini əlimdən
çəkmə, nə olur.
Beş dənə
onluğun - sadə misalın...
Əzaba, zəhmətə
bölünməyi var.
Vətəndaş
ömründən alim ömrünə,
Hesaba gəlməyən
qayğılar durar.
Bir ailə
ömrünün ötən anları,
Yarı kitabxana, yarı
yollarda.
Dünyanın
çalışqan tələbəsi sən,
Nigaran qadını mən idim onda.
Soyuğu, istisi uzaq ellərin
Əlimə, üzümə gəlib çatardı.
Bir evin, ocağın əziz tikəsi,
Sən gələn
zamana, vaxta qalardı
Biz varlı
deyildik, qibtə yeriydik
Dövlətli qonşuya, pullu dostlara,
Bu evdə
heç nəyin olmayan vaxtı,
Sevgi bəxş
edərdik pay umanlara
Nə deyim, hərdən də küsdüm, incidim
Üzünə gəlmədim,
qəlbə yük olar...
Bəzən qayğılara
bələnən ömrün
İtmiş ayı, günü
bizi haraylar
Bəzən də içimdən asılan giley
Ünvana yetişməz, havada
qalar...
Birtəhər yaşadım
indiyə qədər,
Sənə bundan sonra ehtiyacım
var.
Sən bildin, mən bildim, bir də dörd
divar
Olub-olmayanı kimsə bilmədi.
Yarıya böldüyün
papirosların
Kül yeri, köz yeri ürəyimdədi.
Neyləyim, izahı
yoxdu bu sirrin
Haqq yazan, bəxt yazan sevgi payımsan
Bəzən, uşaqların
ən əköyünü,
Ən əziz,
ən sözə baxmayanısan
Durmusan ƏLLİNİN astanasında,
Hələ qarşımızda bir ömür durur.
İlləri əl-ələ
verib gəlmişik
Əlimdən əlini çəkmə
nə olur.
Sona Vəliyeva
Kaspi. -2010. – 10 mart. – S.13.