“Beynəlxalq təşkilatlara inanmamalıyıq”
Rəbiyyət Aslanova: “Nə
BMT qəbul etdiyi dörd qətnamənin həyata keçməsi üçün məsuliyyət
daşıyır, nə
də ən xırda prosesləri belə izləyən Avropa Şurası bu məsələdə bir qətiyyət göstərir”
Milli Məclisin
İnsan Haqları üzrə Daimi Komitəsinin sədri Rəbiyyət Aslanovanın
müsahibəsi
- Rəbiyyət xanım, bu gün dünyada insan haqlarının pozulmasına səbəb olan mövcud neqativ hallar, bir çox hallarda ədalətin deyil, güclünün müdafiə edilməsi dünyanı hara aparır? İşğala məruz qalan Azərbaycan ictimaiyyəti hansı baryerləri aşmalıdır?
- Sözsüz ki, dünyada mövcud olan münaqişələr bu gün dünyanı idarə etmək arzusunda olan superdövlətlərin, beynəlxalq təşkilatların gözü qarşısında və bəlkə də onların razılığı ilə baş verir. Bu gün ən böyük problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını da bu superdövlətlər çox gözəl bilir. Təəssüflər olsun ki, beynəlxalq hüququn normalarına çox etinasız yanaşan bu dövlətlər heç nə etmirlər.
Dünyada baş verən odur ki, insan hüquqları
spekulyativ normaya çevrilir. Bu adla ayrı-ayrı
dövlətlərin ərazilərinə
də daxil olur, bu adla
ayrı-ayrı dövlətlərin
suverenliyinə də müdaxilə edilir və sairə. Bu baxımdan Azərbaycanda mövcud olan bu böyük
problemin həlli məsələsində biz
bu gün beynəlxalq təşkilatlara
arxalanmamalı, inanmamalıyıq.
Çünki nə Birləşmiş
Millətlər Təşkilatı
qəbul etdiyi dörd qətnamənin həyata keçməsi üçün məsuliyyət
daşımır, nə
də ən xırda prosesləri belə izləyən Avropa Şurası bu məsələdə bir qətiyyət göstərmir. Yaxud da ATƏT, ATƏT-in
Bəlkə də bu gün
dünya, yeni beynəlxalq hüququn formalaşmasına ehtiyac duyur. Əgər ötən
əsrin 50-ci illərində
yaranmış prinsiplər
bu gün öz imkanlarını tükəndiribsə, əgər
bu gün insan huquq və
azadlıqlarının qorunması
ilə əlaqədar
olaraq qəbul olunmuş Avropa Konvensiyası Avropa adlı məkanda təhlukəsizliyi, sabitliyi
təmin edə bilmirsə, bu onu göstərir ki, doğrudan da beynəlxalq hüquqda əsaslı dəyişikliklərə ehtiyac
var. Bu baxımdan çox
gözəl olardı
ki, insan hüquqlarının qorunması
ifadəsi ilkin mahiyyətini qazansın. Bu gün insan
hüquqlarının qorunması
altında Əfqanstanda,
Fələstində baş
verən hadisələr
və digər proseslər onu göstəri ki, bu iki məntiq
tamamilə bir-birinə
ziddir.
Biz beynəlxalq qurumlara hörmətlə yanaşırıq. Çünki vaxtilə böyük inamla bu qurumlara
üzv olmuşuq, öhdəliklər götürmüşük.
Biz yenə də
inamımızı saxlamaq
istərdik. İstərdik ki, bu böyük
dövlətlər öz
gücündən öz
qüvvəsindən başqasını
əzmək istiqamətində
deyil, doğrudan da böyük təhlükəsizlik məkanının
formalaşmasında istifadə
etsinlər və biz də bu prosesdə
iştirakçı olaq.
Amma təəssüf ki, XX əsrin böyük 10 illiyi keçdi və həmin əsrdən bu günkü günə kimi qalan münaqişələrin
heç biri uğurla nəticələnmədi.
Bəlkə də dünyamız
bu gün ən çətin dövrünü yaşayır.
- Bütün
bunların arxasında
cəmiyyətin problemləri,
yoxsa başqa nəsnələr var?
- Bu, cəmiyyətin
problemi deyil. Götürək Azərbaycan cəmiyyətini.
Bizim cəmiyyət çox demokratik, hüquqi dövlət içərisində
yaşayan bir ölkədir. Bu cəmiyyətin istəyi,
arzusu ərazi bütövlüyünün təmin
olunmasıdır. Bu, sırf qanuni arzudur, beynəlxalq hüquqa söykənir, qaçqın-köçkün ifadəsindən can qurtararaq
yaşamaq istəyir.
Azərbaycanda sülhün, sabitliyin, güzəranın, tərəqqinin
olmasından rahatlıq
tapa bilməyən beynəlxalq güclər olduqca vacib strateji
ərazidə həmin
prinsiplərin bərqərar
olmasına maneə olmaq istəyirlər. Söhbət bundan gedir. Azərbaycan cəmiyyəti qədər
yüksək mədəniyyətə
sahib sivill cəmiyyət
yoxdur. Azərbacyan qonşularla dinc
və əmin-amanlıq
şəraitində yaşamaq
arzusunda olan dinc tolerant bir ölkədir. Bu gün Cənubi Qafqazda ən sabit məkan Azərbaycandır.
Təbii ki, əgər bu qədər dərdimiz varsa, cəmiyyət rahat ola
bilməz. Cəmiyyət bütün gücünü
həmin istiqamətə
yönəldib problemi
həll etməyə çalışır. Bu problemi həll etmiş olsaydıq, biz daha artıq tərəqqiyə nail ola bilərdik. Hesab edin ki, 9 milyon
əhalisi olan bir ölkənin əhalisinin 9-da biri qaçqın-köçkün həyatı yaşayır.
Bu problem həll olunsaydı, onda digər problemlərin də həlli asanlaşardı. O zaman
Azərbaycan öz maddi resurslarını başqa istiqamətə yönəldərdi.
- Ən dinc şəraitlərdə
belə cəmiyyət
böyük tələblərlə
çıxış edir.
- Cəmiyyət
dinamik orqanizmdir. O, həmişə özünü
təsdiq etməyə
çalışan, həmişə
durulan, saflaşan bir orqanizmdir. Bu baxımdan cəmiyyətə
ayrı-ayrı fərdlərin
bir toplumu kimi baxsaq, nəzərə
almalıyıq ki, hər bir fərdin
özünün arzusu
var. Bu istəklər birləşərək
bir milli ruha çevrilir. Bu milli ruh durularaq saflaşır, kamilləşərək yüksəlir.
Amma bu o demək deyil ki, cəmiyyətdə
neqativ hallar olmur. O da olur. Ancaq ən çətin anlarda belə, cəmiyyət özünü
silkələyir və
özü kamilləşməyə
doğru addım atır. Bütün çətinliklərə baxmayaraq, cəmiyyət üçün vacib olan ən böyük
məqam şəxsi mənafeyi milli marağa tabe etmək bacarığı,
qabiliyyətidir. Düşünürəm ki, bu gün
Azərbaycan cəmiyyəti
milli biliyi əldə edib, torpaqların işğaldan
azad edilməsinə
nail olacaq.
Qafarlı Tahirə
Kaspi. -2010. – 11 mart. – S.8.