Yatammıram, soyuqdur..
Keçmişi verdim bada,
Nizamsız ordu kimi.
Kimi qaranlıq
ada,-
Baxıram, nurdu kimi...
Neynim, bir koma yoxdur,
Yatammıram, soyuqdur.
Sinəm oyuq-oyuqdur
Qarışqa yurdu kimi.
Qaldı elim, vətənim,
Min azarım var mənim.
Oldum ömrümə
qənim
Barama qurdu kimi.
Qafarlı Zirəddin
Kaspi. -2010. – 12 mart. – S.13.