Turizmin başlıca problemi 

 

Regionlarda otel mehmanxanalar kifayət qədər səriştəli komanda formalaşdıra bilmirlər

 

Bu gün Azərbaycanda turizmi iqtisadiyyatın yüksək gəlirli sahəsinə çevirmək, sosial və ekoloji tələblərə cavab verəcək səmərəli, rəqabətqabiliyyətli müasir turizm kompleksləri yaratmaq, bu sahədə yeni iş yerlərinin açılmasını təmin etmək qeyri-neft sektorunun inkişafı istiqamətində əsas hədəflərdəndir.

Növbəti illər üçün prioritet sayılan bu istiqamətlərAzərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət  Proqramı”ında yer alıb. Belə ki, 2013-cü ilədək ölkədə rəqabətqabiliyyətli turizm infrastrukturunun və turizm sənayesinin yaradılması, mövcud turizm obyektlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, turizm xidməti üzrə mütərəqqi üsulların, standartların hazırlanması və tətbiqi nəzərdə tutulur. Ümumiyyətlə, ötən müddətdə II Dövlət Proqramı çərçivəsində turizm infrastrukturunun inkişafı ilə bağlı regionlarda xeyli iş görülüb. Amma qarşıda görüləcək işlər də az deyil. Azərbaycan Turizm İnstitutunun (ATU) “Turizm biznesinin təşkili və texnologiyası kafedrası”nın müdiri, dosent Bahadur Bilalovla söhbətimizə də regionlarda turizmin mövcud vəziyyətindən başladıq:

 

 

TURİZMİN ƏSAS ATRİBUTLARI

 

-Dövləti başçısı qeyri-neft sektoru içərisində turizmin inkişafına xüsusi önəm verir. Bu amil hələ 2004-cü ilin fevralında təsdiq olunmuş “2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda öz əksini tapmışdı. Belə ki, həmin proqramda Azərbaycanın müxtəlif regionlarında 30 turizm obyektinin yaradılması nəzərdə tutulmuşdu. Turizmin əsas atributlarından biri gecələmə yerlərinin – mehmanxanaların mövcudluğudur. Sevindirici haldır ki, nəinki Bakı şəhərində, artıq ölkəmizin müxtəlif regionlarında yüksək dərəcəli mehmanxanalar inşa edilərək turistlərin istifadəsinə verilib. Bu gün demək olar ki, Azərbaycanın hər bir səfalı guşəsində turistləri qəbul edə biləcək mehmanxanalar mövcuddur ki, bunu nailiyyətimiz kimi dəyərləndirmək olar. Digər bir tərəfdən, Bakı şəhərini respublikamızın regionları ilə birləşdirən avtomobil yollarııının yüksək standarlara uyğun yenidən qurulması da müsbət qiymətləndirilməlidir. Təbii ki, görülən işlərlə yanaşı, həlli vacib olan bir sıra problemlər da var. Mehmanxana qiymətlərinin bahalığı, istirahət mərkəzlərində turistlərə göstərilən xidmətlərin dünya standartlarına uyğun olmaması, ekskursiya xidmətlərindəki çatışmamazlıqlar, suvenirlərin çeşidinin lazımı qədər olmaması, turistlərə xidmət edən sürücülərin çatışmaması və s. kimi xeyli sayda problemlər həllini gözləyir.

-Azərbaycanın əsas hansı rayonlarında turizmin inkişafı üçün kifayət qədər potensial mövcuddur?

-Ölkəmiz ilahinin qüdrətindən turizmin inkişafı üçün kifayət qədər potensiala malikdir. Azərbaycanın hansı guşəsinə getsəniz, orada turizmin bu və ya digər növünün inkişafı üçün kifayət qədər potensial üzə çıxarmaq mümkündür. Xəzər dənizi, irili-xırdalı göllər, çaylar, mineral bulaqlar, şəlalər, meşələr, əsrarəngiz dağlar, tarixi-memarlıq abidələrimiz daima turistıəri özünə cəlb edir. Maraqlı məqam ondan ibarətdir ki, ölkəmiz nəinki maddi, eyni zamanda, qeyri maddi potensialla da zəngindir. Təsadüfi deyil ki, Mədəniyyət və Turizm Nazirliyi “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” layihəsi reallaşdırır. 2010-cu ildə Gəncə- Azərbaycanın əfsanələr, Qazax-folklor, Şəki-sənətkarlıq paytaxtı elan edilib.

 

ƏN BÖYÜK POTENSİAL - KƏND TURİZMİ

 

-Ölkənin coğrafi yerləşməsi iqlim mühitini nəzərə alaraq, turizmin hansı istiqamətlərini inkişaf etdirməklə gəlir qazanmaq imkanlarımız var? 

- 825 km Xəzər sahili çimərlik turizmi, qarlı dağlarımız qış turizmi, dağlıq rayonlarımız dağ ekstremal turizm, biri-birindən gözəl kəndlərimiz kənd ya aqrar turizm, Azərbaycanın qədim tarixini özündə əks etdirən tarix-memarlıq abidələrimiz mədəni turizm, mineral bulaqlarımız, müalicəvi neftimiz iqlimimiz müalicə-sağlamlıq turizmi, milli parklarımız meşələrimiz ekoturizm, regionlardakı olimpiya kompleksləri idman qurğuları idman turizmi, ziyarətgahlarımız dini turizmin, bənzərsiz mətbəximiz qastronomiya turizminin inkişaf etdirilməsi üçün imkan verir. Fikrimcə, hazırda mövcud olan turizm növlərindən yalnız kosmik turizmi çıxmaq şərtilə, qalanları Azərbaycanda inkişaf etdirmək və gəlir əldə etmək mümkündür. Hesab edirəm ki, bu növlərin içərisində ən böyük potensiala malik olanı kənd turizmidir. Ölkədə 4253 kənd yaşayış məntəqəsi var ki, bununda böyük əksəriyyəti yaşıllıqlar qoyununda və ya dağlıq ərazilərdə yerləşən kəndlərdir. Bu baxımdan, qeyd etmək olar ki, Azərbaycanda kənd turizminin inkişaf etdirilməsi üçün potensial var. Kənd turizminin reklamı və onların təbiəti, yaşayış evləri haqqında məlumatların istehlakçıya catdırılması üçün “Kənd turizmi”adlı internet portalının yaradılması məqsədəuyğun olardı. İnternet vasitəsilə seçilmiş kəndlərin yaşayış evləri barədə informasiyanın yerləşdirlməsi ilə yanaşı, onun təbiəti adət-ənənələri barədə informasiya vermək mümkündür. Turizmin bu növündə iştirak edənlərin asudə vaxtlarının səmərəli təşkili üçün yerli əhali tərəfindən əlavə xidmətlərin təşkili imkanları da artırılmalıdır. Bu məqsədə kütləvi tədbirlərin keçirilə bilər. Buraya at yarışları, ekskursiyalar, kənd təsərrüfatı məhsullarının yarmarkasının keçirilməsi, bayram tədbirləri, ekoloji turlar, idman tədbirləri, kulinariya ilə bağlı tədbirlər s. daxil ola bilər. Qeyd olunanları nəzərə almaqla, kənd turizm üzrə turpaketin formalaşması mümkündür.

-Regionlarda turizmin inkişaf etdirilməsi yeni iş yerlərinin açılması, həmin ərazilərdə yerli əhalinin məşğulluğunun təmin edilməsi məqsədi də daşıyır. Bu baxımdan, əhalinin turizm sektorunda işləmək bacarıqlarının inkişaf etdirilməsi üçün hansı məsələlərə diqqət yetirilməlidir?

-Fikrimcə, ilk növbədə regionlarda turizmin iqtisadi səmərəliliyi barədə maarifləndirmə işləri aparılmalıdır. Turistlərlə işləmək arzusunda olanlar müəyyən edilməli onlara müvafiq treninqlər keçirilməlidir. Eyni zamanda, regionlardakı yerli bələdiyyələr üçün treninqlər təşkil edilməli onlara turizminin üstünlükləri izah edilməli, bu prosesdən onların da qazanc əldə etmək imkanları diqqətə çatdırılmalıdır.

-Bu gün regionlarda fəaliyyət göstərən otel mehmanxanalar kifayət qədər səriştəli komanda formalaşdıra bilirlərmi? Bu sahədə hansı problemlər varmı?

- Ağır olsa da, birmənalı olaraqyoxdeyə bilərik. Regionlarda fəaliyyət göstərən mehmanxanalar istirahət mərkəzləri işlərini düzgün qura bilmədiklərindən faktiki olaraq ilin müəyyən bir mövsümündə fəaliyyət göstərdiyindən daimi işçi saxlaya bilmirlər. Hər mövsümdə  yeni-yeni səriştəsiz işçilər cəlb edirlər ki, bu da xidmətlərin keyfiyyətinə mənfi təsir edir. İkinci bir tərəfdən, peşə texniki təhsili səviyyəsində lazımı sayda kadrların hazırlanmamasıdır. Ofisiant, barmen, xadimə, qapıçı, aşpaz s. peşələrdə işləmək üçün bakalavr təhsilinə ehtiyac yoxdur. Düzdür, son vaxtlar QəbələdəTurizm otelçilikPeşə Mərkəzi yaradılıb, İsmayıllıda pilot peşə məktəbinin yaradılması üçün işlər həyata keçirilir, lakin bunlar kifayət etmir. Əsas problem peşə öyrədəcək müəllimlərin çatışmamasıdır ki, ilk növbədə belə müəllimlər hazırlanmalıdır.

- Ümumiyyətlə, regionlara turistlərin cəlbi üçün ilk növbədə hansı məsələlər öz həllini tapmalıdır?

- Regionlarımızın turizm potensialı yerli xarici sərgilərdə geniş təbliğ olunmalıdır. Bildiyimə görə, aprel ayının 28-30-da Bakıda keçiriləcək Beynəlxalq turizm sərgisində regionlarımız geniş şəkildə təmsil olunacaq. Belə tədbirlər, eyni zamanda Mədəniyyət Turizm Nazirliyinin qeyd etdiyim layihəsi regionlarımıza turist axınına təkan verə biləcək. Eyni zamanda, yerli bələdiyyələr bu işlə ciddi məşğul olmalıdırlar. Torpaq satmaqdansa, bələdiyyə ərazisində 1-2 ulduzlu mehmanxana inşa etməklə turizmdən daha çox fayda əldə etmək mümkündür.

 

 

Qismətqızı  Həqiqət

 

Kaspi. – 2010. – 16 mart .- S.11.