Təkliyimdə ölürəm

 

Namaz sonrası dualarımı

dəyişmişəm.

Şopeni sevmirəm artıq...

Dişlərimi fırçalamıram,

Yağış da içimi rahatlada bilmir

Səhərlər quşların

Səsi başıma düsür.

Yata bilmirəm.

Yuxumu qarışıq salıram.

Xəbərim olmur bədənimdəki

soyuq tərdən.

Bezirəm

radiodan, telefondan...

Gizlənməyə yer axtarıram.

Balaca pişiklər yaxınıma

gəlmir nəsə.

Qarnım tox,

Dərdim çox...             

Neçə vaxtdır dostlar da

halımdan bixəbər,

Təkliyimdə ölürəm.

Sən yoxsan təkliyimdə...

 

 

Zaman Orxan

 

Kaspi. -2010. – 1-3 may. – S.24.