Bakı – Qəhrəman şəhər
Marşal Jukov haqlı olaraq göstərir ki, “Bakı
neftçiləri Vətənin müdafiəsini və
düşmən üzərində qələbəni təmin
edəcək qədər yanacaq verdilər”
Tarixdə ən dəhşətli
müharibəsi sayılan Böyük Vətən Müharibəsi
- İkinci Cahan Savaşında tarixi qələbənin 65
illiyi yaxınlaşır. 55 milyon insanın həyatı
bahasına əldə olunan bu qələbədə Azərbaycan
xalqının da layiqli payı var. Ölkəmiz bu dəhşətli
müharibədə 300 min nəfərdən çox oğul
və qızını itirib. Alman komandanlığının
Qafqazı və ilk növbədə onların “neft səltənəti”
adlandırdıqları Abşeronu, “ildırım sürətli
müharibə” strategiyası, habelə taktikası ilə
tezliklə ələ keçirmək üçün
müxtəlif planlar, hətta xüsusi gizli hərbi əməliyyatlar
hazırlamasına baxmayaraq, onların niyyətləri baş
tutmadı. O ağır günlərdə
görülmüş ciddi müdafiə tədbirləri nəticəsində
Bakı neft rayonuna düşmən bombaları düşmədi.
Bu qəhrəman arxa şəhəri əsl döyüşən
qala, etibarlı cəbbəxana kimi şöhrət
qazanmış və bütün dünyada “Bakı”
sözü, düşmən üzərində qələbəni
təmin edən həlledici yanacaq bazası kimi
tanınmışdı.
Bakı neftçilərinin rəşadəti
Təsadüfi deyildir ki,
Bakı neftçilərinin rəşadətli əməyinə
heyranlıq və minnətdarlıqla baş əyən
döyüşkən ordu sıralarında xidmət etmiş
yazıçı L.Sobolyev yazmışdı: “Bakı
yanacağı ilə tanklarımız Prussiyaya daxil
olmuşdur. Bakı benzini ilə qəhrəman təyyarəçilərimiz
müharibə səmasına yiyələnir, Bakı
yanacağı ilə Dnepr donanmasının gəmiləri
Spreje çayı vasitəsiylə
Müharibə illərində ölkəyə 75 milyon
tondan çox neft verilmişdi
Bu, SSRİ-də o dövrdə
istehsal olunan neftin 75 faizini təşkil edirdi. Bakının
neft müəssisələrində istehsal olunan 22 milyon tondan
çox benzin, sürtkü yağları və digər neft məhsulları
cəbhəyə göndərilmişdir ki, bu da
döyüş təyyarələri üçün istifadə
olunan təyyarə benzininin 85-90 faizini təşkil edirdi. 1941-ci
ildə Bakı şəhərində müdafiə əhəmiyyətli
hidrogen qurğusu, "Katyuşa" reaktiv artilleriya
döyüş maşını, "Şpaqin" pulemyotu,
YAK-3 qırıcı təyyarəsi, 1942-ci ildə 130 növ
silah, silah hissələri, döyüş sursatı istehsal
olunurdu. Azərbaycan dəmir yol nəqliyyatı da qələbə
üçün çox iş görmüşdü. Cəbhəyə
600 mindən çox sistern daşınmışdı. Xəzər
dəniz gəmi işçiləri cəbhəyə 20 milyon
ton müxtəlif əhəmiyyətli hərbi yük göndərmişlər.
Respublika əməkçilərinin dövlət müdafiə
fonduna təhvil verdikləri 15 kiloqram qızıl, 952 kiloqram gümüş,
311 milyon manatlıq istiqraz da faşizm üzərində
qazanılmış qələbə üçün
böyük əhəmiyyət kəsb edirdi. Döyüşən
hərbi hissələrin əsgərlərinə
respublikamızdan 1 milyon 600 min hədiyyə, 125 vaqon isti paltar
yola salınmışdı. Bakıda 70-dən çox hərbi
hospital təşkil olunmuşdu ki, burada müalicə olunan
441.017 nəfər döyüşçünün 70 faizdən
çoxu yenidən cəbhəyə
qayıtmışdır. Müharibə dövründə
SSRİ-də 33 milyon ton neft istehsal olunub ki, bunun da 23,5 milyon
tonu Azərbaycanın payına düşür.
N.Baybakov hesab edir ki, Bakı Qəhrəman
şəhər olmağa çoxdan layiqdir. Lakin təəssüf
ki, o vaxtkı SSRİ rəhbərliyi bu addımı
atmadı. Sovet-Almaniya müharibəsi cəbhələrində
yüksək sərkərdəlik nümunələri göstərmiş
Sovet İttifaqı marşalları G.K.Jukov və K.K.Rokossovski
müharibə illərində dəfələrlə rəsmi
çıxışlarında bildiriblər ki, Azərbaycan
neftçiləri motorlar müharibəsində faşist ordusu
üzərində qələbədə cəbhəni
yanacaqla fasiləsiz təmin etməklə həlledici xidmətlər
göstərmişlər. Marşal K.K.Rokossovski həmin fikri
belə şərh etmişdi: "Hər bir hərbi təyyarəmizin,
tank ekipajının düşmənə zərbəsində
Bakı neftçilərinin payı vardır". Marşal
A.A.Qreçko yazmışdır ki, "Azərbaycandan cəbhəyə
tükənməz axınla yüksək keyfiyyətli benzin,
silah, döyüş sursatı və ərzaqla dolu yük
qatarları gəlirdi".
İngiltərə hökuməti
və Avropanın hərbi dairələri, Amerika Birləşmiş
Ştatları rəhbərliyi yəqin etdilər ki, Hitler
Sovetlər İttifaqının Urala qədər ərazilərini
və Bakı neftini də zəbt edərsə, onun dünya
ağalığı ilə mübarizə aparmaq
mümkün olmayacaqdır. Bu həqiqətən belə idi.
Çünki Avropanın 60-a qədər dövlətinin hərbi
texnikası 1941-ci ilə qədər bazalarda hərəkətsiz
dayandığı halda müharibə başlanandan sonra
bütün cəbhələrdə 20 minə qədər təyyarəsi
və o qədər tankı, avtomaşını, motoskleti
döyüşlərdə böyük həə yağ və
benzin işlədirdi. Elə buna görə də
çoxları deyirdilər ki, kim Bakı neftinə sahib olsa o
da qalib gələcəkdir. Bu işlər isə Azərbaycan
xalqının gərgin əməyi sahəsində
mümkün olurdu. Görkəmli alim Yusif Məmmədəliyevin
rəhbərlik etdiyi kimyaçı alimlər 100 növ
neft-kimya məhsulları, o cümlədən 38 növ
sürtkü yağı, 9 adda təyyarə benzini, 8 adda dizel
yağı istehsal etmişdilər. Bu da qələbənin təmin
edilməsində əvəzsiz rol oynayırdı. Ümumiyyətlə,
1941-1945-ci illər müharibəsində ön cəbhədə
və arxada Azərbaycanın 250.000 nəfərdən
çox övladı orden və medallarla təltif
olunmuşdur.
Təyyarələrin 85-90 faizi Azərbaycan benzini ilə
işləyirdi
Fərəh hissilə
xatırlamalıyıq ki, vuruşan təyyarələrin
85-90 faizi Azərbaycan benzini ilə işləyir, düşmənə
ağır zərbələr vururdu. Marşal Jukov haqlı
olaraq göstərir ki, “Bakı neftçiləri Vətənin
müdafiəsini və düşmən üzərində qələbəni
təmin edəcək qədər yanacaq verdilər”. Bütün
bunların əvəzində isə sovet rəhbərliyi
müharibənin qızgın çağında – 1942-ci ildə
Krım tatarları, çeçenlər, inquşlar,
qaraçaylılar kimi, Azərbaycan xalqını da şərqə
köçürmək səyi göstərmişdi. Burada,
şübhəsiz ki, Stalinqraddan sonra azərbaycanlıların
türklərlə birləşəcəyi barədə erməni
təbliğatının da rolu az olmamışdı. Lakin ani
bir hadisə – Azərbaycanın o vaxtkı rəhbəri Mircəfər
Bağırovun şəxsən Stalini inandıra bilməsi bu
faciəli hadisənin qarşısını
almışdı. Müharibədə rusların faşizm
üzərində qələbəsini təmin etməkdə
çox müstəsna rol oynayan hərbi texnika
üçün yanacaq verən Bakının “Qəhrəman
şəhər” fəxri adı almağa layiq görülməməsi
də şovinist imperiya siyasətinin bir təzahürü
olmuşdu. Bundan söz düşəndə Böyük Vətən
müharibəsinin baş qəhrəmanı Jukov bunu sovet rəhbərliyinin
ədalətsizliyi, Azərbaycanın o dövrdəki rəhbərliyinin
və ictimaiyyətinin passivliyi, təşəbbüssüzlüyü
kimi qiymətləndirib. Marşal Jukov açıqca deyib ki,
Bakı təkcə neftinə görə “Qəhrəman
şəhər” adı daşımağa layiqdir.
İlk gündən azərbaycanlılardan ibarət 5
diviziya təşkil edildi
Azərbaycanlıların
ön cəbhədə göstərdiyi qəhrəmanlıqlar
da əvəzsizdir. Elə ilk gündən azərbaycanlılardan
ibarət 5 diviziya təşkil edildi. Soydaşlarımızdan
ibarət 416-cı diviziya əslində Berlinə daxil olan ilk
hərbi birləşmə olub. 416-cı milli diviziyamız
Reyxstaqın 150 metrliyindəki Brandenburq darvazasının
üzərində müharibənin qələbə
bayrağını ucaltdı. Bu diviziyanın 8 nəfər
döyüşçüsü Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülüb ki, onların da 2 nəfəri
Ağaşirin Cəfərov və Bəhyəddin Mirzəyev
olub. 77-ci milli diviziyamızın da 8 nəfəri Sovet
İttifaqı Qəhrəmanı adına layiq
görülüb. İlk azərbaycanlı Sovet
İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun qəhrəmanlığı isə
o vaxtkı qəzetlərin səhifələrində əsas
yeri tutmuşdu. Azərbaycanlılar partizan hərəkəatında
da böyük şücaərt göstəriblər. Onlar
dünyanın bir çox ölkələrində
antifaşist hərəkatında fəal rol oynayıblar. Əfsanəvi
partizan Mehdi Hüseynzadənin qəhrəmanlığı
barədə isə hələ də danışılır.
Azərbaycanlı ilk general, iki dəfə Sovet İttifaqı
Qəhrəmanı Həzi Aslanovun şücaərti də
yaddaşlarda əbədi həkk olunub.
Beləliklə, 65 il bundan
öncə dünya birliyinin birgə təşəbbüsü
ilə faşist Almaniyası üzərində tarixi qələbə
qazanıldı və bəşəriyyət böyük bir
bəladan xilas oldu. Çox təəssüf ki, bu gün həmin
siyasət erməni faşistləri tərəfindən həyata
keçirilir. Azərbaycanın 20 faiz ərazisi ermənilər
tərəfindən işğal olunub, ölkə əhalisinin
hər 8 nəfərindən biri qaçqındır,
köçkündür. Milli münaqişənin gedişində
30.000 Azərbaycan vətəndaşı həlak olub, 200 mindən
çoxu isə yaralanıb, şikəst olub. Dünya birliyi
isə baş verənlərə göz yumur. Təcavüzkarın
başını sığallamaqla məşğuldur. Lakin əminik
ki, Azərbaycan xalqı öz qüvvəsi hesabına
torpaqlarını azad edəcək və ermənilərin
1988-ci ildə başladıqları müharibə onların məğlubiyyəti
ilə başa çatacaqdır.
Azər Nuriyev
Kaspi. -2010. – 6 may. – S.4.