Beynəlxalq təşkilatlar Azərbaycanı
müharibə variantına
sövq edirlər”
Gültəkin Hacıbəyli hesab
edir ki, Azərbaycan tərəfi münaqişənin paralel
həlli variantına əl atmaq üçün
kifayət qədər
güclüdür
Son günlər
Qarabağ münaqişəsinin
yenidən hərb yolu ilə həlli
məsələsi gündəmi
məşğul etməyə
başlayıb. Xüsusilə
dövlət başçısının
iştirakı ilə
Müdafiə Nazirliyində
keçirilən məlum
müşavirədən sonra
hərb variantı ilə bağlı ehtimallar daha da güclənməkdədir.
Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyasının
(AŞ PA) son toplantısında qurum rəsmilərinin Qarabağ məsələsinin
həllində bütün
məsuliyyəti ATƏT-in Minsk qrupunun üzərinə qoyması, o cümlədən
bu qurumun özünün fəaliyyətsizliyi
də Azərbaycanı
müharibə variantını
seçməyə məcbur
edir. Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr
komitəsinin sədr müavini Gültəkin Hacıbəyli də hesab edir ki,
Azərbaycan istənilən
vaxt hərb variantına əl ata bilər:
- Beynəlxalq
təşkilatların, xüsusilə
Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsində
aparıcı funksiyanı
üzərinə götürmüş
ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi
əslində, Azərbaycanın
konfliktin sülh yolu ilə həllinə
ümidlərini tükəndirməklə
yanaşı, eyni zamanda, müharibə variantını da qaçılmaz edir. Bu gün əslində, beynəlxalq təşkilatlar
öz fəaliyyətsizliyi
ilə Azərbaycanı
müharibə variantına
sövq edirlər. Baxmayaraq ki, beynəlxalq təşkilatların
üzərinə münaqişənin
sülh yolu ilə tənzimlənməsinə
yardım etmək missiyası qoyulub. Münaqişənin mahiyyəti
göz önündədir.
Münaqişənin iki
tərəfi var: işğalçı və
işğala məruz
qalan tərəf. Münaqişə tərəflərindən
birinin ərazisi işğal olunub, 20 faiz torpaqları digər münaqişə
tərəfi – işğalçı
Ermənistan tərəfindən
işğal altında
saxlanılır və
təcavüzkar ölkə
beynəlxalq birliyin bütün tələblərinə
sayğısızlıq nümayiş
etdirir. Belə olan halda beynəlxalq
təşkilatlar sülhə
necə nail ola bilərlər? Burada sülhə nail olmağın
iki variantı var. Birincisi, beynəlxalq təşkilatların da bir çoxunun ifadə etdiyi kimi, Azərbaycanı yaranmış siyasi reallıqlarla barışmağa
– belə demək mümkünsə, məğlubiyyətlə
barışmağa sövq
etmək...
- Bu, acı
da olsa, mümkün variantdırmı?
- Qətiyyən.
Bu, mümkün variant deyil.
Azərbaycan xalqı,
türk millətinin iradəsi heç bir halda bu
məğlubiyyətlə barışmayacaq.
Ölkə prezidenti İlham Əliyev dəfələrlə belə
cəhdlərə qarşı
özünün sərt
və qətiyyətli
mövqeyini ortaya qoyub. O bildirib ki, Qarabağ nə indi, nə
yüz il bundan sonra heç
zaman müstəqil olmayacaq. Eyni zamanda, cənab prezident dəfələrlə
bəyan edib ki, Azərbaycan öz ərazisinin bir qarışını belə düşmənə
güzəştə getməyəcək.
Azərbaycanın bu günə qədər də atdığı ən böyük kompromis elə uzun illərdir sülh yolu ilə nizamlanma prosesində iştirakdan ibarətdir. Bu gün Azərbaycan müharibə,
münaqişənin həllində
hərb variantına əl atmayıbsa və beynəlxalq təşkilatlara münaqişənin
sülh yolu ilə həll edilməsi üçün
imkan yaradıbsa, bu, artıq bizim tərəfdən edilən ən böyük güzəştdir.
Bununla yanaşı, mən burada cənab prezidentin bir fikrini də
xatırlatmaq istəyirəm:
vaxtilə Ermənistana
güzəşt edilib
və Azərbaycan torpaqlarında bir erməni dövləti yaradılıb, Azərbaycan
öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına
heç zaman imkan verməyəcək.
Bu, Azərbaycan tərəfinin,
ölkə başçısının,
Azərbaycan xalqının,
bütövlükdə türk
millətinin qətiyyətli
və birmənalı
mövqeyidir. Bu mövqe
ortadadır və bütün millətimiz siyasi mənsubiyyətindən
asılı olmayaraq, bu mövqenin arxasındadır. Bu məsələdə
Azərbaycanda prezidentlə
xalq, ümumiyyətlə,
bütün siyasi qüvvələr arasında
çox monolit bir birlik var. Deməli, bu zaman münaqişənin sülh yolu ilə həllinin yalnız bir variantı qalır ki, bu variant da işğalçını
işğal etdiyi ərazilərdən çəkilməyə
məcbur etməkdir. Əgər bu gün beynəlxalq təşkilatlar öz missiyalarını sona qədər dərk etmirlərsə, bu, təbii ki, həmin qurumların yerinə yetirməli olduqları missiyaya səmimi yanaşmadıqlarına
dəlalət edir. Bir daha qeyd
etmək istəyirəm,
bu gün münaqişənin sülh
yolu ilə həllinin yeganə mümkün variantı beynəlxalq güclərin,
xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin
Ermənistana işğal
etdiyi ərazilərdən
geri çəkilməklə
bağlı təzyiq
etməsi və bu təzyiqin nəticəsində də
sülhün reallaşmasından
ibarətdir...
- Necə
hesab edirsiniz, bu təzyiqlər varmı və yetərincədirmi?
- Təəssüf
hissi ilə qeyd etmək istəyirəm ki, biz bu gün Ermənistana
qarşı təzyiqləri
görmürük. Münaqişənin
həlli ilə bağlı ən obyektiv mövqe sərgiləyən Avropa Şurası Parlament Assambleyası belə özünü müəyyən
dərəcədə münaqişənin
həllindən kənarda
saxlayır və bütün məsuliyyəti
- İki
ölkə arasında
etimad mühitinin yaranması münaqişə
başa çatmadan mümkün görünürmü?
- Xeyr. İndiki halda ərazisi işğal olunmuş Azərbaycan vətəndaşları ilə
işğalçı Ermənistanın
vətəndaşları arasında
hansı etimad mühitinin yaranmasından
söhbət gedə bilər axı... Əgər bu gün Ermənistan etimad mühitini yaratmaq üçün, heç olmasa, Azərbaycanın işğal
olunmuş beş rayonundan çəkilmək
səviyyəsində iradə,
xoş niyyət nümayiş etdirmirsə,
bunun qarşılığında
hansı etimad mühitini yaratmaq olar? Əslində, beynəlxalq təşkilatların
bu tipli bəyanatlarını mən
ikili standartlar və siyasi riyakarlıq hesab edirəm. Bu gün etimad mühitini yaratmağa ən çox borclu olan, məsuliyyət daşıyan tərəf
Ermənistandır. Əgər
beynəlxalq təşkilatlar
Ermənistanı münaqişənin
həlli ilə bağlı müəyyən
addımlar atmağa məcbur etmirlərsə,
deməli, bu qüvvələrin özlərinin
münaqişənin ədalətli
həllində istəyi
səmimi deyil. Bu baxımdan, beynəlxalq təşkilatların, Minsk qrupunun,
xüsusilə həmsədrlərin
münaqişənin həlli
ilə bağlı fəaliyyətsizliyini çox
mənfi qiymətləndirirəm.
Vaxtilə mərhum dövlət başçımız
Heydər Əliyevin dediyi kimi, həmsədrlərin
münaqişə bölgəsinə
səfərləri bir
çox halda turist səfərlərini
xatırladır. Təəssüf
ki, bu fikirlər
səsləndiyi vaxtdan
bu günədək kifayət qədər vaxt keçməsinə baxmayaraq, bu acı həqiqət yenə də ortadadır. Yenə də reallıq bundan ibarətdir ki, Minsk qrupu münaqişənin həlli
ilə bağlı hər hansı bir ciddi iradə
nümayiş etdirmir.
Tərəflərdən bu
yöndə iradə tələb etmək, tərəfləri eyniləşdirmək
özü münaqişənin
həllinə əngəl
yaratmaqdan ibarətdir.
Çünki işğalçı
ilə işğala məruz qalan tərəfi balanslaşdırmaq
açıq-aşkar ədalətsiz
yanaşmadır və
bu yanaşma ilə münaqişənin
həlli hələ uzun onilliklər özünü gözlədəcək.
Düşünürəm ki, Minsk qrupunun həmsədrləri, əslində,
heç zaman xüsusi güvənmədiyimiz
ölkələrin təmsilçiləridir.
Ona görə bu gün ermənipərəst
mövqeyi ilə seçilən bu institutdan hansısa ciddi nailiyyət gözləmirəm. Artıq
Azərbaycan xalqı münaqişənin həllini
onillərlə gözləyə
bilməz. Azərbaycan
insanı öz doğma torpağına qayıtmaq istəyindən
heç zaman vaz keçməyəcək.
Belə olan halda hesab edirəm
ki, artıq Azərbaycan tərəfi də münaqişənin
paralel həlli variantına əl atmaq üçün kifayət qədər güclüdür. Əgər
sabah hərb variantına əl atmaq zərurəti yaranacaqsa, bunun məsuliyyəti Azərbaycanda
tərəfində deyil,
münaqişənin həllini
ləngidən və bu günə qədər heç bir siyasi iradə,
xoş niyyət nümayiş etdirməyən
beynəlxalq təşkilatların,
ələlxüsus, ATƏT-in Minsk qrupunun üzərində olacaq.
İlham Quliyev
Kaspi. -2010. –
18 may. – S.5.